Browsing yearly archive

2017

Mingəçevir Dövlət Universitetində “Data Jurnalistika” kitabı müzakirə olundu

Oktyabrın 10-da Mingəçevir Dövlət Universitetində MDU-nun müəllimi Kərim Əliyevin tərcüməsi və “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyevin redaktəsi ilə elektron qaydada hazırlanan “Data Jurnalistika” kitabının müzakirəsi keçirilib. Mingəçevir Dövlət Universitetinin prorektoru, professor Veysəl Əyyubov tədbir iştirakçılarına universitetin rektoru Akif Hacıyevin salamlarını yetirib və “Data Jurnalistika” kitabının ərsəyə gəlməsində zəhməti olan hər bir kəsə təşəkkürünü […]

Bir tərəfdə Azərbaycan, digər tərəfdə Türkiyə bayrağı

Şəhər sakini Mayıl Şamxalov ata evini diqqət çəkən etmək üçün iki qardaş ölkənin bayrağına bürüyüb. Görənlər binanı konsulluq və ya səfirlik olduğunu zənn edirlər. Uzun illərdir Mingəçevirdə yaşayan birinci qrup əlil uşaqlıq arzusunu 300 manatdan artıq xərc çəkməklə reallaşdırıb. Ev sahibi Mayıl Şamxalovun sözlərinə görə, onun mənzili sosial şəbəkələrin də bəzəyinə çevirilib: “Yerli sakinlər, şəhərə […]

“Data Jurnalistika” kitabının tədris vəsaiti kimi qəbul edilməsi çox faydalı olardı”

Sentyabrın 4-də Mingəçevir  Turizm  Kollecində  (MTK) Azərbaycan dilinə çevrilmiş “Data Jurnalistikası” kitabının  müzakirəsi keçirilib. Kollecin ideoloji mərkəzində təşkil olunan tədbiri  MTK-nın direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov açıb. O,  informasiyanın həyatımızın ən vacib elementinə çevrildiyini,  son illər onlayn medianın ənənəvi mətbuatı sıxışdırdığını bildirib:  “Bu gün hər sahədə olduğu kimi, jurnalistikada da ixtisaslaşma gedir.  Ölkəmizin […]

Regionun 21 lider xanımı qadınların iqtisadi səlahiyyətləndirilməsi barədə təlimdə nələri öyrəndi?

Sentyabrın 28-29-də  Mingəçevir Media Mərkəzində   işgüzar qadınlar üçün  “Regionlarda qadınların iqtisadi səlahiyyətləndirilməsinin təşviqi və ictimai vəkillik” mövzusunda ikigünlük təlim keçirilib. Təlimə Mingəçevir, Gəncə, Şəki, Oğuz və  Yevlax rayonlarının özəl və icimai sektorunu  təmsil edən  21 lider xanım qatılıb. İştirakçıları və təlimçiləri salamlayan  “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin prezidenti Fərman Nəbiyev   təlimin Avropa Birliyinin dəstəyi və […]

Göyçayda 100 kilometr uzunluğunda su boruları Bığır kənd icra nümayəndəsinin köməyilə oğurlanaraq satılıb

Göyçay rayonunda yerin altı ilə çəkilmiş paslamayan su boruları oğurlanaraq satılıb. Oğurluq hadisəsi rayonun Bığır kəndində qeydə alınıb. Bərdə rayonundan olan Elsevər adlı şəxs Göyçay rayon İcra Hakimiyyətinin Bığır kəndi üzrə icra nümayəndəsi Şıxverdi Behbudovla əlbir olaraq Sovet dövründə Bığır kəndinin ərazisində salınan 550 hektardan çox nar bağının, tərəvəz sahəsinin və üzüm plantasiyasının suvarılması məqsədilə […]

Mingəçevir Regional Debat Mərkəzi növbəti mövsümə start verdi

Sentyabrın 23-də  Mingəçevir Regional Debat Mərkəzinin 2017/18-ci mövsüm ili üzrə ilk iclası keçirilib.  Mərkəzin sədri Etiram Sadıqzadə  görülmüş işlərdən, qazanılan uğulardan danışıb.  Mərkəzin sədr müavini Samir Şükürov planlaşdırılan tədbirlərdən və forumlardan söhbət açıb. İclasın yekununda idarə heyəti  yeni mövsümlə  bağlı qərar qəbul edib.  Qərarda deyilir: 1.Kamran Əliyev Mingəçevir Dövlət Univeristeti Debat Klubun sədri vəzifəsindən azad olunsun. […]

Yevlaxda qəbiristanlıqdan oğurluq edən dəstə üzvləri saxlanılıb

Rayonun “Dəvəçi” adlanan məzarlığına qənim kəsilənlər elə yerli sakinlər olub. 21 yaşlı İsmayıl Dərişov və  20 yaşlı Kamil Seyidov əlbir olaraq Yevlax rayon sakini Roza Əliyevanın ailə üzvlərinə məxsus məzarların kənarlarına çəkilən əlvan metaldan ibarət bəzək əşyalarını oğurlayıblar. Yevlax polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğrular elə iş başında yaxalanıblar. Saxlanılan şəxslər 3-cü yoldaşlarının da olduğunu […]

Yevlağın görünməz yol nişanları

Bir çox hallarda qəzaların baş verməsinə səbəb məhz yol hərəkəti nişanlarının görünməz olmasıdır. Sürücülər və piyadalar bu cür halların baş  verməməsi üçün aidiyyatı qurumları hərəkətə keçməyə çağırırlar. Şəhərdaxili yolların hərəkət zolaqlarında ağ xətlər çəkilsə də bir müddətdən sonra solmağa başlayır. Bu  hal çox ağ rənglə boyanan xətlərdə daha tez baş verir. Ağ rənglərin bəzən görünməməsi […]

Yerli səviyyəli “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” genişləndirildi

 23  sentyabr 2017-ci ildə Sabirabadda  yerli səviyyədə “Açıq Hökumət Tərədaşlığı”na başlamaq təşəbbüsü ilə regional konfrans keçirilib. Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Avrasiya Əməkdaşlıq Fondu tərəfindən  “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramı çərçivəsində  həyata keçirilən layihəni  “Ümid” Sosial Inkişafa Dəstək İctimai Birliyinin ekspertləri   gerçəkləşdirir. Konfransa “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş […]

QHT-hökumət münasibətləri Mingəçevirdə müzakirə olundu

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 22 sentyabr 2017-ci ildə Mingəçevir şəhərində Ağcabədi, Yevlax, Qəbələ, Beyləqan, Bərdə, Oğuz, Kürdəmir, Goyçay, Zaqatala, Goranboy, Zərdab, İsmayıllı QHT-ləri və yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə “QHT-Hökumət münasibətləri: qazanılmış təcrübə və yeni əməkdaşlıq imkanları” mövzusunda regional konfrans keçirib. Toplantıda çıxış edənMingəçevir Şəhər İcra Hakimiyyəti başçısı aparatının […]