Browsing yearly archive

2019

AR Ali Sovetinin sessiyasında Müstəqillik aktının qəbulu

Humanitar Tədqiqatlar İB-nin sədri Əvəz Həsənovun təqdim etdiyi bu video ölkəmiz və millətimiz üçün çox dəyərli bir tarixi əks etdirir.  1991-ci il Oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyası zamanı müstəqillik aktının qəbul olunması anını əks etdirən video görüntüləri izləyicilərimizlə paylaşırıq.  

Mingəçevir su anbarında reyd keçirildi

APA TV-nın Mingəçevir bürosunun məlumatına görə, 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir polis xətt məntəqəsi ilə birgə Mingəçevir su anbarında reyd təşkil edib. Zəngin və çeşidli balıq ehtiyatları ilə tanınan su hövzəsində balıqçılığın inkişafına ciddi problem yaradan sintetik torların və digər ov alətlərinin müəyyən edilməsi məqsədilə reyd iştirakçıları xüsusi […]

“Azərenerji”nin özəlləşdirilməyə getməsi təkzib olundu

“Azərenerji” ASC-nin tabeliyində olan elektrik stansiyalarının özəlləşdirilməyə getməsi və bununla bağlı hökumətlə səhmdar cəmiyyət arasında danışıqların yekunlaşması barədə məlumat yayılıb. Məlumata görə “Mingəçevirdəki “Azərbaycan” İES istisna olmaqla bütün stansiyalar mərhələli şəkildə özəlləşdiriləcək. Qurumun ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev “Qafqazinfo”ya açıqlamasında məlumatı təkzib edib: “Bu məlumat hardan alınıb və ya quraşdırılıb bilmirəm, belə bir şey […]

“Toplaşmaq və söz azadlıqları Azərbaycanın konstitusiyası tərəfindən təmin olunan fundamental azadlıqlardır”

ABŞ-ın Azərbaycandakı səfirliyi Milli Şuranın 19 oktyabr mitinqi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Birləşmiş Ştatların Azərbaycandakı Səfirliyi Avropa Birliyinin bəyanatına dəstək verərək oktyabrın 19 keçirilən dinc etiraz aksiyasının dağıdılması, həmçinin aksiya iştirakçılarının və müşahidə edən insanların həbs edilməsi üçün polis tərəfindən göstərilən zorakılığı qəti şəkildə pisləyir. Biz hökuməti polis zorakılığına dair yayılan məlumatları araşdırmağa, […]

Mingəçevirdə Dövlət Müstəqilliyi günü Heydər Əliyev Mərkəzində keçirildi

Oktyabrın 18-də Mingəçevir Şəhər İcra Hakimiyyəti YAP şəhər təşkilatı ilə birgə Dövlət Müstəqilliyi gününü Heydər Əliyev Mərkəzində şəhər fəalları ilə birgə qeyd edib. Öncə ulu öndərin abidəsi ziyarət edilib, sonra Uşaq Yaradıcılıq Mərkəzinin bayramla bağlı hazırladığı əl işlərinə və müstəqillik tariximizdən bəhs edən filmə  baxış olub. “Dövlət müstəqilliyimizin bərpasının 28 ili: Uğurlar, perspekivlər” mövzusunda keçirilən […]

MTK-da Dövlət müstəqilliyinin 28-ci ildönümü münasibətilə konfrans keçirilib

18 Oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə bayram edilib. Tələbə gənclərin əl işlərindən ibarət rəsm sərgisi təşkil olunub, inşa yazı müsabiqəsi və idman yarışları keçirilib, eləcə də dəyrimi masa ətrafında  müstəqillik uğrunda mübarizə tarixinə həsr olunmuş fəal müzakirələr aparılıb. Tədbirlər silsiləsinin ən maraqlı məqamlarından biri  rəsm və əl işləri sərgisinin […]

Aşıq Qurbani dairəsində 57 meşə ağacı əkildi

Mingəçevirdə nümunəvi məhəllələr sırasına daha Aşıq Qurbani küçəsinin ərazisi də daxil olub. A.Qurbani dairəsində 1 hektara yaxın ərazi təmizlənib, hamarlanıb, çalalar qazılıb, 57 meşə ağacı əkilib, digər ağaclar budanıb. Burada asfalt örtüyü salınıb, uşaq əyləncə qurğuları və skamyalar quraşdırılıb.

İcra başçısı dedi ki, Mingəçevirin bütün küçələri nura boyanacaq

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun yerlərdə keçirdiyi səyyar görüşlər əhalini narahat edən məsələlərin operativ həlli üçün əhəmiyyətli olduğundan sakinlər tərəfindən razılıqla qarşılanır. Növbəti belə səyyar görüş şəhərin 3 saylı məktəbinin akt zalında keçirilib. Görüşdə Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov da iştirak edib. Səyyar görüşü şəhər  İcra Hakimiyyətinin başçısı  İlham İsmayılov […]

Eyvandan mənzilə girdilər və 3 min manat dəyərində qızıl-zinət əşyalarını apardılar

Mingəçevirdə M.Vidadi küçəsindəki 4 saylı evin 27-ci  mənzilindən qızıl-zinət əşyaları ilə birlikdə gümüş aksesuarları da oğurlanıb. Beşmərtəbəli binanın birinci mərtəbəsində yaşayan Gülafət İbrahimovaya 3 min manat dəyərində ziyan dəyib. Zərərçəkənin dediyinə görə, ad günü qonaqlığından evlərinə qayıdarkən eyvanın pəncərələrinin açıq olduğunu görüblər: “Oğurluqdan bir neçə gün öncə mənzilimin qapısına açar salınmışdı”. Oğurluqla bağlı şəhər polis […]

Mingəçevir Dövlət Universitetində əməkhaqları artırılıb

16 oktyabr 2019-cu il tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının növbədənkənar iclası keçirilib. İclasda MDU əməkdaşlarının aylıq əməkhaqqının artırılması məsələsi müzakirə olunub. Məsələ barədə ətraflı məlumat verən rektor Şahin Bayramov “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 […]