Browsing yearly archive

2017

AviaAM Leasing initiates the celebration of Global Leasing Day

Celebrating 10 years of successful operations, AviaAM Leasing, a Warsaw Stock Exchange listed aircraft leasing company, has initiated the celebration of Global Leasing Day. Aimed to honor millions of industry’s professionals on globe, the 9th of November has been officially announced as Global Leasing Day. 13th of September – Programmers Day, 5th of October – World Teachers Day, […]

“Dini kimlik dedikdə İslam, milli kimlik dedikdə isə azərbaycançılıq nəzərdə tutulur”

Noyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Mingəçevir Şəhər İcra Hakimiyyəti ilə birgə “İslam Həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda konfrans keçirib. Konfransa ümumtəhsil müəssisələrinin işçiləri və şəhər ictimaiyyəti nümayəndələri qatılıblar. Mingəçevir  İHB-nın  birinci müavini İlham İsmayılov bu gün dünyada islamofobiyanın baş alıb getdiyi bir dövrdə Azərbaycanda “İslam Həmrəyliyi İli”nin elan olunmasının əhəmiyyətindən […]

“Mingəçevir Gənclərin Regional Debat Forumu: Payız 2017” uğurla yekunlaşdı

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin xəttilə keçirilən “Mingəçevir Gənclərinin Regional Debat Forumu: Payız 2017” uğurla başa çatıb. Gənclər “Gənc nəslin sahibkarlıq fəaliyyətinin inkişafında dövlət dəstəyi əsas faktordur” mövzusunda “Təsdiq” və “İnkar” tərəfdən debatlar aparıblar. Forumun ilk günü finala qədər mərhələlər yekunlaşıb. “De Facto” və “Dejavu” komandaları finala vəsiqə qazanıblar. Yekunda “De Facto” komandası  payız forumunun […]

“Qarabağ, qarşıla bizi!”

Mingəçevir Dövlət Dram Teatrında şəhər İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir  Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb. İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov ölkədə ordu quruculuğu və gənclər […]

Data Jurnalistika təlimində iştirak üçün qeydiyyat davam edir

6 hissəli Data Jurnalistikası kursunun ilk seminarı Data jurnalistikası artıq yeni bir konsepsiya deyil. Media vasitələrinin hadisələrin geniş auditoriyaya çatdırılmasında datadan istifadə etmələri artıq normal təcrübəyə çevrilib və peşəkar jurnalistlər gündəlik olaraq işlərini zənginləşdirmək üçün datadan istifadə edirlər. Avrasiya Əməkdaşlıq Fondu və Qafqaz Tədqiqat Resurs Mərkəzi data savadlılığının əhəmiyyətini nəzərə alaraq  altı (6) seminardan ibarət […]

“Eşidilməyən Səslər”i eşitdirmək üçün

Abbasova  Gülşən Səməd qızı  oktyabrın 10-dan  Azərbaycan Respublikasının Prezideti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Eşidilməyən Səslər” layihəsinə start verib. Layihənin məqsədi tipik və əlilliyi olan  yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli təşkili üçün teatr əsaslı təlimlər təşkil etməklə, əlilliyi olan yeniyetmə və gəncləri cəmiyyətə inteqrasiya etməkdir. Layihənin müddəti 3 aydır. Bu müddətdə ölkə üzrə […]

Regionlarda “Açıq hökumət” necə təşviq olunub?

Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşklatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Açıq hökumət”in təşviqi və elektron xidmətlərdən istifadənin artırılmasına dəstəyin təşkili” layihəsi yekunlaşdırıb. Təşkilatın sədri Xalid Kazımovun sözlərinə görə, həyata keçirilən layihə çərçivəsində nəzərdə tutulan bütün fəaliyyətlər icra edilib: “Layihənin əsas istiqamətlərindən biri əhalinin Açıq Hökumət Tərəfdaşlığı […]

Canavar sürüsü Mingəçevirin fermer təsərrüfatına hücum çəkdi

Son günlər hər gecə fermaya gələn vəhşi canlılar heyvan sahiblərinin qorxulu kabusuna çevrilib. Çoban  Raquf Məmmədov deyir ki, fermanın ətrafında qamışlıqda gizlənən yırtıcılar fürsət düşən kimi həm iri, həm də xırda buynuzlulara hücum edirlər: “Gecə saatlarında tövləyə daxil olan yırtıcılar 10-a yaxın iribuynuzluya zərər yetirib. Acgöz canlılar bayırda 1 baş iribuynuzlunu parçaladıqdan sonra, tövləyə girib […]

Azərbaycanda sağlamlıq-rekreasiya turizminin inkişaf istiqamətləri və mövcud imkanlar regional konfransda müzakirə edilib

Öncə konfrans iştirakçıları Azərbaycan turizminin özəllikləri barədə tələbələrin əl işlərindən ibarət sərgiyə, ardınca Azərbaycanda  sağlamlıq-rekreasiya turizminə həsr olunmuş video-çarxa baxıblar. Konfransda çıxış edən  Mingəçevir Turizm  Kollecinin direktoru Əyyub Əyyubov  Azərbaycanda turizmin yeni bir mərhələyə qədəm qoyduğunu  qeyd edib. O, bildirib ki, ölkədə, xüsusilə  də Mingəçevirdə mövcud  sağlamlıq rekreasiya turizmini  müasirləşdirmək, yeni infrastrukturlar  yaratmaqla  sağlamlıq turizmini […]

JuHi Gender Qrupun toplantısını keçirib

Oktyabrın 24-də Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ)  nəzdində fəaliyyət göstərən Gender Qrupun növbəti toplantısı keçirilib. Toplantıda Gender Qrupun ötən dövrdəki fəaliyyəti müzakirə olunub. Həmçinin, GQ-nin fəaliyyətinin genişləndirilməsi, yeni dövrün tələblərinə uyğunlaşdırılması   yönündə təkliflər təqdim edilib.  Müzakirələrin yekunu olaraq, GQ-nin Əsasnaməsinə əlavə və dəyişikliklər edilib.  Dəyişikliyə əsasən, GQ  onlayn  medianı da özünün monitorinq sahəsinə daxil edib, həmçinin, onlayn media […]