Browsing yearly archive

2021

Mingəçevir 44 gündə

I “Azərbaycan Müdafiə Nazirliyi  bildirib ki, Ermənistan hərbi birləşmələri Tərtər, Cəbrayıl, Fizuli istiqamətlərindəki yaşayış məskənlərini atəşə tutub. Azərbaycan ordusu mülki əhalinin təhlükəsiziliyini təmin etmək üçün bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlayıb”. Səhər tezdən bütün televiziya kanalları və sosial şəbəkələrdə bu elanlar yayıldı. Kimisi sevindi, kimisi kədərləndi; bu xəbərləri yalnız xəbərlər proqramında dinləyənlər belə oldu; cəbhəboyu zonalarda […]

600-dən yuxarı bal toplayan növbəti abituriyent Mingəçevir Dövlət Universitetini seçib

2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilən tələbə qəbulu imtahanlarında 602.8 bal toplayan Mingəçevir şəhər 17 nömrəli tam orta məktəbin məzunu Səbinə Heydərova Mingəçevir Dövlət Universitetinin (MDU) “Riyaziyyat və informatika müəllimliyi” ixtisasını seçib. 2021-ci ilin 23 avqust tarixində MDU-nun rektoru Şahin Bayramov abituriyent S.Heydərova və onun valideyni ilə görüşüb. Görüşdə qəbul imtahanında uğur qazanması münasibətilə […]

Mingəçevir Dövlət Universitetində “Açıq hava seminarları” davam edir

2021-ci ilin 20 avqust tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Açıq hava seminarları” proqramı çərçivəsində növbəti seminar keçirilib. Açıq hava şəraitində təşkil olunan seminarda universitetin bir qrup tələbə və magistrantı iştirak edib. Proqrama uyğun olaraq, MDU-nun Kimya və ekologiya kafedrasının müəllimi Aytac Cavadova tərəfindən keçirilən növbəti seminar “Təbiəti sevək” mövzusuna həsr olunub. Seminarda ekoloji problemlər, qlobal […]

COVİD-19-un növbəti qurbanlarından biri Nəriman Mingəçevirli oldu

Ruhun şad olsun, Nəriman Mingəçevirli! Cismən aramızda olmasan da musqili dünyan  “Səndən mənə xəbər verir”.   Tanınmış mingəçevirli müğənni Nəriman Mingəçevirli koronavirus infeksiyasına (COVID-19) yoluxma nəticəsində bu gün dünyasını dəyişib. Ölüm faktı Ağdaş Karantin Xəstəxanasında qeydə alınıb. Müğənni bir müddət idi ki,  Ağdaş Karantin Xəstəxanasında koronavirusdan müalicə alırdı. Nəriman Mingəçevirli bir neçə il əvvəl “Toylar kralı” […]

655 bal toplayan abituriyent Mingəçevir Dövlət Universitetini seçib

2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilən tələbə qəbulu imtahanlarında 655 bal toplayan Mingəçevir şəhər 10 saylı orta məktəbin məzunu Nərmin Qədimli Mingəçevir Dövlət Universitetinin (MDU) “Xarici dil müəllimliyi (ingilis dili)” ixtisasını seçib. 2021-ci ilin 17 avqust tarixində MDU-da abituriyent N.Qədimli və onun valideyni ilə görüş keçirilib. Görüşdə qəbul imtahanında böyük uğur qazanması münasibətilə […]

Mingəçevir Dövlət Universitetinin tələbə və əməkdaşları “Yubiley döş nişanı” ilə təltif edilib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) 100 illiyi ilə əlaqədar Mingəçevir Dövlət Universitetinin (MDU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) fəal üzvü olan dörd əməkdaşı – Ariz Abbasov, Nazim Niftəliyev, Mayıl İsmayılov, Arif Tağıyev və bir tələbəsi Aidə Heydərova həmkarlar ittifaqı hərəkatındakı xidmətlərinə görə “Yubiley döş nişanı” ilə təltif edilib. 2021-ci il avqustun 16-da MDU-nun rektoru Şahin […]

Mingəçevir Dövlət Universitetində “Açıq hava seminarları”na start verilib

2021-ci ilin 12 avqust tarixindən etibarən Mingəçevir Dövlət Universitetində (MDU) “Açıq hava seminarları” proqramına start verilib. Proqram çərçivəsində açıq hava şəraitində universitetin akademik heyət üzvləri tərəfindən tələbə və magistrantlar üçün müxtəlif aktual mövzularda silsiləvi seminarların keçirilməsi nəzərdə tutulub. Yay tətili zamanı gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədini daşıyan sözügedən proqrama uyğun olaraq, ilk seminar “Nizami […]

Mingəçevir Dövlət Universitetində “Şəxsi inkişaf və karyera planlaşdırılması” adlı təlimlər uğurla başa çatıb

Mingəçevir Dövlət Universitetində (MDU) bir qrup mingəçevirli könüllü gənclər üçün təşkil edilmiş “Şəxsi inkişaf və karyera planlaşdırılması” adlı təlimlər uğurla başa çatıb. Avqustun 9-dan 12-dək davam etmiş təlim proqramı çərçivəsində universitetin təcrübəli akademik və inzibati heyət üzvləri tərəfindən “Komanda ilə işləmə bacarıqları”, “Karyera və şəxsi inkişaf”, “Effektiv ünsiyyət”, “MDU-da təhsil almağın üstünlükləri”, “Əmək bazarı”, “Təqdimat […]