Browsing yearly archive

2022

Mingəçevir Dövlət Universitetini “TEKNOFEST Azərbaycan”da təmsil etmiş komandalar ilə görüş keçirilib

2022-ci ilin 9 iyun tarixində Mingəçevir Dövlət Universitetini (MDU) “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında təmsil etmiş komandaların üzvləri ilə görüş keçirilib. Görüş iştirakçılarını salamlayan MDU-nun rektoru Şahin Bayramov universitetdə qardaş Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalında iştiraka xüsusi önəm verildiyini vurğulayıb. Rekor festivala müraciət edən MDU-nun 17 komandasından 3-nün finala yüksəlməsini regionda […]

Mingəçevir Dövlət Universitetində imtahan prosesi müşahidə edilib

2022-ci ilin 8-9 iyun tarixlərində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov cari tədris ilinin yaz semestrinin imtahan sessiyası çərçivəsində təşkil edilən imtahan prosesini izləyib. Müşahidələr zamanı imtahanların mövcud qaydalara uyğun təşkili, tələbələrin imtahanlara hazırlığı, biliklərin qiymətləndirilməsi və müraciətlərin operativ cavablandırılması məsələlərinə diqqət yetirilib. Qeyd edək ki, MDU-da iyunun 1-dən başlanan yaz imtahan sessiyası iyulun […]

Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib

2022-ci ilin 9 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilinin yaz imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbələri, magistrantları və onların valideynləri ilə görüşüb. Cari imtahan sessiyasının ilk həftəsinin uğurla başa çatdığını vurğulayan Ş.Bayramov imtahan […]

“Mingəçevir Dövlət Universitetində kiber təhlükəsizliklə bağlı fənlərin tədrisinin təkmilləşdirilməsi” layihəsi uğurla icra olunur

2022-ci ilin 7 iyun tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən keçirilən “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsinin qaliblərindən olan “Mingəçevir Dövlət Universitetində (MDU) kiber təhlükəsizliklə bağlı fənlərin tədrisinin təkmilləşdirilməsi” layihəsinin icrasına dair hesabat görüşü keçirilib. “Microsoft Teams” proqramı üzərindən onlayn formatda təşkil olunan görüşdə Təhsil Nazirliyinin müvafiq əməkdaşları, MDU-nun bir […]

Mingəçevir Dövlət Universitetində keçirilmiş beynəlxalq elmi konfransın materialları dərc olunub

Mingəçevir Dövlət Universitetində 2021-ci ilin 10-11 dekabr tarixlərində keçirilmiş “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda I beynəlxalq elmi konfransın materialları iki cildlik məcmuə şəklində dərc edilib. Qeyd edək ki, MDU tarixində ilk dəfə baş tutan beynəlxalq konfrans Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq məktubu ilə təqdim olunmuş “Ali təhsil müəssisələrində 2021-ci […]

MDU kollektivi Şamaxı Astrofizika Rəsədxanasında ekskursiyada

Mingəçevir Dövlət Universitetinin (MDU) Riyaziyyat kafedrası və Həmkarlar İttifaqı Komitəsi tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına (ŞAR) ekskursiya təşkil olunub. Ekskursiyada MDU-nun bir qrup professor-müəllim heyəti üzvü, riyaziyyat müəllimliyi, riyaziyyat və informatika müəllimliyi ixtsaslarında təhsil alan tələbə və magistrantlar iştirak ediblər. Ekskursiya zamanı universitet kollektivi rəsədxananın muzeyində olan eksponatlara […]

Sakinlər icra başçısına dedilər ki, zirzəmilər kanalizasiya suları ilə dolur

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iyunun 10-da növbəti səyyar görüşünü keçirib. Ü.Hacıbəyov, M.Maqomayev  Rəsul Rza küçələrinin kəsişdiyi məhələdə baş tutan görüşdə sakinlər narahatlıq doğuran bir sıra problemləri qaldırıblar. Belə ki, mövcud ərazidəki çoxmənzilli binalarda zirzəmilərin kanalizasiya suları ilə dolması baş verir, bu isə xəstəlik yayan həşaratların, xüsusən ağcaqanadların yayılnasına səbəb olur. Cavabdehlik daşıyan […]

Yevlax şəhərində “Şuşa ili”

Ölkəmizdə 2022-ci ilin “Şuşa ili” elan olunması ilə bağlı Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilir. Bu kimi tədbirlərdən biri də Yevlax şəhərində baş tutub. Tədbir çərçivəsində Yevlax rayon Aşağı Qarxun kənd Uşaq musiqi məktəbinin yaradıcı kollektivi tərəfindən maraqlı və yaddaqalan konsert proqramı təqdim olunub. Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda canından […]

Mingəçevir Şəhər İcra Hakimiyyəti yanında da İctimai Şura yaradılacaq

Xəbər verdiyimiz kimi, indiyədək əksər bölgələrin İcra hakimiyyətləri yanında ictimai şuralar fəaliyyət göstərsə də, bu günə qədər Mingəçevirdə yaradılmayıb. Bu haqda mayın 26-da Gəncədə keçirilən zona konfransında məlumat verilmişdi. Nəhayət, Mingəçevirin yerli hökuməti də tilsimi sındırmaq istəyir. İyunun 9-da İH-nin veb səhifəsində yerləşdirilən elandan aydın olur ki, İH-də seçki komissiyası yaradılıb və seçkilərdə iştirak etmək […]

Misri qılınclar Mingəçevirdə

Iyunun 8-də Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir Nümayəndəliyinin təşkilatçılığı ilə Mingəçevirdəki   Heydər Əliyev Mərkəzində  “Ulu Gəncənin sənət inciləri” adlı yaradıcılıq sərgisi açılıb. Sərgidə bədii metalişləmə mütəxəssisi,  Azərbaycanın Əməkdar rəssamı Mübariz Əkbərov, heykəltaraş, Azərbaycan Rəssamlar İttifaqının üzvü Camaləddin Rüstəmov və ağac oyma ustası,  Azərbaycanın  Əməkdar rəssamı Saləddin Məhərrəmovun əl işləri nümayiş olunur. İki gün davam edəcək […]