Browsing yearly archive

2021

Qarabağ Dirçəliş Fondu üzrə ödənişlər “ASAN ödəniş”də

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “ASAN ödəniş” sisteminə Qarabağ Dirçəliş Fondu üzrə ödənişlər inteqrasiya olunub. Fonda yardım etmək istəyən vətəndaşlar “ASAN ödəniş” sisteminin rəsmi veb-səhifəsi – asanpay.az-a və ya mobil tətbiqə daxil olaraq müvafiq ardıcılıqla “Yardım Fondu” və “Qarabağ Dirçəliş Fondu” bölmələrini […]

Mingəçevir Dövlət Universitetinin əməkdaşları şəhid məzunun ailəsini ziyarət ediblər

4 iyun 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Şirvan şəhərində universitetin 44 günlük Vətən Müharibəsində şəhid olmuş məzunu Yusif Cəfərovun ailəsinə baş çəkiblər. Əvvəlcə, Şirvan şəhəri Şəhidlər Xiyabanını ziyarət edən universitet əməkdaşları Y.Cəfərovun məzarı üzərinə gül dəstələri düzüb və onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Ailə üzvləri ilə görüşdə MDU-nun […]

Mingəçevir Dövlət Universitetində Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinə həsr edilmiş növbəti seminar keçirilib

2021-ci ilin 4 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyinə həsr edilmiş “Müəllim hazırlığında riyaziyyatın tədrisi: müasir çağırışlar və yeni yanaşmalar” mövzusunda birgə elmi-praktik seminar keçirilib. “ZOOM” platforması üzərindən online formatda təşkil edilən seminarda hər iki universitetin akademik və inzibati heyət üzvləri, tələbələri və magistrantları iştirak ediblər. Seminarın […]

Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günü keçirilib

2021-ci ilin 3 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin yaz imtahan sessiyası çərçivəsində ilk “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbə və magistrantları ilə görüşüb. Görüşdə rektor, ilk növbədə, cari tədris ilinin yaz semestrinin uğurla başa çatması münasibətilə […]

Avropaya rahatlıqla səyahət edə biləcəyik. Çünki gözlədiyimiz gün gəldi

Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda COVİD-19 əleyhinə peyvənd olunanların narahatlığına artıq son qoyulub. Ümumdünya Səhiyyə Təşkilatı iyunun 1-də “Sinovac-CoronaVac” COVID-19 peyvəndini fövqəladə hallarda istifadə üçün təsdiq edib. Bu, peyvəndin beynəlxalq təhlükəsizlik, effektivlik və istehsal standartlarına cavab verməsinin göstəricisidir. Bu, həm də o deməkdir ki, indidən sonra hər iki dozanı qəbul edib, vaksin pasportu əldə […]

Taksi sürücüsünün cibini “təmizləyənlər” tapıldı

Şəmkir rayon sakini Anar Verdiyev Mingəçevir Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək özünə məxsus “Nissan” markalı avtomobillə taksi kimi fəaliyyət göstərdiyi zaman nəqliyyat vasitəsinə müştəri qismində əyləşən 3 nəfərin onu döyərək 130 manat pulunu apardıqlarını bildirib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən […]

Mingəçevir Dövlət Universiteti və Ankara Hacı Bayram Veli Universitetinin birgə təşkilatçılığı ilə seminar keçirilib

2021-ci ilin 2 iyun tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Ankara Hacı Bayram Veli Universiteti (AHBVU) arasında əməkdaşlıq çərçivəsində “Turizm müəssisələrində insan resurslarının idarə edilməsi” mövzusunda seminar keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən seminar MDU-nun gənc akademik heyət üzvləri və magistrantları üçün nəzərdə tutulub. Seminarda çıxış edən AHBVU Turizm fakültəsinin dosenti Hakan Koç […]

Mingəçevir Dövlət Universitetində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş elmi seminar keçirilib

2021-ci ilin 1 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Müasir dövrdə uşaqların qarşılaşdığı psixoloji problemlər və həlli yolları” mövzusunda elmi-praktik seminar keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən görüşü giriş sözü ilə açan MDU-nun prorektor əvəzi Veysəl Əyyubov, ilk növbədə, tədbir iştirakçılarına universitetin rektoru Şahin Bayramovun salamlarını […]

Mingəçevir Dövlət Universitetinin rektoru tələbələrlə görüşlər keçirib

2020-ci ilin 1 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “İqtisadiyyat və idaretmə”, “Pedaqoji” və “Mühəndlislik” fakültələrinin tələbələri ilə silsilə görüşlər keçirib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən görüşlərdə rektor, ilk növbədə, MDU-da 2020/2021-ci tədris ilinin yaz semestrinin uğurla başa çatması münasibətilə tələbələri təbrik edib. Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq dəstəyi ilə […]

Mingəçevir Dövlət Universitetində akademik heyət üzvləri ilə görüşlər keçirilib

2021-ci ilin 1 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “İqtisadiyyat və idarəetmə”, “Pedaqoji” və “Mühəndislik” fakültələrinin professor-müəllim və inzibati-texniki heyət üzvləri ilə silsilə görüşlər keçirib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən görüşlərdə MDU-da 2020/2021-ci tədris ilinin yaz semestrinin uğurla başa çatdığını qeyd edən rektor pandemiya şəraitində mövcud qaydalara uyğun olaraq tədris […]