Browsing yearly archive

2022

Mingəçevir Dövlət Universitetində “Təlim və tədrisdə Türkiyə təcrübəsi” mövzunda seminar

2022-ci ilin 7 iyul tarixində Mingəçevir Dövlət Universitetində (KİM) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Təlim və tədrisdə Türkiyə təcrübəsi” mövzusunda seminar keçirilib. Universitetin bir qrup akademik və inzibati heyət üzvlərinin iştirak etdiyi seminarda “Mexanika” kafedrasının müdiri, dosent Mahir İsmayılov  və müəllimi Qaragöz Kərimov təqdimatla çıxış ediblər. Təqdimat zamanı Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən olan […]

Rektor Şahin Bayramovun Qurban bayramı münasibətilə təbriki

Mingəçevir Dövlət Universitetinin (MDU) hörmətli professor-müəllim və inzibati-texniki heyət üzvləri! Əziz tələbələr, magistrantlar və məzunlar! Sizi xeyirxahlıq, mərhəmət və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm! Kəsdiyiniz qurbanların və etdiyiniz duaların Allah dərgahında qəbul olunmasını arzulayıram! MDU-nun beş ŞƏHİD məzununun əziz xatirəsini böyük ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirəm! Qurban bayramınız […]

MDU əməkdaşları Qurban bayramı münasibətilə şəhid ailələrini ziyarət ediblər

2022-ci ilin 9 iyul tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Qurban bayramı münasibətilə universitetin 44 günlük Vətən Müharibəsində şəhid olmuş məzunları Kənan Abdullayev, Oruc Nəcəfli və Əzəmi Hüseynovun, mingəçevirli Aprel döyüşləri şəhidləri Adil Adilzadə, Teymur Qasımov, Rüstəm Əhmədov və Rahim Tağıyevin ailələrini ziyarət ediblər. Universitetin kollektiv üzvləri, həmçinin, hazırda övladı MDU-da təhsil alan şəhid Yasən Əhmədovun da ailəsinə baş […]

Mingəçevir Dövlət Universitetində Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramına cəlb olunan tələbələrlə görüş

2022-ci ilin 8 iyul tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramında iştirak edəcək universitetin bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələri ilə görüşüb. Yay Təcrübə Proqramı çərçivəsində qrup tapşırıqları mərhələsindən uğurla keçən tələbələri təbrik edən rektor Ş.Bayramov nəzəri və praktiki biliklərin artırılması baxımından […]

Mingəçevirdə 800 nəfərin ailəsinə qurban payı göndərilib

İyulun 9-da səhər 9 radələrində Mingəçevirin Sağ sahil qəsəbəsindəki kəski məntəqəsinin qarşısına ictimaiyyət nümayəndələri toplaşıb. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Qurban bayram münasibətlə təbriklərini çatdırıb. Heydər Məscidinin imamı dua oxuduqdan sonra qurbanlıq üçün seçilən heyvanların kəsiminə başlanıb. Mingəçevir Bələdiyyəsinin sədri Ramiz Əliyevin dediyinə görə, İcra Hakimiyyətinin təşəbbüsü və Bələdiyyənin maliyyə vəsaiti ilə  gerçəkləşən mərasimin […]

“Zəfər Parkında oğlumun şəkli olmayacaq”

Vətən müharibəsi qazisi, baş-leytenant Dünyamin Məmmədovun ölümünün ildönümüdür. Qəhrəmanımız 2021-ci il iyul ayının 5-də Laçında xidmət zamanı sətəlcəm olub. Səhhəti gərginləşən Dünyamin Məmmədov Bakıda bir neçə xəstəxanada müalicə alsa da, böyrək çatışmazlığından dünyasını dəyişib. 1993-cü ildə Şərur rayonunun Yengicə kəndində dünyaya göz açan Dünyamin Məmmədov uşaqlıqdan hərbçi olmaq arzusu ilə yaşayıb.  Doğmalarının söylədiyinə görə qəhrəmanımız […]

Mingəçevir Dövlət Universitetində İctimai Nəzarət Şurasının üzvləri ilə görüş

2022-ci ilin 6 iyul tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb. Görüşdə 2021-2022-ci tədris ilində MDU-da görülən işlər və əldə olunan nəticələrdən bəhs edilib, perspektiv fəaliyyətlər barədə fikir mübadiləsi aparılıb. Pandemiyanın davam etməsi səbəbindən respublikamızda ənənəvi təhsilin müəyyən məhdudiyyətlərlə bərpa olunduğunu diqqətə çatdıran rektor Ş.Bayramov MDU-da tədris və […]

Mingəçevir Dövlət Universitetində könüllü tələbələrlə görüş keçirilib

2022-ci ilin 5 iyul tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov universitetin “BİR” tələbə könüllüləri ilə görüşüb. Görüşdə könüllük fəaliyyətinin cəmiyyətin və fərdin inkişafındakı rolundan bəhs edən Ş.Bayramov cari tədris ili ərzində uniiversitetdə və regionda keçirilən tədbirlərdə könüllü tələbələrin fəal iştirakından məmnunluğunu bildirib. Gənclərin hərtərəfli inkişafının diqqət mərkəzində saxlanıldığını qeyd edən rektor könüllü tələbələrə […]

Mingəçevir Dövlət Universitetində yeni müdafiə edən əməkdaşlarla görüş keçirilib

2022-ci ilin 4 iyul tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işlərini uğurla müdafiə edən universitetin üç əməkdaşı – Rövşən Babayev, Liliya Süleymanova və Səadət Ağakişiyeva ilə görüşüb. Cari ilin iyun ayında müxtəlif elm sahələri üzrə universitetin üç əməkdaşının fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülməsini yüksək qiymətləndirən Ş.Bayramov bu münasibətlə onları […]

Türkiyənin ali təhsil müəssələrində təcrübə keçmiş MDU-nun səkkiz əməkdaşı ilə görüş

2022-ci ilin 1 iyul tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov qardaş Türkiyənin tərəfdaş ali təhsil müəssisələrindən olan Qazi Universiteti və İstanbul Gedik Universitetində (İGÜN) təlim və təcrübə kemiş universitetin akademik və inzibati heyət üzvləri ilə görüşüb. Təlim və təcrübə proqramını uğurla başa vuran universitet əməkdaşlarını təbrik edən rektor Ş.Bayramov MDU tarixində ilk dəfə […]