Browsing yearly archive

2021

Prezident İlham Əliyev: “ Bərpa ilə bağlı görüləcək işlərdə mütləq ictimai nəzarət olmalıdır”

Ölkəmizdə Səhiyyə sisteminin inkişafı dövlətin strateji vəzifəsindən birinə çevrilib. Bir zamanlar mövcud olan xəstəxanalar artıq günün tələbləriə cavab verə bilmir, insanların sağlamlığını təmin etmək sahəsində problemlər yaranırdı. Prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra həyatın bütün sahələri ilə yanaşı, səhiyyə sahəsinə də xüsusi diqqət göstərməyə başlayıb.  Azərbaycanın paytaxtı Bakıda və bütün regionlarda müasir görünüşlü və müasir […]

Müasir və Müstəqil Azərbaycanın gücü bütün dünyaya nümayiş etdiriləcək

Prezident İlham Əliyev 2021-ci il fevral ayının 1-də  Azərbaycan Televiziyasına verdiyi  müsahibə zamanı   bir sıra mühüm məsələlərə toxunub. Müstəqillik illərində yaranmış böhran və çətinliklər ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə  aradan qaldırılmış, ölkəmiz inkişaf yoluna qədəm qoymuşdur. Dövlətimizin başçısı İlham Əliyev prezident kimi fəaliyyətə başladlığı ilk dövrlərdən iqtisadi inkişafa xüsusilə önəm verməklə möhtəşəm layihələr imzalamışdır.  […]

Mingəçevir Dövlət Universitetində Vətən müharibəsi iştirakçısı olan əməkdaşlarla görüş keçirilib

2021-ci ilin 2 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Vətən Müharibəsində iştirak etmiş universitet əməkdaşlarının iştirakı ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr edilmiş “44 günlük Vətən müharibəsi: gənclərin rolu və gənclər üçün dərslər” mövzusunda tədbir keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən tədbiri giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov, ilk […]

Mingəçevir Dövlət Universiteti “İlin Tələbə Gənclər Təşkilatı” nominasiyasında qalib seçilib

2021-ci ilin 2 fevral tarixində Mingəçevir Dövlət Universiteti  (MDU) növbəti tarixi uğuruna imza atıb. Universitetin Tələbə Gənclər Təşkilatı, ilk dəfə olaraq, “İlin Tələbə Gənclər Təşkilatı” adına layiq görülüb. Bu barədə məlumat Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan “Dəmir Yumruq, […]

Mingəçevirdən olan şəhidin övladı dünyaya gəlib

Mingəçevirdən olan şəhidin övladı dünyaya gəlib. APA-nın yerli bürosunun verdiyi xəbərə görə, Vətən müharibəsində şəhid olan Mingəçevir sakini Məmmədli Məhəmməd Murad oğlunun qızı dünyaya gəlib. Ananın və körpənin vəziyyəti normal qiymətləndirilir. Şəhid döyüşçünün yeni doğulan körpəsi ailənin ilk övladıdır.

Mingəçevir Dövlət Universitetində 2 fevral – Azərbaycan gəncləri gününə həsr edilmiş konfrans keçirilib

2021-ci ilin 2 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2 fevral – Azərbaycan gəncləri gününə həsr edilmiş “Gənclər cəmiyyətimizin bugünü və gələcəyidir” mövzusunda konfrans keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən konfransı açan rektor Şahin Bayramov, ilk növbədə, MDU-nun gənc tələbə və əməkdaşlarını 2 fevral – Azərbaycan gəncləri günü münasibətilə təbrik edib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər […]

Rektor Şahin Bayramovun Gənclər Günü təbriki!

  Mingəçevir Dövlət Universitetinin hörmətli gənc əməkdaşları! Əziz tələbələr, magistrantlar və məzunlar! Sizi 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə ürəkdən təbrik edirəm! Hər birimizdə böyük və sonsuz fəxarət hissləri yaradan 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımızın rəhbərliyi ilə qazandığımız tarixi Zəfərdə gənclərimizin əhəmiyyətli rolu vardır! Sizi, Vətən müharibəsində ŞƏHİD olmuş gənclərimizin adlarının əbədiləşdirilməsi […]

Mingəçevirdə hamilə qadın qəzada xəsarət alıb

Mingəçevirdə doğum şöbəsinə gətirilən Ağdaş sakini qəzaya düşüb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Aydın Məmmədov küçəsində özəl klinikalardan birinin yaxınlığında baş verib. “VAZ 2106” markalı avtomobil arxadan özəl klinikanın baş həkiminə məxsus “Hyundai” markalı minik maşınına çırpılıb. Hadisə nəticəsində “VAZ 2106”la doğum şöbəsinə gedən 1988-ci il təvəllüdlü hamilə qadın, Ağdaş rayon sakini Əliyeva Həbibə Məsim […]

Mingəçevirdə yol qəzasında ağır xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib

Mingəçevirdə yol qəzasında ağır xəsarət alan şəxs 19 gün sonra xəstəxanada ölüb  APA-nın yerli bürosunun məlumatına görə, 1993-cü il təvəllüdlü Mingəçevir şəhər sakini İdrisov Ülvi Kamran oğlu  yanvar ayının 12-də yol qəzasında ağır xəsarət alaraq şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Ülvi İdrisov  gecə saatlarında xəstəxanada keçinib.

Mingəçevir Dövlət Universitetində imtahan sessiyasının üçüncü həftəsi uğurla yekunlaşıb

Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının üçüncü həftəsi də uğurla başa çatıb. MDU-da imtahanlar “Microsoft Teams” platforması üzərindən virtual qaydada şifahi formada təşkil olunub. Cari imtahan sessiyasının 25-29 yanvar tarixlərini əhatə edən növbəti həftəsində bakalavriat səviyyəsi üzrə ümumilikdə 133 qrupda təhsil alan 2452 tələbənin 211 imtahanda iştirakı nəzərdə tutulub. Məsafədən təşkil olunan […]