Browsing yearly archive
Cəbhənin müxtəlif istiqamətlərdə Ermənistanın xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Görüntüləri təqdim edirik:
Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb. Düşmənin raket hücumu nəticəsində 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bu gün gecə saat 1 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutub. […]
Füzuli şəhəri və Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri erməni işğalından azad olunub. Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı səsləndirib. “On minlərlə insanın o yerlərə qayıtmasını təmin etdi. Eyni zamanda strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttini yarması bizə növbəti strateji üstünlüklər verir, çünki Füzuli istiqamətində […]
Dövlət Müstəqilliyinin 29-ci ildönümü ilə bağlı Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhid ailələri və Qarabağ əlilləri cəmiyyətinin sədrləri ilə görüşüb. Başçı müstəqillik günü ilə bağlı təbriklərini çatdırıb və ulu öndərin ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanın yeni inkişaf dövrünə qədəm qoyduğunu deyib: “Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi […]
Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb. Dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Oktyabrın 15-də Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) Mingəçevirli gənclərlə görüşüb. Onlarda vətənpərvərlik ruhu aşılamaq yönündə söhbətlər aparılıb, məcburi köçkün ailələrindən olan gənclərdən müsahibələr alınıb. 133 gənclər təşkilatını özündə birləşdirən Milli Şuranın sədri Məryəm Məcidova Goranboy, Naftalan, Gəncə və Mingəçevir gənclərini ziyarətə gəldiklərini və bölgələrdə gənclərlə ruhlandırıcı görüşlər keçirib, onlara mesajlar vermək istədiklərini deyib: […]
Sentyabrın 27-də ermənilərin ölkəmizin sərhəd bölgələrinin müxtəlif istiqamətlərdən silahlı hücuma məruz qalması nətisəcində dövlətimiz qurbanlar verib, mülki əhali arasında da ölənlər və yaralananlar var. Düşmənin hər bir həmləsi zamanı Azərbaycan itkilərə məruz qalır. Yaralanan əsgərin yarası hər bir azərbaycanlının yarasıdır. Vətən uğrunda gedən döyüşlərdə müxtəlif xəsarətlər alan əsgərlərə həkimlər yaxşı baxacaq, əllərindən gələni edəcək və gənclərimiz […]
Sentyabrın 27-də erməni silahlı birləşmələrinin müxtəlif istiqamətlərdən Azərbaycanın sərhəd bölgələrinin silahlı hücumuna Azərbaycan Ordusunun adekvat cavab verməsini düşmən gözləmirdi. İllər boyu atyəşkəs reliminə əhəmiyyət vermədən sərhədlərimizə açdıqları atəşlər cavabsız qalmasa da bu dəfə Ordumuzun şəxsi heyəti düşmənə layiqli cavabını verməklə öz gücünü göstərdi. Əlbəttə, Azərbaycanın bu cür əks həmləsini düşmən və onun havadarları güman edə […]
Azərbaycan torpaqlarının 20 faizi 30 ilə yaxındır ki, Ermənistan tərəfindən işğal altında saxlanılır. Düşmən doxsanıncı illərdə dayanmadan ölkəmizin Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda dəfələrlə təxribatlar, terrorlar, yanğınıar törətməklə torpaqlarımızı işğal edib, 1 milyona yaxın insan yurd yerindən məcburi köçkün düşüb. Ötən illər ərzində Minsk Qrupunun həmsədrliyi ilə danışıqlar aparılsa da, dövlətimizin yalnız bir və […]