Browsing yearly archive

2019

“Almaz”dan “Caninin etirafı”nadək

Sentyabr ayının 2-dən artıq 51-ci teatr mövsümünə başlayan Mingəçevir Dövlət Dram Teatrı yarandığı 1968-ci ildən respublikanın ən aparıcı teatrlarından biri olub. Çünki bu teatrda ilk vaxtlardan çox peşəkar rejissorlar və aktyorlar işləyiblər. Bu teatr 1969-cu ildə Cəfər Cabbarlının “Almaz” pyesi ilə pərdələrini tamaşaçıların üzünə açıb. Bu tamaşanın da quruluşçu rejissoru, teatrın ilk baş rejissoru, yüksək […]

Mingəçevir Dövlət Universitetinin tələbələri İspaniyada təhsil alacaqlar

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov Avropa Komissiyasının “Erasmus+” proqramı çərçivəsində İspaniya Krallığının Vallodolid Unversitetində təhsil almaq hüququ qazanmış tələbələrlə görüşüb. Sürətlə dəyişən və qlobal xarakter alan əmək bazarı üçün yüksək ixtisaslı kadr hazırlığında beynəlxalq tələbə və müəllim mübadiləsinin xüsusi önəm daşığıdığını vurğulayan Ş.Bayramov MDU-da qabaqcıl xarici universitetlərlə əməkdaşlığın inkişafına xüsusi diqqət yetirildiyini və bununla […]

Mingəçevirdə “Aşura günü”ndə qanvermə aksiyası keçirilib

Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə “Aşura günü” könüllü qanvermə aksiyaları Mingəçevirdəki Heydər Əliyev məscidində də  keçirilib. Mərkəzi Qan Bankının Mingəçevir bölməsinin  müdiri Vüsalə Səfərəliyevanın verdiyi məlumata görə,  səhər saatlarından başlayan qanvermə aksiyası davam edir: “Saat 12-yə olan məlumata əsasən 167 nəfər qan verib. Bu aksiya axşam saat 6-ya qədər davam edəcək”.

MDU-ya tələbə qəbulu uğurla başa çatdı

2019/2020-ci tədris ilində Mingəçevir Dövlət Universitetinə (MDU) qəbul olan tələbələrin qeydiyyatı başa çatıb. Respublikada ayrı-ayrı ixtisaslar üzrə əmək bazarının səriştəli kadr potensialına olan tələbatı nəzərə alınaraq son illər MDU-nun qəbul planı və qəbul olunan tələbələrin sayı ildən-ilə artır. 2019-2020-ci tədris ilində MDU-ya ali təhsilin bakalavriat səviyyəsində 3 fakültə, 23 ixtisas üzrə 649 nəfər tələbə qəbul […]

Sobaları oğulayaraq müxtəlif metal qəbulu məntəqələrinə satdı

Bu barədə avqustun 30-da Mingəçevir Şəhər Polis Şöbəsinə məlumat daxil olub. Məlumata əsasən şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu edən Akif  Hüseynov şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. İlkin ifadəsində A.Hüseynov oğurladığı sobaları hissələrə ayıraraq müxtəlif metal qəbulu məntəqələrinə 1200 manata satdığını etiraf edib. Polis əməkdaşları tərəfindən sobaların hissələri maddi sübut kimi […]

Mingəçevirdə uşaq doğuldu və öldü

Hadisə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsində baş verib. Mingəçevir şəhər sakini Əzizova  Könül Habil qızının dünyaya gətirdiyi körpənin ürəyi dayanıb. Şöbə müdirinin bildirdiyinə görə, doğuş prosesi problemsiz həyata keçib, lakin dünyaya gəldikdən bir müddət sonra körpənin ürəyi dayanıb. Hazırda ananın vəziyyəti normaldır və ani ölümün səbəbi araşdırılır.

Mingəçevirdə istedadlı uşaqlar bir araya gəldi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin elan etdiyi  “Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqə”sinin qalibi olan N.Gəncəvi adına 8 nömrəli tam orta məktəb tərəfindən İstedadlı uşaqlar üçün “Yay məktəbi” layihəsinin icrasına başlanılıb. 8 nömrəli məktəbdə baş tutan açılışda məktəb rəhbərliyi, müəllim heyəti, qonaqlar və istedadlı şagirdlər iştirak edib. Layihənin açılışında çıxış edən direktor müavini Maisə […]

Regional TV-də ailə dəyərləri ilə bağlı teledebat

Sentyabrın 4-də ARB Aran TV şirkətində “Azərbaycanda ailə dəyərləri və milli-mənəvi adət, ənənələrimiz” mövzusunda teledebat keçirilib.Yevlax şəhərində təşkil edilən bu veriliş Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Bərdə rayonunda fəaliyyət göstərən “Yoxsulluğun Azaldılması, Əlillərə və Kimsəsizlərə Kömək” İB icra etdiyi “Milli-mənəvi dəyərlərimizə istinadən sağlam ailə münasibətlərinin təbliği” layihəsi çərçivəsində baş […]

Asfalt üzərində sülh düşüncələri

Sentyabrın 4-də Mingəçevirdə “Qoy həmişə günəş olsun” mövzusunda rəsm müsabiqəsi keçirilib. Şəhər stadionunda təşkil olunan müsabiqədə  28  uşaq və yeniyetmə iştirak edib. Uşaqlar asfalt üzərində çəkdikləri bir-birindən maraqlı rəsmlərdə mavi səma, sülh göyərçini, Qarabağ və müharibə barədə düşüncələrini əks etdiriblər. Uşaq–Gənclər İnkişaf Mərkəzinin əl işlərindən ibarət sərgi və balaca fidanların ifasında rəngarəng şeirlər də maraq […]

Goranboyun dağlıq hissəsində becərilən yer kökü

Goranboyun dağ kəndləri üçün yer kökü becərmək xarakterik olmasa da bir neçə müddətdir ki, bu yerlərdə bitkinin əkini aparılır. RayonunYenikənd kəndi ərazisində becərilən yer kökü bu il məhsuldarlığı ilə seçilir. Təsərrüfat sahibi hektaradan 30-35 ton məhsul götürməyin mümkün olduğunu deyir. Dağlıq ərazidə becərilən su sevən bitki dəmyə deyil, suni suvarma ilə becərilir. Həmçinin burada yerli […]