Browsing yearly archive

2021

Mingəçevir Dövlət Universiteti Ukraynada keçirilən beynəlxalq konfransda fəal təmsil olunub

Mingəçevir Dövlət Universiteti (MDU) 2021-ci ilin 7-8 oktyabr tarixlərində Kiyev Milli İqtisadiyyat Universitetində (KNEU) keçirilən “Ukraynada marketinq təhsili” mövzusunda 5-ci beynəlxalq elmi-praktiki konfransda təmsil olunub. Ukraynanın, Serbiyanın, Albaniyanın, Qırğızıstanın tanınmış ali təhsil müəssiələrinin qatıldığı konfransda MDU-dan rektor Şahin Bayramov və bir qrup akademik heyət üzvü iştirak ediblər. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən konfransın […]

Mingəçevir Dövlət Universitetinin bir qrup kollektiv üzvü “Azərbaycan” İES-ə ekskursiya edib

2021-ci ilin 7 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup akademik və inzibati heyəti üzvü, tələbə və magistrantları Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İES-də ekskursiyada olublar. Bununla yanaşı, cari tədris ilində MDU-da yeni fəaliyyətə başlayan Qazi Universitetinin elektrik və elektronika mühəndisliyi sahəsi üzrə tanınmış iki professoru Ercan Nurcan Yılmaz və professor Cemal Yılmaz da ekskursiya […]

Mingəçevir Dövlət Universitetində şəhid məzun Əzəmi Hüseynova həsr olunan anım tədbiri keçirilib

2021-ci ilin 6 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin təşkilatçılığı ilə universitetin şəhid məzunu Əzəmi Hüseynovun xatirəsinə həsr olunan anım tədbiri keçirilib. Böyük akt zalında təşkil olunan tədbirdə şəhidin ailə üzvləri və döyüş yoldaşları, şəhər ictimaiyyəti nümayəndələri, universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər. Torpaqlarımızın işğaldan azad […]

Qazi Universitetinin iki professoru cari tədris ilində Mingəçevir Dövlət Universitetində fəaliyyət göstərəcək

Türkiyə Respublkasının qabaqcıl ali təhsil müəssisələrindən biri olan Qazi Universitetinin elektrik və elektronika mühəndisliyi üzrə tanınmış alimləri Cemal Yılmaz və Ercan Nurcan Yılmaz cari tədris ilində Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsində professor vəzifəsində elmi-pedaqoji fəaliyyətlərini davam etdirəcəklər. Bununla əlaqədar olaraq, MDU-nun rektoru Şahin Bayramov 2021-ci ilin 7 oktyabr tarixində Mingəçevirə qonaq gələn professor C.Yılmazla […]

Mingəçevirdə budanan ağacları poliqonda deyil, yerində zərərsizləşdirir və xammala çevirirlər

Mingəçevir İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən verilən məlumata görə, şəhərdə payız mövsümünün budanmasına başlanıb və bu dəfə tullantının həcmini 5 dəfədən artıq azaltmaq mümkün olub. Birliyin rəisi Şəhriyar Mustafayev “Mingəçevir işıqları” qəzetinə bildirib ki, yaz və payız budanma mövsümü ərzində şəhərdə təxminən 40 min kub metrə yaxın ağac budanır: “Əvvəlki illərdə budanmadan sonra […]

Mingəçevir Dövlət Universitetində İctimai Nəzarət Şurasının növbəti iclası keçirilib

2021-ci ilin 6 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) İctimai Nəzarət Şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov yeni tədris ilinin başlanması münasibəti ilə Şura üzvlərini təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb. Ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrində uzun fasilədən sonra ənənəvi təhsilin bərpa olunduğunu bildirən rektor […]

Mingəçevir Dövlət Universitetində “Microsoft Teams” proqramının istifadə qaydaları” adlı təlimlər keçirilib

2021-ci ilin 2 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Pedaqoji, İqtisadiyyat və idarəetmə, Mühəndislik fakültələrinin tələbələri üçün “Microsoft Teams proqramının istifadə qaydaları” adlı onlayn təlimlər təşkil edilib. MDU-nun “İnformasiya texnologiyaları” kafedrasının müəllimləri Məryəm Əsədova, Səadət Aslanova və Validə Nuriyeva tərəfindən keçirilən təlimlərdə “Microsoft Teams” proqramının strukturu, imkanları, funksiyaları, yüklənməsi, dialoq pəncərəsi, çat və faylların mübadiləsi […]

Dövlət dəstəyindən yararlanmaq istədi, 21 xəstə qoyun verdilər

Yevlax rayonunun Ərəş kənd sakini Rəbiyyə İsayeva dövlətin dəstəyindən yararlanaraq yeni bir təsərrüfat qurub, yoxsulluğun daşını biryolluq atmaq istəyi ilə Yevlax rayon Məşğulluq Mərkəzinə üz tutub. Çox çək-çevirdən sonra mərkəzin vasitəçiliyi ilə 21 baş qoyun alaraq geri kəndinə dönüb. Rəbiyyə xanımın bir gözü sevincdən gülsə də, o biri gözü narahatlıq içində döyüküb. Çünki çoxdankı arzusuna […]

İtirilib

Mingəçevir Mədəniyyət şöbəsinin “Novruz” bağçılığından Məbudova Tutu Bəhman qızının adına ayrılan torpaq sahəsi üçün verilmiş üzvlük vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

İtirilib

Mingəçevir Mexanikləşdirmə İdarəsinin şəhərdəki bağçılığından Əsgərov Oktay Məmməd oğlunun adına ayrılan torpaq sahəsi üçün verilmiş üzvlük vəsiqəsi itdiyi üçün etibarsız sayılır.