Browsing yearly archive

2020

Avropa İttifaqı 6 layihəyə 3,5 milyon avro ayırıb

Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyi məmnunluqla bildirir ki, kənd təsərrüfatı sahəsində ümumi dəyəri təxminən 2 milyon avro olan 4 qrant müqaviləsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır.  Qrantların məqsədi yerli qida konsepsiyalarını təşviq etməklə, eləcə də kənd təsərrüfatı üzrə yerli məsləhət xidmətləri şəbəkələrini yaratmaqla kənd əhalisinin gəlirlərinin gücləndirilməsi və diversifikasiyasıdr.  “Avropa İttifaqının regional və […]

Koronavirus: Aİ-nin pandemiya ilə mübarizə üzrə qlobal cavab tədbirləri

8 aprel 2020-ci ildə Avropa Komissiyası və Aİ-nin Ali Nümayəndəsi tərəfindən ittifaqın tərəfdaş ölkələrinin koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə dəqiq və məqsədyönlü tədbirlər planının işlənib hazırlanacağına dair məlumat açıqlanmışdır. Aİ-nin kollektiv fəaliyyəti dərhal diqqət tələb edən səhiyyə sahəsi ilə bağlı böhrana və onunla əlaqədar humanitar ehtiyacların aradan qaldırılmasına, tərəfdaş ölkələrin səhiyyə, su və […]

Həyətlərdəki avtomobillər fövqəladə hadisələrin qarşısının alınmasına maneçilk törədir

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 5 aprel 2020-ci il tarixindən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqi və hərəkət məhdudiyyətinin müəyyən olunması avtomobillərdən istifadəni kəskin azaldıb və avtonəqliyyat vasitələri əsasən yaşayış binalarının həyətyanı sahələrində park edilib. Həyatımızın ilk və kaş ki, sonuncu olacaq karantin rejimli dövrünü yaşayırıq. Bu rejim daha çox diqqət, hər kəsə qayğı […]

190 manat kimlərə düşmür?

“Mingəçevir işıqları” qəzeti novator.az səhifəsinə istinadən bu barədə məlumatı oxucuları ilə bölüşür.  Baş nazir Əli Əsədovun aprelin 4-də təsdiqlədiyi planda muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənməsi; fərdi sahibkarlara maliyyə dəstəyinin göstərilməsi; sahibkarlıq subyektlərinə vergi güzəştlərinin və tətillərinin verilməsi; dövlət əmlakını icarəyə götürmüş sahibkarlıq subyektlərindən icarə haqqının 2020-ci ilin sonunadək hesablanmaması; zəruri hesab edilən məhsullar üzrə idxal rüsumlarının […]

Mingəçevir Dövlət Universitetinin (MDU) gələcəyin müəllimi olan tələbələri hər kəsi kitab oxumağa dəvət ediblər

Ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin #bizbirlikdəgüclüyük və #evdəqal çağırışlarına Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri növbəti dəfə qoşulublar. MDU-nun Pedaqoji fakultəsində “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə III kursda təhsil alan tələbələr hər kəsi evdə qalmağa və kitab oxumağa dəvət ediblər. Gələcəyin müəllimləri olan tələbələr […]

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun kollektivə və tələbələrə müraciəti

Mingəçevir Dövlət Universitetinin (MDU) hörmətli professor-müəllim və inzibati-texniki heyət üzvləri! Əziz tələbələrimiz! Məlumunuz olduğu kimi, mövcud şəraitdə qarşımıza qoyduğumuz əsas vəzifə tədris prosesində davamlılığın təmin edilməsindən ibarətdir. MDU tərəfindən atılan bütün addımlar evdə qaldıqları müddətdə tələbələrimizin dərslərlə məşğul ola bilməsi üçün alternativ imkanların yaradılmasına xidmət edir. Bildiyiniz kimi, cari ilin 17 mart tarixindən etibarən sizlərin […]

Mingəçevirdə küçə və parklar boşalsa da həyat davam edir

Laqeydlik göstərənlərin canlarına isti keçib Son günlərədək Mingəçevirdə əhalinin koronavirusdan qorunması istiqamətində aparılan tədbirlər kifayət qədər yetərli deyildi. Hökumət qurumlarının ciddi səylərinə baxmayaraq, bu xəstəliyi ciddi qəbul etməyənlər vardı. Nə gizlədək, dünənə kimi şəhərin mərkəzi bazarı əvvəlki kimi işləyirdi. Hətta qarşı hissədə, ayaq altında meyvə-tərəvəzin, süd-qatıq və balıq məhsullarının satıldığını görürdük. Əksər satıcılar nə maska […]

Mingəçevir Dövlət Universitetinin əməkdaşları və tələbələri xüsusi risk qrupuna daxil olan ailələri ziyarət ediblər

Qlobal pandemiya ilə mübarizə tədbirləri çərçivəsində ölkəmizdə karantin rejiminin tətbiq olunması tənha və xəstə insanlara yardım göstərilməsi və onların zəruri ehtiyaclarının qarşılanması məsələsini daha da aktuallaşdırıb. Müsbət haldır ki, hazırda çoxsaylı dövlət və özəl qurumları, qeyri-hökumət təşkilatları və ictimai birliklər tərəfindən bu istiqamətdə müvafiq könüllülük fəaliyyətləri həyata keçirilir. COVID-19 infeksiyası ilə mübarizənin ilk günlərindən öz […]

Mingəçevir Dövlət Universitetində Aprel döyüşlərinə həsr olunmuş virtual konfrans keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) “Aprel döyüşləri müstəqil Azərbaycanın müasir tarixinin qələbə və qəhrəmanlıq səlnaməsidir” mövzusunda virtual konfrans keçirilib. İnternet üzərindən təşkil olunan konfransda MDU-nun struktur bölmə rəhbərləri və tələbə təşkilatlarının fəalları iştirak ediblər. Konfransı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir” sözləri ilə açan […]

#Evdəqal

Mingəçevir şəhər Texniki humanitar liseyin 1d sinfinin şagirdindən Prezidentimizə dəstək.