Browsing yearly archive

2020

Mingəçevir apteklərində spirt və tibbi maska satışı qənaətbəxşdirmi?

Bir neçə gün bundan öncə koronavirus epidemiyası ilə bağlı  Mingəçevir apteklərində   tibbi maska və spirt çatışmamazlığı və qiymət artımı müşahidə edilirdi. Bu gün şəhərin bütün apteklərini gəzərək, apteklərdə tibbi maska və spirtin olub-olmaması ilə və qiymətlərlə  maraqlandıq. Məlum oldu ki, şəhərin bir neçə aptekindən başqa bütün apteklərdə tibbi maska və spirt var. Tibbi  maskanın bir […]

“Yarat… İnkişaf Et… Töhfə Ver…”

Avropa İttifaqının maliyyə dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, UNICEF Azərbaycan və Azərbaycan Respublikasının Gənclər Fondunun tərəfdaşlığı ilə “Azərbaycan Hökuməti və BMT-nin birgə Gənclər üçün Xidmətlər təşəbbüsü” proqramı çərçivəsində Education HUB tərəfindən icra olunan “Yarat… İnkişaf Et… Töhfə Ver…” layihəsinin Mingəçevir Gənclər Evində keçirilən təlimləri başa çatıb. Beş gün davam edən təlimlər zamanı iştirakçılar […]

Amerikalı professor Mingəçevir Dövlət Universitetində növbəti seminar keçirib

02 mart 2020-ci il tarixdə ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “English Language Fellow” təqaüd proqramı çərçivəsində cari tədris ilində Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən ingilis dili mütəxəssisi Richard Schlight Mingəçevir Dövlət Universitetində növbəti seminarını həyata keçirib. Professor Richard Schlight 1-ci təlimdə Mingəçevir Dövlət Universitetinin “Xarici dillər”   kafedrasının əməkdaşlarına və “Xarici dil müəllimliyi” (ingilis dili üzrə) […]

Mingəçevir Dövlət Universiteti ilə Kapital Bank arasında əməkdaşlıq imkanları müzakirə edilib

2020-ci ilin 04 mart tarixində Mingəçevir Dövlət Universiteti (MDU) ilə Kapital Bank arasında potensial əməkdaşlıq məsələlərinin müzakirəsinə həsr olunmuş görüş keçirilib. Kapital Bank-ın Mingəçevir filialında keçirilən görüşdə MDU-nun rektoru Şahin Bayramov, Kapital Bankın Korporativ satışlar departamentinin əməkdaşları Vasif Hüseynov və Elmar Ləmbəranski, filialın müdiri Elşən Qasımov və MDU-nun müəllimi Arif Kələşov iştirak ediblər. MDU-nun əsas […]

Mingəçevir Dezinfeksiya Stansiyası hərəkətə başladı

Mingəçevir Dezinfeksiya Stansiyası  Şəhər İcra Hakimiyyəti, Mingəçevir Gigiyena  və Epidemiologiya Mərkəzi (GEM)  və Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Regional bölməsinin əməkdaşları ilə birgə yolxucu xəstəliklərin qarşısının alınması məqsədi ilə dezinfeksiya işlərinə başlayıb. GEM –in direktoru Validə Məmmədovanın sözlərinə görə, Mingəçevir  şəhər Dezinfeksiya Stansiyasının bölmələri müqavilə əsasında mart ayının 2-dən  təhsil müəssisələrində  dezinfeksiya işləri həyata keçirir: “Bu […]

Mingəçevir Dövlət Universitetində tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb

2020-ci ilin 03 mart tarixində Mingəçevir Dövlət Universitetində hərtərəfli tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb. Mingəçevir şəhər Dezinfeksiya İdarəsinin mütəxəssisləri tərəfindən həyata keçirilən dezinfeksiya tədbiri universitetin hər üç tədris binasını, dərs auditoriyalarını, inzibati kabinetləri, kitabxanaları, konfrans zallarını, yeməkxananı, İdman Sağlamlıq Kompleksini, İnformasiya Texnologiyaları Mərkəzini və digər köməkçi qurğuları əhatə edib. Universitet tələbələrinin, professor-müəllim və inzibati heyət […]

“KOB Dostu” Mingəçevirə gəldi

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) mikro, kiçik və orta sahibkarlardan daxil olan müraciətlər və regionun biznes potensialı nəzərə alınaraq növbəti Kiçik və Orta Biznes Dostu (“KOB Dostu”) Mingəçevir şəhərində fəaliyyətə başlayıb. Bununla bağlı martın 2-də KOBİA-nın təşkilatçılığı, Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi, eləcə də regionda fəaliyyət göstərən sahibkarların və onlara xidmət […]

“ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin üzvləri Mingəçevir Dövlət Universitetində olublar

2020-ci ilin 29 fevral tarixində “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin üzvlərinin iştirakı ilə Mingəçevir Dövlət Universitetində (MDU) “Məzunlar danışır – Mingəçevir” adlı tədbir keçirilib. Qonaqları salamlayan MDU-nun rektoru Şahin Bayramov onlara universitet haqqında ümumi məlumat verib və “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyi ilə birgə tədbirin keçirilməsini yüksək qiymətləndirib. Özünün də xaricdə təhsil aldığını […]

Tvinninq layihəsinin Fransa, Latviya və Litvadan olan rəhbərləri Mingəçevir Dövlət Universitetində olublar

2020-ci ilin 28 fevral tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Avropa İttifaqının “Azəraycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsinin Fransa, Latviya və Litvadan olan rəhbərləri Mingəçevir Dövlət Universitetində (MDU) olublar. Tvinninq layihəsinin Azərbaycan üzrə rəhbəri, MDU-nun rektoru Şahin Bayramov qonaqlara universitetdə həyata keçirilən kadr hazırlığı istiqamətləri, universitetin tarixi və mövcud akademik potensialı, […]

Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımı ilə əlaqədar anım tədbiri keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) Xocalı faciəsinin 28-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib. Əvvəlcə tədbir iştirakçıları Xocalı şəhidlərinin əziz xatirəsini birdəqiqəlik sükutla yad ediblər. MDU-nun rektoru Şahin Bayramov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal olunduğunu və Xocalıda tarixdə görünməmiş genosid aktı törədildiyini bildirib. Ş.Bayramov faciə nəticəsində 613 […]