Browsing yearly archive

2020

Mingəçevir Dövlət Universitetində yeni tədris ilinə hazırlıqla bağlı tədbir keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) yeni tədris ilinin başlaması münasibətilə qrup nümayəndələri və fəal tələbələrlə “Microsoft Teams” platforması üzərindən onlayn formatda görüş keçirilib. Görüşün keçirilməsində əsas məqsəd mövcud şəraitdə məsafədən təhsil zamanı MDU tələbələrinin “Microsoft Teams” platformasından istifadə bacarıqlarını daha da gücləndirməkdən və təhsialanların yeni tədris ilinə hazırlığını tam təmin etməkdən ibarət olub. MDU-nun məsul əməkdaşlarının […]

İki qonşu arasında mübahisə bıçaqlanma ilə nəticələndi

Mingəçevirdə qadın yaşlı kişini bıçaqlayıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Gəncə şosesində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Dəmir Beton Məmulatları zavodunun həyətində baş verib. Mübahisə zamanı 1938-ci il təvəllüdlü İmaməliyev Ələs Baxış oğlu qonşu qadın tərəfindən döş qəfəsindən bıçaqlanıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən qadın Ağdam rayon sakini Məmmədova Tünzalə Telman qızıdır. Yaralı […]

Mingəçevirdə 8 yaşlı qızın bədəninə kürək nahiyəsindən dəmir batıb

Mingəçevirdə 8 yaşlı qızın bədəninə dəmir batıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə hadisə bağlar yaşayış massivində baş verib.  Yaşadığı ərazidə naməlum şəraitdə yıxılan 2013-cü il təvəllüdlü şəhər sakini Zabitova Zəhra Heydər qızının kürək nahiyəsinə iri dəmir batıb və ona ağır xəsarət yetirib. Dəmir azyaşlının digər orqanlarını da zədələyib. Yaralı dərhal əməliyyata alınıb. Faktla bağlı araşdırma aparılır.

35 il qabaq tikilən məktəb əsaslı təmirdən sonra istifadəyə verildi

Müasir, yeniləşən məktəblər sırasına Mingəçevirdə 16 saylı orta məktəb də əlavə edilib. Səməd Vurğunun adını daşıyan təhsil ocağı əsaslı təmirdən sonra istifadəyə verilib. Bu münasibətlə Təhsil nazirinin müşaviri Elnur Nəsibov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov,  Təhsil şöbəsinin müdiri Sahib Məmmədov və məktəbin direktoru Sevinc Həsənova sentyabrı 12-də məktəbdə olublar. təhsil ocağının təmirdən sonrakı […]

Hostinq və domen nədir?

Qısa dildə desək hostinq saytın internetdə yerləşdiyi yer, domen isə onun ünvanıdır. Belə bir misal çəkək biz ev tikmək istəyirik və bunun üçün bizə mütləq bir şəkildə torpaq sahəsi lazımdır məsələn 6 sot, hansı ki, orada ev tikiləcək. Təbii ki, tikiləcək evimizin yerləşdiyi torpaq sahəsinin bir ünvanıda olmalıdır. Məsələn C.Əliyev küçəsi 22. Burada evimizi tikəcəyimiz […]

Mingəçevir Dövlət Universitetində yay semestri uğurla başa çatıb

Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yay semestri uğurla başa çatıb. İlk dəfə olaraq online formada təşkil olunan yay semestri çərçivəsində dərslər cari ilin 27 iyul – 28 avqust tarixlərində, imtahanlar isə 31 avqust – 03 sentyabr tarixlərində keçirilib. Yay semestrinə hazırlıq məqsədilə universitet üzrə verilmiş müvafiq əmrdə aidiyyatı struktur bölmələri arasında rasional iş […]

Yeni dərs ilimiz münasibətilə.

Sinifdə aləm bir-birinə qarışmışdı. Mən isə bu gurultudan bir qədər uzaq olmaq və təmiz hava almaq üçün pəncərənin önündə dayanmışdım. Əksəriyyət uşaqlar yerində otursa da, beş-altı uşaq sinifdə ora-bura qaçışır, yoldaşlarını itələyir, partaların başına hərlənirdilər. Həm də bu dəcəllər oturacaqların üstündəki döşəkcələri bir-birinə atır və qışqırışırdılar. Elə bu vaxt zəng çalındı, amma  onların heç vecinə […]

Azərbaycanda Peşə Təhsilinin Müasirləşdirilməsi istiqamətində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən yeni layihə başlayır

Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycanda peşə təhsili və təlimi sistemində keyfiyyətli kadr hazırlığı üçün dəstək verilməsi və bu təhsil pilləsinin nüfuzunun artırılması məqsədilə 5.6 milyon avro dəyərində yeni layihəyə başlayıb. Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirəcəyi dörd illik layihə – əmək bazarının mövcud ehtiyaclarına uyğun səriştəyə […]

Gənclərin təşəbbüslərinə dəstək vermək üçün mentorlar qrupu formalaşdırılıb

İnkişaf Zamanı Proqramı “İncəsənət sosial inkişafda vasitə kimi”  mövzusuna həsr olunub. 2020-ci il avqustun 31-dən sentyabrın 6-dək baş tutan onlayn təlimlərə Azərbaycanın fərqli bölgələrindən olan gənclər qatılıb. Proqram iştirakçıları müxtəlif incəsənət alətlərindən istifadə edərək, yeni layihələr hazırlayıb. Təlim zamanı gənclər layihə idarəçiliyin əsaslarını öyrənib, büdcə, effektiv kommunikasiya, iş bölgüsü, fandreyzinq, hədəf qrupları ilə iş, vaxtın […]

Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-lu pasiyentlərin tibbi ləvazimatlarla təmin olunmasına dəstək göstərir

Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-lu ağır xəstələrin müalicəsində istifadə olunması üçün 129 ədəd oksigen konsentratoru və 60 ədəd pulsoksimetri Azərbaycanın Səhiyyə Nazirliyinə təhvil verib. Bu tibbi ləvazimatlar Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Ofisi tərəfindən “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində ölkəyə gətirilib. Oksigen konsentratorları xəstəxanaya […]