DIM

«Heç kim kənarda qalmamalı!»

 

Dayanıqlı İnkişaf

Qısa Məlumat

Dayanıqlı İnkişaf proqramı işsizlərə müvafiq təcrübə və resurslar təklif etməklə insanların həyatının yaxşılaşdırılmasında, dayanıqlı inkişaf üçün özəl sektorla əməkdaşlığın qurulmasında, ekoloji idarəçiliyin təkmilləşdirilməsi və iqlim dəyişikliyi təsirlərinin azadılmasında Azərbaycana dəstək göstərir. Bu proqramın bir hissəsi kimi BMT-nin İnkişaf Proqramı universitetlərdə İnsan İnkişafı Kursunun tədrisi vasitəsilə cavan insanların inkişaf məsələləri haqqında biliklərini zənginləşdirir.

 

Məqsədlərimiz

Məqsədimiz dayanıqlı insan inkişafında nailiyyətlərin əldə olunması üçün bacarıqların gücləndirilməsini,  iqtisadi artımın ətraf mühit və təbii sərvətlərə müsbət təsirinin  təmin olunmasını, layiqli iş imkanlarının inkişaf etdirilməsi üçün iqtisadiyyatın şəxaləndirilməsini təşviq etməkdir.

 

Ətraflı Məlumat

Dağlıq ekosistemlərin mühafizə olunmağa ehtiyacı var. (Şəkil: Ineke Gelderblom-Zaaijer)

Proqram dayanıqlı inkişafın 3 təməli üzərində qurulmuşdur — iqtisadi artım, sosial irəliləyiş və ətraf mühitin dayanıqlığı. Proqram inkişaf çağırışlarına cavab verən vahid yanaşmanın əhəmiyyətini xüsusi olaraq vurğulayır.

BMTİP gənclərin inkişaf məsələləri üzrə perspektivlərinin genişləndirilməsi vasitələrindən biri kimi gələcəyin dövlət qulluqçuları və iqtisadçılarını yetişdirən Dövlət İdarəçilik Akademiyası və Dövlət İqtisad Universitetləri də daxil olmaqla, Azərbaycanın bir sıra ali məktəblərində İnsan İnkişafı Kurslarının tədrisinə başlamışdır.

İnsan rifahının yaxşılaşdırılmasında nəzərə çarpan müvəffəqiyyət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Norveç QHT-si SYSLAB-ın əməkdaşlığı ilə işsizlər üçün Bakı Təlim Mərkəzinin yaradılması olmuşdur. Layihə innovativ məşğulluq sxeminitəqdim etmişdir. Mərkəzə qəbul edilmiş işsiz insanların 80%-i bir neçə ay ərzində iş tapa bilmişlər. Azərbaycanın iki böyük şəhərində bu metodun eynisini tətbiq etmək planlaşdırılır.

Özəl sektorla müvəffəqiyyətli işlərin nəticəsi olaraq, BMT-nin İnkişaf Proqramı Qlobal Sazişi qəbul etmişdir. BMTİP Azərbaycanda Qlobal Sazişin dayanıqlığını təmin etmək və onun daha güclü Korporativ Sosial Məsuliyyət və ictimai iştirak mexanizmi kimi bacarıqların gücləndirilməsi səylərini davam edəcəkdir.

BMTİP qeyri-neft iqtisadiyyatının və bu məqsədə çatmağa yardım edən perspektivli sektorlardan biri kimi turizm sənayesinin şaxələndirilməsinə səy göstərir. Azərbaycann böyük turizm potensialına malik olması və infranstruktur baxımından irəliləyiş edərək turizm sənayesini inkişaf etdirməsinə baxmayaraq, turistlərə göstərilən xidmət səviyyəsi hələ də aşağıdır. BMTİP turist mərkəzləri və Azərbaycan Turizm Universitetinin bacarıqlarını artırmaq üçün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq edir və turizm sektoru üçün ixtisaslaşmış kadrların hazırlanması üçün Bakıda nümunəvi peşə məktəbi yaratmağa kömək etməyi planlaşdırır.

BMTİP Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bir sıra təşəbbüslər həyata keçirir. BMTİP-nin Ətraf Mühit Proqramı Qlobal Ətraf Mühitin Mühafizəsi Fondunun maddi yardımından yararlanaraq BMT-nin iqlim dəyişikliyi üzrə Çərçivə Konvensiyasının və BMT-nin Biomüxtəliflik üzrə Konvensiyasının hesabat tələblərini yerinə yetirməkdə, meşələrin qırılması və torpaqların çirklənməsinə qarşı mübarizə aparmaqda və Xəzər dənizinin biomüxtəlifliyini qorumaqda hökümətə kömək edir. BMTİP milli ətraf mühit siyasətinin mühüm tərkib hissəsi kimi təsirlərin dəyərləndirilməsi haqqında qanun layihəsinin işlənib hazırlanmasına və bərk tullantı idarəçiliyində bacarıqları artırmağa kömək etmişdir.

Son olaraq qeyd edek ki, BMTİP qanunvericiliyi təkmilləşdirmək, iqtisadi səmərəni artırmaq və işçi potensialı yaratmaqla dayanıqlı enerji inkişafının qarşısındakı əngəlləri qaldırmaqda Alternativ Enerji və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə öz dəstəyini verməkdədir.