Browsing yearly archive

2017

Başçı Qurban bayramını uşaqlarla birgə keçirdi

Müqəddəs Qurban bayramı münasibətilə Mingəçevir Şəhər İcra Hakimiyyəti valideyn himayəsindən məhrum, qəyyumluqda olan və fiziki sağlamlığı məhdud uşaqlar üçün  bədii-əyləncəli gecə təşkil edib. Onlara ən xoş arzularını bildirən İcra Hakimiyyəti başçısı Niyazi Bayramov  ölkə rəhbərinin, o cümlədən Heydər Əliyev Fondunun  yeni nəslin fiziki və mənəvi inkişafına göstərdikləri davamlı qayğıdan danışıb, Qurban bayramının müqəddəsliyindən, insanlarda mərhəmət, […]

Mingəçevirdə nərd üzrə şəhər çempionatına yekun vurulub

Mingəçevir şəhər Gənclər və İdman İdarəsi avqust ayının sonunda ahıllar arasında “Nərd” milli oyunu üzrə şəhər çempionatı keçirib. Üç gün davam edən çempionatda 64 həvəskar dörd yarımqrupda mübarizə aparıb. M.Mirzəyev adına istirahət parkında baş tutan çempionatın qalibləri aşağıdakılar olub: Səfər Şahmar oğlu Səfərov – I yer; Mehman Hilal oğlu Qurbanov – II yer; Çingiz Selman […]

Qumbaraya bənzər yumurta

Toyuq saplaqlı yumurtladı. Bir çoxları onu qumbaraya da bənzədir. Maraqlı hadisə Goranboyda baş verib. Rayon sakini Simuzər Süleymanovanın 5 ildir bəslədiyi qara rəngli toyuğu fərqli görnüşdə yumurtlayıb. 60 yaşlı qadın ilk dəfədir ki, təsərüfatında belə hadisənin baş verdiyini bildirib. Onun sözlərinə görə, qumbara, armud və digər əşyaları xatrıladan yumurtanın sarısı yoxdur. Bu qeyri-adiliyin səbəbini heç […]

Mingəçevirdə 8 yaşlı oğlan uşağı cinsi istismara məruz qalıb

Təqribən 35-39  yaşlarında olan  şəxs 8 yaşlı qonşusuna təcavüz edib.  Hadisə şəhərin M.Maqomayev prospektindəki  73 saylı binanın zirzəmisində  baş verib. Təqribən 35-39 yaşlarında olan Ağali Sadıqov  8 yaşlı qonşusunu aldadaraq, zirzəmiyə çəkib və orada ona təcavüz edib. Əldə olunan məlumata görə, Ağəli Sadıqov  narkotika düşkünüdür  və deyilənə görə bu, heç də haqqında danışılan azyaşlıyla  birinci […]

Təqaüddə olan müəllimin 71 günlük səyahəti baş çatıb

71 gün velosipedlə səyahət edən Mingəçevir sakini Abid İsmayılov İstanbulu görmək arzusunu gerçəkləşdirib. Səyahət zamanı o, 4 min km məsafə qət edib. Təqaüdçü müəllim illərdir ki, şəkərli diabetdən əziyyət çəkdiyini və aktiv həyat tərzi ilə gümrah qaldığını deyir:  “Şəkərin nə olduğunu bilmirəm. Bu etdiklərimlə şəkər qalar?! Adi günlərdə saat 6-da yuxudan dururam. Hər gün 15 […]

Regional İnsan Hüquqları və Media Mərkəzi “Açıq hökumət”in təşviqi ilə bağlı yeni layihəsinə başlayır

Regional İnsan Hüquqları və Media Mərkəzi yeni layihənin icrasına başlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi verdiyi “Açıq hökumət”in təşviqi və elektron xidmətlərdən istifadənin artırılmasına dəstəyin təşkili” layihəsi üç ay müddətində icra ediləcək. Təşkilatın sədri Xalid Kazımovun sözlərinə görə, layihə ölkəmiz üçün önəmli bir məsələ ilə bağlıdır: “Layihənin məqsədi respublikamızda […]

Turizm mövsümündə İsmayıllı-Qəbələ yolunda reyd

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 4-cü tağımının İsmayıllı rayonundakı 715 saylı postu tərəfindən yay turizm mövsümündə İsmayıllı və Qəbələ rayonlarına gələn yerli və xarici qonaqların təhlükəsizliyinin təmin olunması məqsədilə sürücülər arasında reyd keçirilib. Şamaxı-İsmayıllı-Qəbələ avtomobil yolunun müxtəlif hissələrində 2 saata yaxın davam edən yoxlamalar zamanı cərimələri ödəməyən, sənədləri qaydasında olmayan, avtomobili […]

Azercell-lə bu yay daha əyləncəlidir

Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom abunəçilərinə daha yaxın olmaq üçün bu yay da “Azercell-lə bu yay daha əyləncəlidir” şüarı altında yola çıxıb. Belə ki, regionlarda, eləcə də Bakıda müsabiqələr, rəngarəng əyləncələrdən və hədiyyələrdən ibarət aksiyalar təşkil olunub. 5-ci ildir ki, Azercell Azərbaycanın bölgələrində və paytaxtında  maraqlı aksiyalar təşkil etməklə şirkətin təqdim etdiyi […]

Startuplar üçün növbəti şans

Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bankın dəstəyi ilə Startuplar üçün 2-ci Inkubasiya Programını elan edir. Barama İnkubasiya Proqramı çərçivəsində startuplar icra etmək istədikləri layihələri reallaşdıra biləcəklər. Proqramın məqsədi müxtəlif dəstək resursları və xidmətlər vasitəsilə gənc sahibkarların (bizneslərinin) sürətlə inkişafına yardım etməkdir. 6 ay müddətində davam edəcək inkubasiya proqramına əsasən İT və İT imkanlı […]

3 kişi və 7 qadın toyda zəhərləndi

Mingəçevirdə toyda  yeyib içən 10 nəfərdə mədə pozuğunluğu baş verib. Hadisə Mingəçevirdə yerləşən “Ağsaray” şadlıq sarayında qeydə alınıb. Bir masada əyləşən qohumlar qız evində hazırlanan soyuq qəlyanaltıları qəbul etdikdən sonra onlarda narahatlıq yaranıb. Nəticədə qəbul edilmiş keyfiyyətsiz qidadan mədə pozuntusu keçirən 3 kişi və 7 qadın Mingəçevir şəhər xəstəxanasına çatdırılıb. Şadlıq sarayının administratoru  Sabit Nərimanovun […]