Browsing yearly archive

2021

Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib

2021-ci ilin 1 iyul tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin yaz imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbə və magistrantları ilə görüşüb. Yaz imtahan sessiyasının dördüncü həftəsinin uğurla başa çatmasından bəhs edən Ş.Bayramov tələbə və […]

icaze.e-gov.az portalında 956 tədbir qeydiyyatdan keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən idarə olunan icazə.e-gov.az portalında şənlik mərasimlərinin keçirilməsi məqsədilə məkan sahibləri tərəfindən 4841 əməkdaş və 956 tədbir qeydiyyatdan keçirilib. Qeydiyyatdan keçirilən tədbirlərin 336-sı Bakı şəhərinin, digərləri isə bölgələrin payına düşür. Tədbirlər 55 rayon üzrə 259 şadlıq sarayını əhatə edir. Ən […]

Mingəçevir Dövlət Universitetində “Məzun günü” qeyd olunub

30 iyun 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Məzun günü-2021” tədbiri keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən tədbirdə cari tədris ilində MDU-dan məzun olan tələbələr və magistrantlar, eləcə də valideynlər və universitetin əməkdaşları iştirak ediblər. Tədbir iştirakçılarını salamlayan MDU-nun rektoru Şahin Bayramov 2020/2021-ci tədris ilində bakalavriat və magistratura səviyyələri üzrə ümumilikdə 567 […]

“VAZ 2109”-un sürücüsü xəstəxanaya yerləşdirildi

Mingəçevir Şəhər Polis Şöbəsinin qarşısında yol qəzası baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Yüksık sürətlə hərəkətdə olan “BMW” markalı avtomobil “VAZ 2109” markalı minik maşınına çırpılıb. Qəza nəticəsində “VAZ 2109”-un sürücüsü, 1955-ci il təvəllüdlü Rifah Mustafa oğlu Sofiyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.  

Mingəçevir Dövlət Universitetində “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda vebinar keçirilib

29 iyun 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Gününə həsr olunmuş “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda vebinar keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən vebinarda giriş sözü ilə çıxış edən MDU-nun prorektor əvəzi Veysəl Əyyubov Azərbaycanda narkomaniya əleyhinə tədbirlərin daim diqqət mərkəzində saxlanıldığını bildirib […]

Mingəçevirdə ana və iki övladı dəm qazından zəhərlənib

Mingəçevirdə zəhərlənmə hadisəsi qeydə alınıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Nəriman Nərimanov küçəsi, 41 ünvanında baş verib. Ana və iki azyaşlı övladı yaşadığı mənzildə dəm qazından zəhərlənərək halsız duruma düşüb. 1987-ci il təvəllüdlü ana Vəsilə Yusifova, qızı 2013-cü il təvəllüdlü Nərmin Elçin qızı Yusifli və 10-12 yaşlı daha bir qız övladı təcili xəstəxanaya çatdırılıb. Faktla […]

Mingəçevir Dövlət Universitetində “Fintech və rəqəmsal iqtisadiyyat” mövzusunda təlim keçirilib

2021-ci ilin 25 iyun tarixində Mingəçevir Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Seed” Startap Mərkəzinin təşkilatçılığı ilə “Fintech və rəqəmsal iqtisadiyyat” mövzusunda təlim keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən təlimin qonağı ABŞ-ın Şimali Dakota Dövlət Universitetinin maliyyə professoru Fariz Hüseynov olub. Təlimdə giriş sözü ilə çıxış edən MDU-nun rektoru Şahin Bayramov müasir dövrdə cəmiyyət […]

Mingəçevir Dövlət Universitetinin təmsil olunduğu üçtərəfli təhsil-sənaye işbirliyi formatı fəaliyyətini uğurla davam etdirir

2021-ci ilin 25 iyun tarixində Mingəçevir Dövlət Universiteti (MDU), Mingəçevir Peşə Məktəbi və “Azmade Group” MMC şirkəti arasında üçtərəfli əməkdaşlıq formatı çərçivəsində işçi qaydada ilk görüş keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən görüşdə tərəfdaş qurumların strateji hədəfləri və fəaliyyət istiqamətləri, əsas ehtiyacları və əməkdaşlıqdan başlıca gözləntiləri, hazırda daha çox tələb olunan ixtisaslar və […]

Mingəçevirdə yaşıllıq ərazi yanıb

Mingəçevirdə axşam saatlarında bağlar yaşayış massivində yerləşən ərazidə yanğın baş verib. APA-nın yerli bürosunun məlumatına görə, yanğın Mingəçevirin ən böyük maşın təmiri müəssisəsinə bitişik ərazidə – 150 kv metrilk sahədə baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürmə briqadası cəlb olunub. Alov söndürülüb. Yanğının digər obyektlərə keçməsinin qarşısı alınıb.

Milli Mətbuat Günü ərəfəsində 2200 manat mükafata kim sahiblənəcək?

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı və “PAŞA Holdinq”in sponsorluğu ilə “Rəqəmsal Jurnalistikaya doğru” proqramının 3-cü dalğasına start verilib. 22 iyul – Milli Mətbuat Gününə həsr olunan proqramda İKT, elektron xidmətlər və rəqəmsal həllər sahəsində öz biliklərini artırmaq istəyən jurnalistlər, blogerlər və cəmiyyətin maarifləndirilməsinə […]