Browsing yearly archive

2021

Yevlaxda şəhid  oğlunun həsrətinə dözə bilməyən ana özünü asıb

Hadisə Marzılı kəndində baş verib. Son Vətən müharibəsində oğlu  Əvəzi itirən kənd sakini Gülnaz Paşayeva övladının həsrətinə dözməyərək, yaşadığı həyətin tövləsində özünü asıb. Orta yaşlı şəhid anasının bir qız övladı da var. Kənd sakinlərinin sözlərinə görə, Gülnaz xanım daim oğlu Əvəzin adını çəkir, onsuz yaşaya bilməyəcəyini deyirmiş. Ananın intihar etdiyi tövlə yenidir və məhz şəıhid […]

Mingəçevirdə hamamda meyit tapılıb

Mingəçevir şəhərində hamamda meyit tapılıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Təbriz küçəsi 15, mənzil 22-də qeydə alınıb. Belə ki, şəhər sakini, 1980-ci il təvəllüdlü Baxşəliyev Vüqar Əli oğlu hamamda ölüb. Onun dəm qazından dünyasını dəyişdiyi ehtimal edilir. Faktla bağlı Mihgəçevir şəhər prokurorluğu tərəfindən araşdırma başlanıb.

Bizi Avropaya aparan yollar

Avropa İttifaqı Azərbaycanla demokratiya, insan hüquqları və fundamental azadlıqlara əsaslanan yeni iddialı və hərtərəfli bir saziş bağlamaq niyyətindədir Avropa yaşamına yaxınlaşmaq üçün bir addımlıqda idik… Azərbaycan liderləri dövlətimizin Avropa İttifaqı ilə əməkdaşlıq və Avropaya inteqrasiya kursunu tutduğunu həmişə bəyan edirlər. Son 12 ildə Azərbaycan Aİ ilə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq edir. Bu proqramda Aİ-nin […]

Tural və Musa şəhid qardaşlarının anası Nəhayət Həsənova: ”Elə bildim oğullarım gəlib məni təbrik etdilər”

Şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün Mingəçevir şəhər Təhsil şöbəsi və Uşaq Gənclər  İnkişaf Mərkəzinin birgə təşəbbüsü ilə həyata keçirilən aksiya 7 saylı tam orta məktəbin həyətində baş tutub. Burada 44 günlük Vətən Müharibəsinin Mingəçevirdən olan 51 şəhidinin  hər birinin adına bir sərv ağacı əkilib. Aksiyaya məktəb direktorları və şəhid valideynləri də böyük həvəslə qoşulub. Şəhid Atiq […]

Mingəçevir Dövlət Universiteti “YAŞAT” Fonduna ianə edib

Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının 19 mart 2021-ci il tarixli müvafiq qərarına əsasən universitetin hesabından Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fonduna 10 (on) min manat vəsait köçürülüb. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli Fərmanına əsasən yaradılmış “YAŞAT” Fondunun əsas […]

Bakı sakini Naftalanda sanatoriyada ölüb

Bakı sakini Naftalanda sanatoriyada ölüb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə bu gün saat 8.30 radələrində şəhərdəki “Gözəl” sanatoriya kompleksində qeydə alınıb. 1958-ci il təvəllüdlü Bakı sakini Mirhəsən Mirhaltay oğlu Yusifov qəflətən otağında vəfat edib. Onun ürək tutmasından öldüyü ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

Yevlaxda üç uşaq atası intihar edib

Hadisə rayonun Əkşəm kəndində baş verib. Altmış yaşlı kənd sakini Abdullayev Qeysər Abdulla oğlu naməlum səbəbdən yaşadığı evin həyətində özünü asıb. İntihar edən şəxs üç qız atasıdır. Faktla bağlı rayon Prokurorluğu araşdırma aparır.

Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib

Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Qazançı kənd sakini Saqif Atayevin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib. Daxili İşlər Nazirliyinin  mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan APA-ya verilən məlumata görə,  polis əməkdaşları dərhal onun rayon […]

Mingəçevir Dövlət Universitetində 31 Mart – Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş konfrans keçirilib

31 mart 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş “31 Mart faciəsi insanlığa qarşı soyqırım cinayətidir” mövzusunda konfrans keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən konfransı açan MDU-nun rektoru Şahin Bayramov 1918-ci ilin mart-aprel aylarında erməni təcavüzkarları tərəfindən xalqımıza qarşı törədilmiş soyqırım aktlarından, Bakıda, Qarabağda, Şamaxıda, Qubada və […]

Mingəçevir Dövlət Universitetində “Elm günü” çərçivəsində Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr edilmiş elmi konfrans keçirilib

30 mart 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Mühəndislik fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Elm günü” çərçivəsində Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr edilmiş XII elmi konfrans keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən konfransda çıxış edən MDU-nun Mühəndislik fakültəsinin dekan əvəzi Almaz Əliyeva, ilk növbədə, tədbir iştirakçılarına “Elm günü” […]