Browsing yearly archive

2020

Xalq, dövlət, ordu birliyi sarsılmazdır

Azərbaycan xalqı əsrlər boyu yağı hücumlarına məruz qalsa da hər zaman qələbə qazanıb. Şərəfli tarixi olan doğma yurdumuzun fədakar, qorxmaz, vətənpərvər övladları hər zaman düşmən qarşısına cəsarətlə çıxıb. İyirminci əsrin son onilliyində illər boyu özünü dost, qardaş kimi göstərən, əslində isə Azərbaycana düşmən gözü ilə baxan, gizli təxribat planları quran, hətta yeni doğulmuş uşaqları belə […]

Ali Baş Komandanımızın və Ordumuzun yanındayıq!  Torpaqlarımızı tam olaraq işğaldan azad edəcəyik!

Bu gün səhər saatlarında Ermənistan silahlı birləşmələri Azərbaycana qarşı hücuma keçmiş və yeni ərazilərimizi işğal etmək məqsədilə bütün sərhəd boyu hərbi obyektləri və mülki əhalini hədəfə almışdır. Azərbaycan Ordusu düşmənə ağır zərbələr vurararaq onu geri oturtmuş və bütün cəhbə boyu əks-hücuma keçmişdir. Daxil olan məlumatlara görə, düşmən birlikləri ciddi itkilər verərək geri çəkilir. Ordumuz bütün […]

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadıldı

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin və sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərərgah sentyabrın 28-də məlumat yayıb. Məlumatda o da bildirilir ki, sərtləşdirilmiş xüsusi karantin rejimində Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 3 oktyabr saat 00:00-dan 5 oktyabr saat […]

İlham Əliyevlə BMT-nin Baş katibi Antonio Quterreş arasında videokonfrans formatında görüş olub

Sentyabrın 28-də BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə onunla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında videokonfrans formatında görüş olub. Bu barədə Prezidentin internet səhifəsində məlumat yayılıb. Prezident İlham Əliyev dünən Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatla bağlı hadisələrin gedişinə dair məlumat verdi. Qeyd etdi ki, sentyabrın 27-də Ermənistan təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin […]

Mingəçevir şəhidlərini son mənzilə yola saldı

Sentyabrın 28-də Mingəçevirdə orduya dəstək aksiyası keçirilib. On minlərlə insan Azərbaycan ordusunun dünəndən bəri düşmənə qarşı əks həmlə hücumu nəticəsində işğal altında olan torpaqlarımızı azad etməsindən məmnunluğu əks etdirən şüarlar səsləndirib. Onlar Ali Baş komandanın rəhbərliyi altında qələbə qazanılacağını, tezliklə Kəlbəcərdə, Xankəndində, Şuşada və Qarabağdakı digər  ərazilərimizdə Azərbaycan bayrağının dalğalanacağına inandıqlarını bildiriblər. Eyni zamanda aksiya […]

“Düşmənin itkiləri arasında Suriya və Yaxın Şərq ölkələrindən olan muzdlular da var”

“Əldə olunan kəşfiyyat məlumatına əsasən, düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan çoxlu sayda erməni əsilli muzdlu döyüşçülər də var. Lakin onlar Ermənistanda rəsmi qeydiyyata alınmadığı üçün düşmən bu itkiləri asanlıqla gizlədir”. Bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib. “Əvvəlki döyüşlərdə olduğu kimi bu dəfə də Ermənistanın hərbi-siyasi […]

Vilayət Eyvazov komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin olundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Süleyman oğlu Eyvazovu hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edib.   […]

Ermənistan tərəfindən Azərbaycanın Tərtər şəhəri intensiv atəşə tutulur

28 Sentyabr 2020-ci il tarixində səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tərtər şəhəri intensiv atəşə tutulur. Düşmən qüvvələri şəhərin mülki şəxslərini və obyektlərini məqsədyönlü şəkildə hədəfə alır. Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsindən verilən məlumata görə, Ermənistan Tərtərin şəhərinin dinc sakinlərini atəşə tutmaqla, mülki insanlara qarşı terror vasitələrindən istifadə etdiyini və növbəti dəfə beynəlxalq […]

Düşmənin daha bir neçə hərbi texnikası məhv edildi

Azərbaycan Ordusu bölmələrinin dəqiq zərbələri nəticəsində cəbhənin müxtəlif istiqamətlərdə Ermənistan silahlı qüvvələrinə məxsus daha bir neçə hərbi texnika məhv edilib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Təqdim olunan videoda düşmənə məxsus hərbi texnikaların məhv edilmə anları əks olunub.