Browsing yearly archive

2020

“Elektron Hökumətin İnkişafı İndeksi” açıqlanıb

Elektron Hökumət Sorğusunun (e-Government Survey) 2020-ci il üçün olan nəticələri açıqlanıb. Elektron Hökumət üzrə sorğu Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2 ildən bir keçirilir və 193 üzv ölkəni əhatə edir. Hazırlanmasında 200-dən çox tədqiqatçı, ekspert iştirak etmiş və sayca 11-ci olan bu nəşr dünya ölkələrinin e-hökumət hazırlığı ilə bağlı yeganə istinad mənbəyidir. “Elektron Hökumətin İnkişafı İndeksi” […]

Naftalanda ağır qəza olub

Naftalanda ölümlə nəticələnən ağır qəza olub. APA-nın Mingəçevir bürosunun məlumatına görə, VAZ markalı maşınlar toqquşub, nəticədə biri qadın olmaqla 3 nəfər ölüb.  4 ağır yaralıdan biri Goranboy, 3-ü isə Gəncə şəhər xəstəxanasına yerləşdirilib.

Azərbaycan üzv ölkələrlə əməkdaşlığa hazırdır

Cari ilin əvvələrindən dünyada tüğyan edən koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyev bir neçə dəfə videokonfrans formatında beynəlxalq səviyyəli görüş və konfransların keçirilməsi təklifi ilə müraciət etmişdir. Keçirilən videokonfranslarda iştirak edən böyük dövlətlərin rəhbərləri və digər rəsmiləri pandemiya ilə mübarizə barədə fikir mübadilələri apararaq təhlükəli virusdan qurtuluş yollarından danışmışlar. Yeri […]

Yevlaxda motoroller aşıb, sürücü xəsarət alıb

Yevlaxda baş vermiş yol qəzası zamanı motoroller aşıb.APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Salahlı kəndi yaxınlığında baş verib. İdarəetmədən çıxan “Muravey” markalı motorollerin aşması nəticəsində müxtəlif bədən xəsarətlər alan 1990-cı il təvəllüdlü Aran qəsəbəsi sakini Əliyev Füzuli Nemət oğlu xəstəxanaya yerləşdirilib.

Tvinninq layihəsinin yekun konfransı keçirilib

11.07.2020  www.edu.gov.az Təhsil Nazirliyi və Avropa İttifaqının birgə təşkilatçılığı ilə “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” adlı tvinninq layihəsinin yekun konfransı keçirilib. Onlayn formatda keçirilən konfransın məqsədi son iki ildə həyata keçirilən layihənin nəticələrini ümumiləşdirmək və layihə çərçivəsində ölkənin ali təhsil sisteminin inkişafı istiqamətində görülən işlər barədə geniş ictimaiyyəti məlumatlandırmaqdan ibarət olub. Konfransı giriş sözü […]

Mingəçevir Dövlət Universitetində “14 iyul 1969-cu il: Tərəqqiyə aparan yolun başlandığı və qüdrətli Azərbaycan dövlətinin bünövrəsinin qoyulduğu gün” mövzusunda elmi konfrans keçirilib

2020-ci il 13 iyul tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “14 iyul 1969-cu il: Tərəqqiyə aparan yolun başlandığı və qüdrətli Azərbaycan dövlətinin bünövrəsinin qoyulduğu gün” mövzusunda elmi konfrans keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunan konfransda MDU-nun professor-müəllim, inzibati-texniki heyət üzvləri, tələbə və magistrantları iştirak edirblər. Tədbiri açan MDU-nun rektoru Şahin Bayramov ümummilli lider […]

Azərbaycan Ordusunun bölmələri düşmənin dayaq məntəqəsinə zərbə endirib

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, 60, 82 və 120 millimetrlik minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 70 dəfə pozub. Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Ağdam rayonunun işğal altında […]

Zamanovlar ailəsi yas məclisini xeyriyyə tədbirinə çevirdi

Koronavirusla əlaqədra insanların bir araya toplaşması yoluxma riskini artırdığından yas məclislərinin keçirilməsi tövsiyə olunmadığından Mingəçevirdə yaşayan Zamanovlar ailəsi yeni bir ənənənin əsasını qoyub. Ürək çatışmazlığından vəfat etmiş  həkim Aybəniz Zamanovanın həyat yoldaşı və övladları onun yas məclisini xeyirxah bir qaydada qeyd ediblər. Onlar şəhərdə sərtləşmiş karantin rejiminə görə müvəqqəti olaraq işini itirmiş 100-ə yaxın aztəminatlı […]

Mingəçevirdə özəl tibb mərkəzində yanğın təhlükəsi yaşanıb

Dünən axşam saatlarında Mingəçevirdə “Ramiz” özəl Tibb Mərkəzində yanğın baş verib. APA-nın yerli bürosunun məlumatına görə, yanğına . Hadidə yerinə iki yanğınsöndürmə briqadası cəlb olunub. Görülən tədbirlər nəticəsində baş verə biləcək yanğının qarşısı alınıb. Hadisə nəticəsində zərərçəkən olmayıb.