Browsing yearly archive
Bu gün həyata keçirilmiş əməliyyat tərəflərin razılığı əsasında baş tutdu. Təhvilvermə Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədində keçirildi. BQXK, bu humanitar əməliyyatda neytral vasitəçi qismində çıxış edib. Bundan əlavə, münaqişə ilə əlaqədar saxlanılmış iki mülki şəxsin təhvili barəsində də razılıq əldə edilmişdi. BQXK-nın köməkliyi ilə bir yaşlı qadın Gürcüstan vasitəsilə Azərbaycandan Ermənistana dünən təhvil verildi. Yaşlı […]
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İnsan hüquqlarını pozan və xalqların öz müqəddəratını təyinetmə hüququnu həyata keçirməyə mane olan vasitə kimi Muzdlulardan istifadə üzrə İşçi Qrupun sədri Kris M. A. Kvacaya müraciət ünvanlayıb. Bu barədə mətbuata Fondun prezidenti Umud Mirzəyev məlumat verib. Müraciətdə Ermənistanın Azərbaycana qarşı müharibədə qanunsuz olaraq muzdlulardan istifadəsinin qınanılmasına və bu kimi halların […]
Böyük Britaniyadan olan beynəlxalq media mütəxəssisi Dan Meyson “Azərbaycanlılar niyə Qarabağa – evlərinə qayıtmaq istəyir?” adlı məqalə ilə çıxış edib. Analitik təhlil xarakterli məqalədə daha çox Azərbaycanın Qarabağ müharibəsindən sonra real həyatı əks olunub. Meysonun “Azərbaycan dilində heç bir söz Qarabağ qədər ağrı və duyğu ilə yüklənməyib” – deyə qeyd etdiyi yazısında Azərbaycan həqiqətləri bir […]
Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-i gün ərzində və 29-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub. Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı […]
Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 dekabr saat 06:00-dək uzadılır. Bununla bağlı Nazirlər Kabineti qərar verib. Operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhəri, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndləri, […]
Azərbaycanın işğal altında qalan torpaqlarını geri alması məqsədi ilə düşmən dövlətin hücumlarına adekvat cavab verərək məğlubiyyətə uğratması dünyanın diqqət mərkəzindədir. Sabah bir ayı tamam olacaq Vətən müharibəsi uğrunda döyüşlərdə Azərbaycan Ordusu böyük qələbələr əldə etmiş, bir cox şəhər, qəsəbə və kəndləri azad edərək Azərbaycan Bayrağını həmin ərazilərdə göylərə ucaltmışdır. Bütün bunlar xalqımızı qürurlandırır, dövlətimizin başçısına […]
Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Əbilcə, Qılıcan kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.