Browsing yearly archive

2019

Şəhər İcra Hakimiyyətinin başçısı Energetiklər qəsəbəsində sakinlərlə görüşüb

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun  30 yanvar tarixdə  növbəti səyyar görüşü Energetiklər qəsəbəsində oldu. Fazil Əzimov və Yadigar Mansurov küçələrinin qarşısında düzənlənən tədbiri giriş sözüylə açan şəhər rəhbəri vurğuladı ki, ölkə prezidenti İlham Əliyevin tövsiyyə və tapşırıqları əsasında indiyə qədər  ayrı-ayrı məhəllələrdə keçirilən səyyar görüşlərdə şəhər sakinləri həlli vacib hesab edilən problemlərin aradan qaldırılmasını […]

Jurnalistlər əlilliyi olan şəxslər barədə yazıları necə hazırlamalıdırlar?

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi proqramı” çərçivəsində 2019-cu il fevralın 8-dən 10-dək “Əlilliyi olan şəxslərin hüquqları: Qanunvericilik və onun tətbiqi” mövzusunda jurnalistlər üçün 2 günlük seminar keçirəcəkdir. Seminarda iştirakla bağlı müraciət (CV ilə) üçün son tarix: 29 Fevral 2019-cu il. Ətraflı məlumat almaq üçün GIZ-in layihə ofisinə müraciət […]

MDU-da tələbə-gənclər arasında “Ailə və milli mənəvi dəyərlərimizin təbliği” mövzusunda “Dəyirmi masa” keçirilib

22 yanvar 2019-cu il tarixdə Mingəçevir Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı tərəfindən “Ailə və milli mənəvi dəyərlərimizin təbliği” mövzusunda “Dəyirmi masa” keçirilib. Tədbirdə Tələbə Gənclər Təşkilatının sədri Samrin Xanlayev ailə dəyərlərindən danışıb, hazırda cəmiyyətimizin üzləşdiyi ailə problemlərinin mənbələri və onların həlli imkanları və üsulları haqqında qeyd edib. Bildirib ki, tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin […]

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Mingəçevir Dövlət Universitetində elmi-nəzəri konfrans keçirilib

Yanvarın 19-da Mingəçevir Dövlət Universitetində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar elmi-nəzəri konfrans keçirilib. Konfransda Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mingəçevir Dövlət Universitetin rektor Akif Hacıyev 20 Yanvar faciəsinin tariximizin şərəf və qəhrəmanlıq səhifəsi olduğunu, keçmiş sovet imperiyasının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktının insanlığa qarşı törədilmiş ən ağır […]

Poçtalyon qadın:”indi insanlar daha çox məhkəmələrdən məktub alır”.

Poçtalyon qadın:”indi insanlar daha çox məhkəmələrdən məktub alır”. 59 yaşı var gün ərzində 10-15, 1 aya 250-300 km-dən çox  piyada yol qət edir. Mingəçevirdə yaşayan Zərinə Həbibova qadınların az-az maraq göstərdiyi poçtalyonluq peşəsi ilə məşğuldu.16 ildir qar,yağış,isti demədən ona verilən ərazini gəzib məktub paylayır. Xanım poçtalyon yaşının bu çağında hələ yorğunluq hiss etmir. O, hər […]

Mingəçevir teatrında 20 Yanvar faciəsi anıldı

Biz öyrəndik təqvimlərə… Ona uyğun bayramları, faciə günlərini qeyd etməyə. Sevincimizi, kədərimizi təqvimin cırılıb atılan vərəqləri kimi unutmağı da öyrəndik. Dərdin ağırlığını çəkənlər isə ovunmadı, sakitləşmədi yurd həsrəti, şəhid nisgilinə. İçində fəryad edən analar, atalar, uşaqlar, sevgililər gecələr xısın-xısın ağladılar. Göz yaşları islatdı balışlarını. Vaxtsız dən saldı saçlarına əzizinin yoxluğu… 26 il də əzab verə-verə […]

Şəhidlər yad olundu

Yanvarın 20-də səhər saatlarından mingəçevirlilər qanlı yanvar faciəsini yad etmək üçün Şəhidlər Xiyabanına gəliblər. Anım mərasimi şəhidlərin ruhlarına dualar oxunmasıyla başlanıb. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov mərasimdə çıxış edərək, müdhiş gecədə rus ordusunun qabağına əliyalın çıxan və  canları bahasına ölkəmizin müstəqilliyini qorumağa çalışan oğul və qızlarımızı fəxarətlə yad edib: “20 Yanvar qürur və mübarizə […]

Mingəçevir Dövlət Universitetində imtahan sessiyası davam edir

MDU-nun Mətbuat xidmətinin rəhbəri Nazim Niftəliyevin verdiyi məlumata görə, yanvarın 3-dən Mingəçevir Dövlət Universitetində  imtahan sessiyası başlayıb. Bakalavr təhsil pilləsində (əyani və qiyabi) 24 ixtisas üzrə təhsil alan 1856 tələbə və magistr təhsil pilləsində 12 ixtisas üzrə təhsil alan 70 magistrant tədris planına uyğun olaraq, imtahan verirlər. İmtahanların aparılmasında, nizam-intizama və eləcədə onun gedişinə nəzarət […]

Mingəçevirdə yanan məktəbdə şagirdlər donur

Bir neçə gün bundan öncə Mingəçevirdəki şəhid Noel Ahəngəri adına 13 nömrəli  tam orta məktəbdə elektirik naqillərində yüklənmələr çox olduğuna görə  qısaqapanma nəticəsində yanğın baş vermişdi. Yanğından sonra məktəbin enerji  xətlərində yaranan nasazlığa görə sinif otaqlarında elektriklə işləyən istilik qızdırıcılarından istifadə etmək qadağan olunub.  İstilik səbəbindən normal dərs keçmək mümkün olmadığı üçün valideynlər uşaqlarını məktəbə […]

Keçmiş polis mayorunun əl işləri görənləri təəccübləndirir

Sovet dönəmində 30 il Rusiyada yaşayan, ölkəmiz müstəqillik əldə etdikdən sonra isə Azərbaycanın bir sıra rayonlarda hüquq mühafizə orqanlarında çalışan və xidməti vəzifəsini polis mayoru rütbəsi ilə başa vuran şair Bəhman Gülövşəlinin dekorativ tətbiqi sənət növü üzrə  60 –a yaxın sənət əsəri görənləri təəccübləndirir. Bu günlərdə Mingəçevir  Rəsm Qalareyasında onun fərdi sərgisi açılıb. Yevlax rayonunun […]