Browsing yearly archive

2020

İ.İsmayılov: “Sadəcə bütün problemləri bir gündə həll etmək mümkün deyil”

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov yanvarın 29-da Statistika İdarəsinin iclas salonunda Nərimanov və Nizami küçələrinin sakinləri ilə görüşüb. Ölkədə aparılan islahatlardan, eyni zamanda şəhərdə görülən işlərdən danışan başçı bu şəhərin 2020-ci ildə daha böyük uğurlara imza atacağını vurğulayıb. Mingəçevir Dövlət Dram Teatrının aktyoru Aydın Quliyev dam örtüklərinin dəyişdirilməsindən razılıq edib: “Biz 5-ci mərtəbədə […]

Stereotiplər insanların həyatına əngəl törədir

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 10-cu maddəsində nikah yaşı 18 yaş müəyyən olunub. Qanuna görə, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının bir ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Lakin ekspertlerin fikrinə görə, qız və oğlanların fizioloji yetkinlik yaşı […]

“İntellekt döyüşü”nün qalibi “Go” komandası olub.

2 fevral Gənclər Gününə həsr olunan yarış zamanı gənclərin intellektual səviyyəsinin inkişafına xidmət edən, tarix, ədəbiyyat, mədəniyyət, milli-mənəvi dəyərlərimiz və ümumi dünyagörüşünü əks etdirən suallar səsləndirilib. Gənclərdə dünyagörüşünün formalaşdırılması, intellektual oyunlara olan marağın gənclər arasında təşviq olunması, intellektual baxımdan özlərini təsdiq etmək istəyən gənclərə şərait yaradılması və gənclərin kollektiv oyunlara olan marağının artırılması məqsədilə keçirilən […]

Mingəçevirli Nuran İsmayılova beynəlxalq yarışda qızıl medal qazanıb

Yanvarın 24-də Mingəçevirdə, “Kür” OTİM-də Azərbaycan Gimnastika Federasiyasının (AGF) nümayəndələri master klass keçirib. Tədbirə digər regionlarıdan məşqçi və idmançılar qatılıb. Təlimi zamanı məşqçilərə gənc idmançılarla işləyərkən davranış, nizam-intizam və alətlərlə işləmək qaydalarına fikir vermələri tövsiyə olunub. AGF-nın meneceri Rəşid Məmmədov master klass layihəsi haqda ətraflı məlumat verib: “Biz hər il regionlarda bu layihəni icra edirik. […]

İlham İsmayılov: “O ki qaldı Mərkəzi bazarın ətrafında yaranmış xoşagəlməz vəziyyətə, buna son qoyulmalıdır”

Yanvarın 24-də Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi  üzrə Nümayəndəliyinin 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı hesabatı dinlənilib. Geniş ictimaiyyət nümayəndələrinin iştirakilə 7 saylı məktəbin iclas salonunda baş tutan tədbirdə ərazi nümayəndəsi Faiq Mustafayev hesabat verib (hesabat dərc olunur). Məruzə ətrafında sakinlərdən İbrahim Ələkbərov, Akif Heydərov, […]

1 saylı nümayəndəliyin hesabatında hansı məsələlər qaldırldı?

Yanvarın 23-də Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi  üzrə Nümayəndəliyinin 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı hesabatı dinlənilib. Geniş ictimaiyyət nümayəndələrinin iştirakilə Mingəçevir Bələdiyyəsinin iclas salonunda baş tutan tədbirdə ərazi nümayəndəsi Rizvan Mikayıllı hesabat verib (hesabat dərc olunur). Məruzə ətrafında şəhərin fəal sakinlərindən Allahverdi Əliyev, Mehman […]

Vəli Musayev: “Mingəçevirdə TOPs proqramı üzrə təşkil olunan “Açıq dərs” ənənəvi dərslərdən fərqlənir”

“TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsinin 6-cı mövsümündə Mingəçevir şəhərindəki  Texniki Humanitar Liseydə (müəllimlər- Elburus İsmayılov və Xəqani Mikayılov) və 10 №-li məktəbdə (müəllimlər – Atəş Məmmədov və Qalina Kurdyukova) 6 və 9-cu siniflərdə fiziki tərbiyə fənnindən “Açıq dərs”lər  keçirilib.  Müasir təlim üsullarının tətbiq edilməs ilə Əyilgənlik və Çeviklik tədris  vahidlərinin […]

Mingəçevirdə 20 Yanvar faciəsinə həsr edilmiş tələbə-şagird konfransı keçirilib

2020-ci ilin 17 yanvar tarixində Mingəçevir Dövlət Universiteti (MDU), Mingəçevir şəhər Təhsil Şöbəsi və Mingəçevir şəhər Texniki-humanitar liseyin (THL) birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan “20 Yanvar faciəsinin səbəb və nəticələri” mövzusunda elmi-praktiki konfrans keçirilib. Texniki-humanitar liseydə keçirilən konftansın iştirakçıları əvvəlcə şagirdlərin 20 Yanvar faciəsini əks etdirən əl işlərindən ibarət sərgi […]

Mingəçevir 20 Yanvar Ümumxalq Hüzn günündə

Yanvarın 20-də mingəçevirlilər şəhərdəki Şəhidlər xiyabanına gələrək, 20 Yanvar faciəsi qurbanlarına ehtiramlarını bildiriblər. Xiyabanda ucaldılmış abidə kompleksinin önünə əklil və gül dəstələri düzülüb, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi anılıb. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının öz azadlığı və müstəqilliyi uğrunda şəhidlər verdiyini, […]