Browsing yearly archive

2022

Peşəsi olmayan köçkünlər bu gün iş tapmaqda çətinlik çəkirlər

Sentyabrın 22-də Bərdədə 866 saylı qəsəbədə, 23-də Ağdamda “Bənövşələr” qəsəbəsində, 27-də isə Mingəçevir Media Mərkəzində “Məcburi köçkünlərin məşğulluq ehtiyaclarının araşdırılması” istiqamətində müzakirələr aparılıb. Məlum olub ki, əksər köçkünlər peşələrə yiyələnmədiklərindən bu gün iş tapmaqda çətinlik çəkirlər. Daha çox dövlətin və beynəlxalq təşkilatların yardımlarına bel bağlayan insanlar indi başa düşürlər ki, hansısa bir sənətin sahibi olmaqla […]

Bərdədə 27 sentyabr-Anım Günü qeyd edilib

Bərdə Regional Mədəniyyət İdarəsi Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizin xatirəsinə ehtiram olaraq 27 sentyabr – Anım Günü  tədbiri keçirilib.  Baş tutan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi hörmətlə anılıb. Əllərində üçrəngli Azərbaycan bayrağı və şəhidlərin şəkillərini tutmuş tədbir iştirakçıları dövlətimizə və ordumuza dəstək […]

MDU-da Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov 44 günlük Vətən müharibəsində iştirak etmiş universitetin əməkdaşları, tələbələri və məzunları ilə görüşüb. Görüşdə bu ali təhsil müəssisəsinin şəhid məzunları Kənan Abdullayev və Əzəmi Hüseynovun ailə üzvləri, qazi məzun Abdulla Abdullayev, hazırda MDU-nun birinci kursunda təhsil alan “Azərbaycan Bayrağı” ordenli tələbəsi Elnur Salahov da iştirak ediblər. Görüşdə universitetin […]

MDU kollektivi şəhid ailələrini ziyarət edib

Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı, tələbə və magistrantları 27 Sentyabr – Anım Günü münasibətilə bu ali təhsil müəssisəsinin 44 günlük Vətən Müharibəsində şəhid olmuş məzunları Kənan Abdullayev və Əzəmi Hüseynovun ailələrini ziyarət ediblər. Universitetin kollektiv üzvləri, həmçinin, mingəçevirli şəhid qardaşlar Əli və İslam Əhmədovların və hazırda iki övladı MDU-da təhsil alan şəhid Yasən […]

Mingəçevir Dövlət Universitetində 27 Sentyabr- Anım Gününə həsr olunan konfrans keçirilib

Mingəçevir Dövlət Universiteti (MDU) və Yeni Azərbaycan Partiyasının (YAP) Mingəçevir şəhər təşkilatının birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunan “Xatirələrdə əbədiləşən qəhraman şəhidlərimiz” mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfransda şəhid ailəsi üzvləri, qazilər, MDU-nun İctimai Nəzarət Şurasının nümayəndələri, universitetin əməkdaşları, tələbə və magistrantları iştirak ediblər. Əvvəlcə, Mingəçevir Şəhidlər Xiyabanı ziyarət edilib və qəhrəman […]

Mingəçevir Dövlət Universitetinin magistrantları Şəhidlər Xiyabanını ziyarət ediblər

2022-ci ilin 25 sentyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzinin (MDTM) və Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin (TVİM) bir qrup əməkdaşı və magistrantlar Mingəçevir Şəhidlər Xiyabanını ziyarət ediblər. Ziyarət “MDU-nun 27 Sentyabr – Anım Günü ilə bağlı tədbirlər planı” çərçivəsində təşkil olunub. MDU kollektivi üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhidlik […]

Mingəçevir Dövlət Universitetində 27 Sentyabr- Anım Gününə həsr olunan dəyirmi masa keçirilib

2022-ci ilin 23 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Təhsil fakültəsinin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunan “27 Sentyabr: Xalqımızı şərəf kürsüsünə qaldırmış qəhrəmanlıq tarixi” mövzusunda dəyirmi masa keçirilib. Universitetin tələbə və müəllim kollektivi üzvlərinin qatıldığı dəyirmi masada mingəçevirli şəhid qardaşları Əli və İslam Əhmədovların anası Sevinc Əhmədova da […]

Mingəçevir Dövlət Universitetində 27 Sentyabr- Anım Gününə həsr olunan mühazirə keçirilib

2022-ci ilin 23 sentyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə “27 Sentyabr – Anım Günü”nə həsr olunan “Xalqımızı şərəf kürsüsünə qaldırmış qəhramanlıq tarixi” mövzusunda mühazirə keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan mühazirədə MDU-nun bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantlar iştirak edib. Mühazirədə giriş sözü […]

Mingəçevir Dövlət Universitetinin Vətən müharibəsi iştirakçısı olan əməkdaşları və tələbələri ilə görüş keçirilib

2022-ci ilin 23 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin (TVİM) təşkilatçılığı ilə Vətən müharibəsində iştirak etmiş bu ali təhsil müəssisəsinin əməkdaşları və tələbələri ilə görüşlər keçirilib. Görüşlər “MDU-nun 27 Sentyabr- Anım Günü ilə bağlı tədbirlər planı” çərçivəsində təşkil olunub. MDU-nun bütün tədris binalarında keçirilən görüşlərdə universitetin akademik və inzibati heyət üzvləri, […]

Amerikalı mütəxəssis Mingəçevir Dövlət Universitetində fəaliyyətə başlayıb

2022-ci ilin sentyabr ayından etibarən ABŞ Dövlət Departamentinin Fulbright-ETA (Fulbright-English Teaching Assistantship) Proqramı çərçivəsində Amerikalı mütəxəssis John Bunke Mingəçevir Dövlət Universitetində (MDU) fəaliyyətə başlayıb. Bununla əlaqədar olaraq, sentyabrın 20-də MDU-nun rektoru Şahin Bayramov qonaq mütəxəssislə görüşüb. Görüşdə qonağı salamlayan Ş.Bayramov TEFL (Teaching English as a Foreign Language) sertifikatlı amerikalı mütəxəssisin MDU-da fəaliyyətə başlamasından məmnunluğunu ifadə […]