Browsing yearly archive

2020

Açıq havada da maskalardan istifadə etmək məcburi oldu

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb. Bununla bağlı Nazirlər Kabineti bu gün qərar verib. Qərara əsasən hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin, fasiləsiz fəaliyyət göstərən digər dövlət orqanlarının, səhiyyə […]

Mingəçevir Dövlət Universitetində tələbə təşkilatlarının fəal üzvləri ilə görüş keçirilib

2020-ci ilin 18 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov tələbə təşkilatlarının fəal üzvləri ilə görüşüb. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən görüşdə rektor, ilk növbədə, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində əldə olunan möhtəşəm qələbə və əzəli torpaqlarımızın işğaldan azad olunması münasibətilə tələbələri təbrik edib. Vətən […]

Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı tərəfindən Ali Baş Komandana məktub

Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı tərəfindən Ali Baş Komandanımıza ünvanlanan minnətdarlıq məktubu Azərbaycan Respublikasının Prezidentinin rəsmi internet səhifəsində dərc olunub. 16 noyabr 2020, 13:18 Flora Namazova və başqalarından, Mingəçevir, Azərbaycan Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan. Doğma Azərbaycanımızın möhtəşəm tarixi zəfəri hər bir azərbaycanlı kimi, bizi də ürəkdən sevindirir. Sizin uzaqgörən siyasətiniz, […]

Azərbaycan Texniki Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə nəzəri-praktiki seminar keçirilib

2020-ci ilin 17 noyabr tarixində Azərbaycan Texniki Universiteti (AzTU) və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə “Azərbaycanda rəqəmsal ödənişlərin tətbiqi: reallıqlar və perspektivlər” mövzusunda nəzəri-praktiki seminar keçirilib. “ZOOM” platforması üzərindən online formatda təşkil olunan seminarı açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, müzəffər Ali Baş Komandanımızın böyük qətiyyəti və Azərbaycan Əsgərinin rəşadəti sayəsində əldə […]

Böyk Millət Məclisi türk sülhməramlılarının Azərbaycana göndərilməsinə qərar verdi

Türkiyə Böyük Millət Məclisi bu dəqiqələrdə Azərbaycana sülhməramlıların göndərilməsi barədə qərar verib. HDP istisna olmaqla digər partiyalar qərara “ƏVƏT” deyib.  Sülhməramlılar Konstitusiyanın 92-ci maddəsinə əsasən bir il müddətində Azərbaycanda olacaq və ehtiyac olduqca müddət uzadılacaq. Azərbaycanın müəyyənləşdirəcəyi yerdə Türkiyənin Rusiya ilə birlikdə quracağı Birgə Mərkəzdə və bu Mərkəzin işində Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin və […]

İlham Əliyev və Mehriban Əliyeva işğaldan azad edilmiş rayonlarda

Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verib. Artıq bu yolun inşasına start verilib. Prezident […]

Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun cəsədlərinin mübadiləsi həyata keçirilib

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi və iştirakı ilə Şuşa şəhəri ətrafındakı döyüş meydanında həlak olan hərbi qulluqçuların bir neçəsinin cəsədlərinin toplanılması həyata keçirilib. Məlumatda deyilir: “Bu humanitar aksiya çərçivəsində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının cəsədləri toplanaraq Ermənistan tərəfinə təhvil verilib. Həmçinin, aksiya çərçivəsində Şuşa […]

Yaşamaq həm də xatırlamaqdır.

. Hər yaşadığımız xatirəyə çevrilmir, amma xatırlayırıq: bəzən sevinərək, bəzən kədərlənərək, bəzən unutmaq istəyirik, heç yaşamamışıq kimi. Həyata dəyər verirsənsə yaşadıqların da xatirəyə çevrilər. Əsərlərini oxuduğum yazarlardan daha çox Borxesin xatirələrə çox dəyər verdiyini anlamışam. Bu hal o qədər hiss olunur ki, bəzən həyəcanla, bəzən də narahtlıqla xatirələrin dəyərli olduğunu, hətta xatirələr uğrunda mübarizə aparmağın […]

Lüğətçilik sahəsində vacib addım

Təhsil jurnalı İnsanlar  və  xalqlar  bir-biri ilə,  ilk növbədə, məhz adları ilə tanış olurlar. Buna görə şəxs adlarının başa düşülməsi, qavranılıb yadda saxlanılması, şəxs adlarının düzgün yazılışı və tələffüzü  vacib  məsələlərdəndir. Bu baxımdan, Mingəçevir Dövlət Universitetinin Xarici dillər kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Mayıl İsmayılovun “İngiliscə-Azərbaycanca şəxs adları lüğəti”  (Mingəçevir, 2020)  qiymətli […]

Mingəçevir Dövlət Universitetinin rektoru qrup nümayandələri ilə görüşüb

2020-ci ilin 13 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov qrup nümayəndələri ilə görüşüb. Tədbir Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən xüsusi karantin rejimi dövründə ölkəmizdə fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) təşkili vəziyyətinin müzakirəsinə həsr olunub. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən […]