Browsing yearly archive

2020

Gəlin, təhlükədən qorunmaq üçün evimizdə qalaq!

Martın 26-da Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın iclası keçirilib. Bu barədə NK-dan məlumat verilib:  “İclasda qeyd edilib ki, xüsusi karantin rejiminin tətbiq olunduğu dövr ərzində 746 nəfər inzibati, 1 nəfər isə cinayət məsuliyyətinə cəlb olunub. Şəhər və rayon icra hakimiyyəti orqanlarına ciddi şəkildə göstəriş verilib ki, xüsusi karantin rejiminə əməl […]

Koronavirusdan qorxulu…

Təmizlik önəmlidir, Çox-çox önəmlidir, Hətta, dəhşət önəmlidir… Kirlənmişik, yuyunaq, çirklənmişik, yuyunaq. Yuyucu maye sabun, başqa növləri də var. Dezinfeksiya edən məhlullar, daha nələr… Yamanca kirlənmişik, Yuyunaq təmiz olaq, Yuyaq qoy təmiz olsun əllərimiz, üzümüz, canımız, cəsədimiz, Virus yaxın gəlməsin… Bəs, kirlənmiş niyyəti, kirlənmiş baxışları, Kirlənmiş vicdanları nə ilə yuya billik? Varmı onları yuyan yuyucu vasitələr? […]

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov özünün Facebook səhifəsində koronavirusla mübarizə ilə bağlı aşağıdakı mətndə təşəbbüs paylaşıb

“Dünyanı bürümüş koronavirusa qarşı mübarizədə həmrəyliyimizi bir daha nümayiş etdirmək və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə riayətlə bağlı maarifləndirməyə töhfə vermək məqsədilə Mingəçevir Dövlət Universiteti (MDU) ailəsinin bütün üzvlərini vahid formatlı Facebook profil şəklindən istifadəyə dəvət edirik. Koronavirusa birgə qalib gələk!”

Unudulmuş tikmə növünə yeni nəfəs verən gənc xanım

Mingəçevirli Sonaxanım Əzizova 2 ildən artıqdır ki, unudulmuş qədim sənət nümunələrindən olan “Sanama” tikiş növü ilə məşğuldur. Bu günlərdə onunla  həmsöhbət olduq. Bildirdiyinə görə, uşaq vaxtı bu peşəni nənəsindən öyrənib. Nənə ona bu işin asan olmadığını bildirsə də gənc xanım fikirindən dönməyib. Özünün dediyi kimi,  tələbə vaxtı otaq yoldaşının bu tikmə növü ilə məşğul olduğunu […]

Beynəlxalq media eksperti azərbaycanlı tələbələr üçün online tədris həyata keçirir

Məlum olduğu kimi hazırda bütün dünyada, o cümlədən, ölkəmizdə koronavirusla mübarizə və mühafizə məqsədilə çox ciddi tədbirlər həyata keçirilməkdədir. Bunlardan biri də təlim-tədris müəssisələrində tədris prosesinin müvəqqəti olaraq dayandırılmasıdır. Lakin internet dövründə yaşadığımızdan bir sıra sahələrdə olduğu kimi, tədris sahəsində də innovativ imkanlar mövcuddur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdman Jurnalistikası Magistr Proqramının […]

Azərbaycanda 6 yeni koronavirusa yoluxma qeydə alınıb, 1 nəfər vəfat edib

Azərbaycan Respublikasında 6 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı aşkarlanmışdır. bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın martın 25-nə olan məlumatında deyilir. Qeyd olunan şəxslərdən 1 nəfər Azərbaycan Respublikası vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı şikayətləri ilə xəstəxanaya müraciət etmişdir. Eyni zamanda şəkərli diabet və ürəyin işemik xəstəliyi olan pasiyentdən COVID-19 üçün […]

Mingəçevir Dövlət Universiteti Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

2020-ci ilin 23 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbədənkənar iclası keçirilib. İlk dəfə olaraq online formatda keçirilən Elmi Şuranın iclasında koronavirusla mübarizə istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərdən irəli gələn vəzifələr və mövcud şəraitdə MDU-da tədrisin təşkili məsələləri müzakirə olunub. MDU-nun rektoru Şahin Bayramov bütün dünyanı bürümüş koronavirus (COVID-19) ilə mübarizə sahəsində dövlət […]

65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edildi

Martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib. İclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bununla bağlı məlumatında deyilir: Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin […]

Martın 22-dək Azərbaycanda 54 nəfər aktiv koronavirus xəstəsi müəyyən olunub

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın 22 mart 2020-ci ilə olan məlumatına görə, Azərbaycan Respublikasında 12 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabildir. Hazırda Azərbaycanda 54 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli müəssisələrdə həkim nəzarəti altında saxlanılır, onların müalicəsi […]

Elşən İbrahimli: “Gəlib, başımızın altına yastıq qoyub gedirlər”

Əfqanıstan Veteranlar İttifaqı Mingəçevir təşkilatının sədri Elşən İbrahimli qəzetmizə müraciət edərək, yaşadığı binada normal dezinfeksiya işlərinin aparılmamasından gileylənib. Onun dediyinə görə, 20 Yanvar küçəsindəki 166 saylı binanın zirzəmisindən üfunətli sular əksik olmur: “Dəfələrlə aidiyyatı qurumlara müraciət etmişik. Gəlib, başımızın altına yastıq qoyub gedirlər. Bütün dünya koronovirusa qarşı mübarizə aparır. Azərbaycan prezidenti də bu məqsədlə kifayət […]