Browsing yearly archive

2023

MDU və Qazi Universiteti Türkiyə Cümhuriyyətinin 100 illiyini qeyd edib

2023-cü ilin oktyabrın 29-da Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin Qazi Universiteti arasında işbirliyi çərçivəsində Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü və 29 Oktyabr Cümhuriyyət Bayramı münasibətilə Azərbaycan-Türkiyə qardaşlığı paneli keçirilib. Tədbirdə hər iki universitetin akademik və inzibati heyət üzvləri, tələbə, magistrant və doktorantları iştirak ediblər. Tədbirin açılışında Qazi Universitetinin rektoru Musa Yıldız və MDU-nun rektoru […]

Mingəçevirin 75 illiyi münasibətilə məktəblərdə mühazirələr təşkil edilib

Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhərinin 75 illik yubileyinə həsr olunan “Mingəçevir şəhərinin dünəni və bu günü” mövzusunda silsiləvi mühazirələr təşkil olunub. Mingəçevir şəhər 1, 3, 11, 12 və 16 saylı tam orta məktəblərdə təşkil olunan mühazirələrdə 44 günlük Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, ziyalılar, təhsil […]

H.Əliyevin QHT-rin inkişafında rolu”

Oktyabrın 27-də Mingəçevir şəhər Bələdiyyəsində Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “H.Əliyevin Qeyri Hökumət Təşkilatlarının inkişafında rolu” adlı dəyirmi masa keçirilib. Tədbir “Müharibə, əmək və silahlı qüvvələr veteranları” Təşkilatının (MƏSQVT) təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. Tədbirin aparıcısı “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyi Mingəçevir şəhər filialının sədri Əliağa Bəndalıyev mövzu ilə […]

Mingəçevirdə Əmək Yarmarkası və MDU Birinci Məzun Forumu keçiriləcək

Mingəçevir Dövlət Universiteti (MDU) və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentlyinin (DMA) birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Əmək Yarmarkası və MDU Birinci Məzun Forumu keçiriləcək. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, ƏƏSMN və Mingəçevir şəhər İcra Hakimiyyətinin dəstəyi ilə baş tutan tədbir 2023-cü il noyabrın 3-də […]

MDU Bişkekdə beynəlxalq konfransın bölmə iclaslarında çıxış ediblər

2023-cü ilin oktyabrın 25-də Mingəçevir Dövlət Universiteti (MDU) Bişkekdə M.Rıskulbekov adına Qırğız İqtisad Universitetinin 70 illik yubileyinə həsr olunan “İqtisadi reallıqların yeni çağırışları” mövzusunda beynəlxalq elmi konfransın bölmə iclaslarında fəal təmsil olunub. Qeyd edək ki, beynəlxalq konfrans çərçivəsində “Dünyanın sosial-iqtisadi modelləri”, “Avrasiya universitetlər şəbəkəsi: peşə təhsili sahəsində əməkdaşlığın yeni üfüqləri”, “Nəqliyyat və rəqəmsal logistika: yeni […]

Yaxşıların Yaxşısı layiəsinin açılış mərasimi keçirilib

Bakı şəhəri Emin Quliyev adına 9 saylı xüsusi internat məktəbinin müəlliməsi Şölə Fərəclinin Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 7-ci qrant müsabiqəsi” nin qalibi olduğu  “Yaxşıların Yaxşısı” adlı layihənin açılış tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Afaqət Əsgərova xüsusi İnternat məktəbində təhsilalanların həssas qrupa aid olduğunu diqqətə […]

“Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 7- ci qrant” müsabiqəsinin qalibi olan layihənin Xaldan kənd kompleks tam orta məktəbində açılış mərasimi keçirilib

26 oktyabr 2023-cü il tarixində Məktəbdə təhsilalan, təhsilverən və valideyin əməkdaşlığı ilə sahibkarlıq fəaliyyətinin yaradılması və sağlam qidalanmanın təşkili adlı layihənin açılış tədbiri keçirilib. Xaldan kənd kompleks tam orta məktəbinin direktoru Günel Yusifzadə tədbir iştirakçılarını salamlayaraq ilk öncə məktəb haqqında ətraflı məlumat verib.  1975-ci ildən Xaldan kənd orta məktəbində istixananın fəaliyyət göstərdiyini, şagirdlərin burada tərəvəz […]

MDU Bişkekdə beynəlxalq konfransın plenar iclasında təmsil olunub

2023-cü ilin oktyabrın 25-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Bişkekdə M.Rıskulbekov adına Qırğız İqtisad Universitetinin 70 illik yubileyinə həsr olunan “İqtisadi reallıqların yeni çağırışları” mövzusunda beynəlxalq elmi konfransda iştirak edib. Konfransa 10-dan artıq ölkənin alimləri və praktiki mütəxəssisləri qatılıblar. Konfransın plenar iclasında MDU-nun rektoru Ş.Bayramov “Davamlı iqtisadi inkişaf: əsas konsepsiya, qiymətləndirmə metodları və […]

MDU əməkdaşlıq etdiyi Qırğız İqtisad Universitetinin yubiley mərasimində təmsil olunub

2023-cü ilin oktyabrın 25-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Bişkekdə M.Rıskulbekov adına Qırğız İqtisad Universitetinin (KEU) 70 illik yubileyinə həsr olunan təntənəli mərasimdə iştirak edib. Yubiley tədbirinə Qırğız Respublikasının Baş nazirinin müavini, Qırğız Respublikasının təhsil və elm naziri, dövlət rəsmiləri, yerli və xarici universitetlərin rektorları və digər qonaqlar qatılıblar. MDU-nun rektoru Ş.Bayramov yubiley […]

MDU-da təlim: CV hazırlanması və uğurlu müsahibənin yolları

Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “CV hazırlanması və uğurlu müsahibənin yolları” mövzusunda təlim keçirilib. KİM-in əməkdaşı Razim Qurbanov tərəfindən keçirilən təlimdə MDU-nun bir qrup tələbə və magistrantı iştirak edib. Təlim zamanı CV-nin hazırlanması, iş axtarışı və müsahibə zamanı diqqət edilməli məqamlar, hədəflərin düzgün seçilməsi, özünüinkişaf və karyera yüksəlişi barədə […]