Browsing yearly archive

2021

Yevlaxda dövlət əmlakını oğurlayan şəxslər tutulub

Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Yevlax Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Azərbaycan Dəmiryolları QSC-yə məxsus yüksək gərginlikli elektrik keçiricilərini (drossel tağlarını) oğurlayan şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, mart ayının 10-da daxil olmuş məlumat əsasında Yevlax st. Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata […]

Yevlax sakinindən tapança götürülüb

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən xəbərə görə, daxil olmuş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum edilmiş Bayram Qurbanov saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 […]

Fransanın Azərbaycandakı səfiri Mingəçevir Dövlət Universitetində olub

2021-ci ilin 9 mart tarixində Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qross Mingəçevir şəhərinə səfəri çərçivəsində Mingəçevir Dövlət Universitetində (MDU) olub. Səfirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşən MDU-nun rektoru Şahin Bayramov universitetin tarixi, kadr potensialı və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Mütəxəssis hazırlığı istiqamətləri, tədrisin və elmi fəaliyyətin məzmununun təkmilləşdirilməsi […]

Fransa səfirinin başçılıq etdiyi nümayəndə heyəti Mingəçevirdə

Fransanın Azərbaycandakı səfiri Zakari Qrossun başçılıq  etdiyi nümayəndə heyəti Mingəçevirə 2 günlük  səfərə gəlib. Qonaqları qəbul edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərin təhsil, mədəniyyət və sənaye potensialı barədə məlumat verib, tarixi barədə danışıb: “Mingəçevir gənc şəhərdir, 11 noyabr 1948-ci ildə şəhər statusu alıb. Lakin bu ərazi qədim yaşayış məskənidir. Arxeloji qazıntılardan göründüyü […]

“Şəhidlərimizin əmanətləri hər birimizin doğması və baş tacıdır”

Mingəçevir gəncləri 2019-cu ildən başladıqları ənənəyə sadiq qalaraq, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Şəhidlərimizin bizə əmanətlərini təbrik edib və “Hər An Sizinləyik, “Şəhidlərimizin əmanətləri hər birimizin doğması və baş tacıdır” mesajını veriblər. Aprel döyüşləri və İkinci Qarabağ müharibəsi şəhidlərinin analarını və həyat yoldaşlarını ziyarət edən Mingəçevir gəncləri hər zaman onların yanlarında olduqlarını vurğulayıblar. Ailə […]

Mingəçevirdə təcili yardım maşını qəzaya düşüb

Mingəçevirdə çağırışa gedən təcili yardım maşını qəzaya düşüb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Bağlar yaşayış massivi 8-ci döngədə baş verib. “Vaz 2106” markalı minik avtomobili ilə İlqar Sadıxovun idarə etdiyi təcili yardım maşınını toqquşub.  Hər iki avtomobilə ciddi ziyan dəyib, ambulans yarasız vəziyyətə düşüb. Qəza zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Mingəçevir Dövlət Universitetində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

2021-ci ilin 6 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib. Universitetin professor-müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən tədbirin qonağı 44 günlük Vətən Müharibəsində şəhid olmuş MDU-nun məzunu Əzəmi Hüseynovun anası Sayad Hüseynova olub. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan tədbiri açan MDU-nun rektoru […]

Mingəçevir Dövlət Universitetinin rektoru Tələbə Gənclər Təşkilatının fəalları ilə görüşüb

2021-ci ilin 4 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov universitetin Tələbə Gənclər Təşkilatının fəal üzvləri ilə görüş keçirib. “Microsoft TEAMS” platforması üzərindən onlayn formatda təşkil edilən görüşdə çıxış edən MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə,  MDU-nun Tələbə Gənclər Təşkilatının Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən “İlin Tələbə Gənclər Təşkilatı” seçilməsi münasibətilə tələbə […]

Üzeyir bəyin adını daşıyan 11 illik musiqi məktəbinin uğurları artır

Bərdə Regional Mədəniyyət İdarəsinin nəzdində olan Mingəçevirdəki Ü. Hacıbəyli adına 11 illik musiqi məktəbinin kollektivi pandemiya dövründə də məhsuldar işləyib. Məktəbin bütün şagirdləri onlayn dərslərə qoşulub. Müəllimlər müəyyən səbəblərdən dərslərə qoşula bilməyən şagirdlər üçün videodərslər hazırlayıb, telefonlarına göndəriblər. Məktəbin internet səhifələrində mədəniyyət xəbərləri, görkəmli bəstəkar və sənət adamları haqqında maarifləndirici videoçarxlar hazırlanıb, paylaşılıb. Bu barədə […]

Mingəçevirdə yaşayış binasında yanğın olub

Mingəçevirdə yaşayış binasında yanğın qeydə alınıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında N.Nərimanov küçəsində yerləşən 8 saylı binanın 3-cü mərtəbəsində baş verib. Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölməsi tərəfindən  lokallaşdırılıb. Xəsarət alan yoxdur.