Browsing yearly archive

2019

Ukrayna Trampın şantajının qurbanıdırmı?

ABŞ-ın Ukraynadakı səfirinin səlahiyyətlərini yerinə yetirən şəxsin ifadələri Trampın impiçmenti üçün ən tutarlı əsas ola bilər Jam-news xəbər verir ki, Ukrayna Amerikanın Kiyevdəki əsas diplomatının – ABŞ-ın Ukraynadakı müvəqqəti səlahiyyətli nümayəndəsi Bill Teylorun çıxışı ilə çalxalanır. Oktyabrın 22-də o, ABŞ prezidentinin impiçmenti işi üzrə Konqresin qapalı dinləmələrində ifadə verib. İmpiçment prosedurunun başlanması üçün Trampın Ukrayna prezidenti […]

Mərkəzi xəstəxanadan bildirirlər ki, analiz aparatı xarab olub

Şəhər sakini Elxan Rəşidov 05.11.2019-cu ildə qan analizi verdiyini, amma bu günədək cavabını almadığını deyir: “Mənə bildirdilər ki, biokimyəvi analizi aparmaq mümkün olmadı. Səbəb kimi də son 3 gündə analizləri yoxlamaq üçün şəhərdə reaktivlərin olmadığını bildirdilər”. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının (MŞMX) direktoru Könül Ələkbərovun mətbuata açıqlamasına görə, xəstənin şikayəti əsassızdır: “Xəstəxanamızda xəstələrə yalnız həkim göstərişi […]

Liseydə möhtəşəm kompozisiya

Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər təmayüllü Lisey Nəsiminin 650 illik yubileyi ilə əlaqədar maraqlı kompozisiyasını təqdim edib. 50 dəqiqəlik kompozisiyada Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığından səhifələr vərəqlənib. Şagirdlər xüsusi ustalıqla şairin qəzəllərini səsləndiriblər. Kompozisiyada Nəsiminin ədəbi yaradıcılığı, fəlsəfi baxışları ilə bağlı maraqlı məsələlərə,  onun ideyalarının istər o dövrdə, istərsə də müasir […]

Son zamanlar qəbirstanlıqlarda dəfn üçün yer tapılmır

Qəbirlər fərqli, tutduqları ərazi isə isə geniş. Bir sözlə son zamanlar qəbirstanlıqlarda dəfn üçün yer tapılmır. Söhbət Mingəçevirdən gedir. Bu şəhərdə 3 əsas qəbristanlıqda mövcud  olan yer sıxlığı son illər ərzində daha qabarıq şəkildə özünü göstərir. Vəziyyət o həddə çatıb ki, Bozdağın yamaclarını yonub orada dəfn üçün yer açılır. İnsanlar dünyasını dəyişənlərini dəfn etmək üçün […]

Sakinlər istilik problemini dilə gətirdilər

Mingəçevir Şəhər  İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü noyabrın 6-da şəhərin Nizami küçəsindəki 12 saylı ünvanda baş tutub. Başçı bildirib ki, ayrı-ayrı məhəllələrdə görüşlər davam edir, bu gün də burada yaşayanları dinləmək arzusundadır, onlardan təkliflər gözləyir. Görüş iştirakçıları görülən işləri təqdir ediblər. Bildiriblər ki, Nizami küçəsində səliqə-səhman yaradılıb, binaların dam örtükləri dəyişdirilib, […]

Böyük şair Kür sahilinə “gəldi”

Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ümumşəhər tədbiri noyabrın 6-da Mingəçevirin Sahil parkında qeyd edilib. Bu yubiley haqda və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı ölkə başçısının sərəncamına uyğun olaraq, il ərzində şəhərin müxtəlif təşkilatlarında silsilə tədbirlər –  elmi-nəzəri konfanslar təşkil olunub, dəyrimi masa ətafı müzakirələr aparılıb, Nəsiminin əsərlərindən […]

Azərbaycanda Bələdiyyə Seçkiləri – 2019

data.org.az 2019-cu ildə Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı “Uluçay” “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzinin hazırladığı siyasi icmalı təqdim edir. XÜLASƏ Bələdiyyələr Qanunla müəyyən edilmiş ərazi hüdudları daxilndə, seçkili, yerli özünüidarəetmə forması kimi və bərabərlik əsasında fəaliyyət göstərir. Ölkəmizdə 12 dekabr 1999-cu ildə keçirilmiş ilk bələdiyyə seçkiləri nəticəsində 2700 bələdiyyə yaradılmışdır. Sonradan 1094 bələdiyyə digərləri ilə […]

AQTA Mingəçevirdə antisanitar şəraitdə çörək bişirənləri üzə çıxardı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Mingəçevir şəhərinin  Aydın Məmmədov küçəsindəki 91/A ünvanında fiziki şəxs Əliyev Elşən Şirin oğluna məxsus çörək istehsalı müəssisəsinə baxış keçirib. Baxış zamanı antisanitar şəraitdə qanunsuz fəaliyyət göstərən çörək sexində istehsal olunan çörək nümunələrinin normativ texniki tələblərə cavab vermədiyi, sanitar norma və qaydaların, gigiyenik normativlərin pozulduğu, emal sahəsində istifadə edilən xammalların mənşəyinin […]

“Opel” markalı minik maşını 8 saylı marşrutun avtobusuna çırpılıb

Dünən axşam saatlarında  Mingəçevir şəhərinin Təbriz küçəsində yol-nəqliyyat hadisəsi baş verib. “Opel” markalı minik maşını dayanıqlı vəziyyətdə olan 8 saylı şəhərarası marşrut xəttinin avtobusuna çırpılıb. İlkin məlumata görə, avtobusda sərnişinlər olmasa da, hadisə nəticəsində biri azyaşlı olmaqla 3 nəfər xəsarət alıb. Yaralılar ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı minik maşınının 55 yaşlı sürücüsü Məmmədov Vəli […]

Aİ və BMTİP Cəlilabadda yeni təmirdən çıxan peşə təhsili emalatxanasının açılışını etdi

Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi, ölkədə peşə təhsilinin və inkişaf potensialının yüksəldilməsinə göstərdikləri dəstəyin davamı olaraq, bu gün Cəlilabad rayonunda yeni təmir və restavrasiya olunan peşə təhsili emalatxanasının açılışını etdilər. Yeni emalatxana Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin […]