Browsing yearly archive

2019

Mingəçevirdə daha bir nümunəvi məhəllə yaradılır

Mingəçevirdə daha bir nümunəvi məhəllə yaradılır. N.Nərimanov küçəsindəki 10, 12, 14 saylı və Xəzər küçəsindəki 4 və 6 saylı binaların qarşısında abadlıq-quruculuq işləri davam edir. Belə ki, məhəllədə qurumuş ağaclar budanır, yeni ağac tingləri əkilir və suvarılır, binaların fasad hissələri, dəhlizləri əsaslı təmir edilir  və  uşaqlar üçün idman qurğuları  quraşdırılır.

Bazar ətrafında sıxlığı aradan qaldırmağın yolu tapıldı

Bir neçə aydır ki, Mingəçevirdən yaxın kəndlərə işləyən avtobus marşurutlarının  şəhər ərazisində dayanacaq  yeri ilə bağlı məsələ müzakirə olunur. Problemin həlli istiqmətində artıq əksəriyyəti məmnun  salan razılaşma əldə edilib. Bu barədə “Avtomobil  nəqliyyatı ilə daşımaların  təşkili” MMC-nin Mingəçevir regional bölməsinin sözcüsü Sahib Kərimov məlumat verib. Onun dediyinə görə, bir neçə ay öncə bazar ətrafı ərazilərdən […]

Qadınların cəmiyyətdə rolunu artırmaq, sosial statusunu yüksəltmək üçün

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı çərçivəsində Mingəçevirdə “Qadın hüquqları” üzrə seminar keçirib. Layih’nin ekspert Məftunə İsmayılova ailənin sosial-psixoloji xüsusiyyətləri, ailədaxili münasibətlərin uşaqlara və  sosial rollara təsiri, uşaqların davranışlarının qiymətləndirilməsi, valideynlik bacarıqları barədə məlumat […]

Mingəçevir Turizm Kollecinda “Aprel döyüşləri” muzeyi yaradılacaq

Düşmən üzərində tarixi aprel zəfərinin növbəti ildönümü münasibətilə kollecdə təşkil olunan anım tədbirində Mingəçevirli aprel şəhidlərinin doğmaları-kiçik çavuş  Rüstəm Əhmədovun atası Oruc Əhmədov və anası Saqibə Əhmədova, gizir  Teymur Qasımovun anası Gülnarə Qasımova və  döyüşçü Rahim Tağıyevin həyat yoldaşı  Vüsalə Tağıyevə, həmçinin çoxsayda dəvətli qonaqlar iştirak edib. Öncə hərbi marşın sədaları altında Azərbaycan Respublikasının Dövlət […]

Mingəçevirdə aprel şəhidinin xatirəsi anılıb

Aprel döyüşlərindəki  qələbədən 3 il keçdi. Bu şanlı qələbənin əldə edilməsində ən uca zirvəyə-şəhid adına yüksələnlər xalqımızın and yerinə çevriliblər.  Onların xatirədi dövlətimiz tərəfindən əbədiləşdirilir, ailələri bir an da olsun diqqət və qayğıdan kənarda qalmır. Bu gün Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və şəhər ictimaiyyətinin nümayəndələri aprel şəhidi Qasımov Teymur Sabir oğlunun növbəti […]

Mingəçevirdə iki bacının kirayə yaşadıqları mənzildə meyitləri tapılıb

Hadisə Mingəçevirin Heydər Əliyev prospektindıki 90 saylı ünvanda baş verib. Bir gün öncə köçdükləri mənzildə onların cansız bədəni aşkarlanıb. 24 yaşlı Roza və 18 yaşlı Emilya Mobilçenkolardan xəbər çıxmadığına görə bağlı mənzilin qapısı sındırlıb. Bu zaman onlardan birinin vanna otağında, digərinin kənarda vəfat etdiyi məlum olub. İlkin səbəb kimi hadisənin dəm qazından zəhərlənmə nəticəsində baş […]

Nic qəsəbəsində keçirilən şahmat birinciliyində həkim çempion olub

Oəbələ rayonunun Nic qəsəbəsində qədim zamanlardan bəri Azərbaycanın unukal tayfalarından biri olan udinlər məskunlaşıb. Bu gün onlar bu qəsəbədə və ətraf kəndlərdə yaşayan digər xalqlarla mehriban və qarşılıqlı hörmət şəraitində yaşayır, fəaliyyət göstərirlər. Qəsəbədə vaxtaşırı tarixi və bayram günləri ilə əlaqədar müxtəlif idman yarışları təşkil olunur. Novruz bayramı günlərində start götürən, 20 gündən çox davam […]

Kapitalbankda itirdiyim saat yarım

Bu gün, aprelin 9-da müddəti bitmiş sahibkar kartımın yenisini sifariş etmək üçün Kapitalbankın Mingəçevir filialına gəldim. Saat 11.30-da kart sifarişi üçün nömrə götürdüm. 11.50-də məni 4-cü pəncərəyə çağırdılar. Bankın əməkdaşı Əhliman bəyə köhnə kartımı və şəxsiyyət vəsiqəmi təqdim etdim. O, sənədlərə baxdı, 2 və 3-cü pəncərədə oturan gənclərə üzünü tutdu: “Bu, biznes kartıdır, onun uzadılması […]

Elman balıq ovundan həm ləzzət alır, həm də qəpik-quruş qazanır

Kür sahilində  balıq tutmaq mingəçevirlilərin ən sevilən istirahəti və məşğuliyyətidir. Onlar “həm ziyarət, həm ticarət” deyiminə əsaslanaraq, vaxtlarının bir hissəsini gözəl təbiətin qoynunda, çay qırağında keçirirlər. Nəticədə həm mənəvi zövq alır, həm də dadlı təamlar dadmaq üçün balıq tuturlar. Həvəskar balıqçı Elman Süleymanov da Mingəçevir sakinidir. İlin hansı fəsli olur-olsun, o, Kürün  sahilinə gələrək balıq […]

“STP terminal” brendi ilə ilk yerli elektron köşk məhsulları

Sumqayıt Texnologiyalar Parkının istehsal etdiyi terminal və köşk tipli avadanlıqları artıq “STP Terminal” brendi altında təqdim ediləcək. STP terminallara ödəmə və bilet terminalları, o cümlədən növbə və informasiya köşkləri aiddir. Bu günə qədər Texnopark Vergilər Nazirliyi, Gömrük Komitəsi kimi dövlət qurumlarını, Kapital Bank, Rabitə Bank və Easypay kimi özəl şirkətləri müxtəlif terminal və köşk tipli […]