Browsing yearly archive

2021

Mingəçevir Dövlət Universitetinin tələbəsi adlı təqaüdə layiq görülüb

2021-ci ilin 6 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) adlı təqaüdünə layiq görülən universitetin Mühəndislik fakültəsinin ikinci kurs tələbəsi Pərvin Əhmədov ilə görüşüb. Görüşdə MDU-nun Həmkarlar Təşkilatının sədri Ariz Abbasov və Mühəndislik fakültəsinin dekan əvəzi Almaz Əliyeva da iştirak ediblər. Adlı təqaüdün hər […]

Avropa İttifaqının “KƏNDİMİZ”ə “səyahəti”

Mayın 7-də Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Azərbaycanda kənd yerləri və regionların inkişafına göstərilən dəstək barədə media nümayəndələri üçün onlayn formatda təqdimat keçirib. Təqdimat “Kəndimiz” kampaniyası çərçivəsində baş tutub.  Kampaniyanın məqsədi Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafına töhfə verən, regionlarda yaşayanlar üçün yeni iş imkanlarının yaradılmasını, mikrosahibkarlığı, kiçik ailə biznesini dəstəkləyən, yerli biomüxtəlifliyi qorunmasına yönələn və s. istiqamətlərdə görülən […]

Mingəçevir Dövlət Universiteti ilə Ankara Hacı Bayram Veli Universiteti arasında əməkdaşlıq inkişaf edir

2021-ci ilin 3 may tarixindən etibarən Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup tələbəsi və gənc müəllimi Ankara Hacı Bayram Veli Universitetinin (AHBVU) İqtisadi və idari bilimlər fakültəsində bakalavriat səviyyəsində tədris olunan onlayn dərslərə qoşulublar. “Google Meet” platforması üzərindən keçirilən dərslərdə iştirak edən MDU-nun tələbə və akademik heyət üzvləri AHBVU-nun dosenti Cemalettin […]

Mingəçevir Dövlət Universitetinin rektoru şəhid ailəsini ziyarət edib

2021-ci ilin 6 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı atası Vətən Müharibəsində şəhid olmuş tələbə Yunis Əhmədlinin ailəsini ziyarət edib. Ailə üzvləri ilə görüşdə müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində möhtəşəm qalibiyyətin qazanılmasında Yasən Əhmədovun simasında qəhrəman əsgər və zabitlərimizin mühüm pay sahibi olduğunu qeyd edən MDU-nun rektoru […]

Mingəçevirdə 13 min manatlıq kabel oğurlayan şəxslər saxlanılıb

Mingəçevirdə fərdi yaşayış evinin həyətyanı sahəsindən ümumi dəyəri 13 min manat olan 130 top kabelin oğurlanması barədə Polis Şöbəsinə müraciət daxil olub. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat nəticəsində həmin cinayət hadisəsini törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakinləri – əvvəllər də oğurluğa görə məhkum olunmuş Ənvərpaşa […]

Mingəçevir Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş konfransın bölmə iclası keçirilib

2021-ci ilin 4 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Vətən Müharibəsində qazandığımız tarixi zəfər Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda elmi-nəzəri konfransın bölmə iclası keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən bölmə iclasında həm MDU-nu, həm də respublikanın digər ali təhsil müəssisələrini və elmi-tədqiqat institutunu təmsil edən tədqiqatçıların məruzələri dinlənilib. MDU-nun […]

Mingəçevir Dövlət Universitetində “Sığorta biliklərinin formalaşdırılması” mövzusunda dəyirmi masa keçirilib

2021-ci ilin 2 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Sığorta biliklərinin formalaşdırılması” adlı dəyirmi masa keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan dəyirmi masanı giriş sözü ilə açan MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nüşabə Qədimli son dövrdə universitetdə cəmiyyət həyatının müxtəlif sahələrini əhatə edən aktual mövzularla bağlı çoxsaylı maarifləndirici tədbirlərin keçirildiyini diqqətə […]

Mingəçevir Dövlət Universitetində tələbə və magistrantlara smart tələbə kartları təqdim olunub

2021-ci ilin 6 may tarixində “Kapital Bank” ASC-nin Mingəçevir filialı ilə birgə əməkdaşlıq çərçivəsində Mingəçevir Dövlət Universitetində (MDU) təhsil alan bir qrup tələbə və magistrantlara smart tələbə kartları təqdim olunub. Təqdimat zamanı çıxış edən MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, smart tələbə kartlarına sahib olmaları münasibətilə tələbə və magistrantları təbrik edib. Ölkəmizdə rəqəmsal ödənişlərin genişləndirilməsi […]

“Qələbə Şəhidləri” Mingəçevirə gəldi

Xəbər verdiyimiz kimi, bir qrup ziyalı ölməzliyə qovuşan şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün  “Qələbə şəhidləri” adlı silsilə kitabların  nəşrinə başlayıb. “Radius” mətbəəsində işıq üzü görən kitabın 1 və 2-ci cildləri artıq geniş oxucu kütləsinə təqdim edilib. Mayın 6-da kitabın müəllifləri Mingəçevirdə olublar. Onlar Şəhidlər Xiyabanına gələrək, 2-ci Qarabağ Müharibəsi şəhidlərinin ailə üzvlərinə baş çəkib, torpaqlarımızın azadlığı […]

Regional rəqəmsal hökumətin formalaşdırılması işlərinə başlanılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən regional rəqəmsal hökumətin formalaşdırılması işlərinə başlanılıb. Belə ki, yerli icra hakimiyyətləri tərəfindən təqdim edilən xidmətlərdə “ASAN standartları”nın tətbiq edilməsi, o cümlədən bu xidmətlərin “ASAN standartları”nda hazırlanması və sadələşdirilməsi nəzərdə tutulub. Həmçinin, bu xidmətlərin vətəndaşlara elektron qaydada təqdim edilməsi üçün Elektron Hökumətin İnkişafı […]