Mingəçevir Dövlət Universitetinin tələbə gəncləri 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş tədbir keçirib
2021-ci ilin 20 yanvar tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə “20 yanvar qəhrəmanlıq və iftixar tariximiz” mövzusunda tədbir keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 31 il əvvəl Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədilə dinc əhalimizə qarşı […]