Browsing yearly archive

2023

Sahil Parkının ərazisi 110 metr uzanacaq

2023-cü il oktyabrın 9-da Kür sahilindəki parkın genişləndirilməsiylə bağlı əraziyə baxış keçirilib. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və təşkilat rəhbərləri körpünün altından keçən hissədə görülən işlərlə tanış olublar. Hazırda mövcud hissəyə tamet döşənir. Diqqətə çatdırılıb ki, işlər başa çatandan sonra Sahil Parkının ərazisi 110 metr uzanacaq. Məlum olub ki, yeni ərazidə vaxtilə nasos […]

MDU-nun tərəfdaşlıq etdiyi Erasmus+ layihəsi çərçivəsində uğurlu sahibkarlarla görüşlər davam edir

Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşlıq etdiyi “Virtual Gənclər Biznes Habları Beynəlxalq Şəbəkəsi (Virtual Youth Business Hubs İnternational Network- VEHUB4YOU)” Erasmus+ layihəsi çərçivəsində uğurlu sahibkarlarla keçirilən “Biznes çərşənbəsi” (Business Wednesday) adlı görüşlər davam edir. Onlayn formatda təşkil edilən görüşün növbəti qonağı “Zəfəroğlu İnşaat” şirkətinin təsisçisi, “Gəncə İş Adamları İctimai Birliyi”nin sədri və Gəncə şəhər İcra Hakimiyyəti […]

MDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub

2023-cü ilin oktyabrın 5-də Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev İli” çərçivəsində 5 Oktyabr- Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə MDU-nun bir qrup akademik-inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak edib. Əvvəlcə, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman […]

Müəllimlər Gününə musiqi töhfəsi

Oktyabrın 5-də Mingəçevirdə Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbində 5 oktyabr Beynəlxalq Müəllimlər Günü qeyd olunub.  Tədbirə məktəbin təqaüdçüləri və başqa musiqi məktəblərinin müəllimləri dəvət olunublar. Vətən Müharibəsində şəhid olanların ruhu anılıb. Həmçinin gənc nəslin musiqi təhsili və tərbiyəsində əməyini əsirgəmədən çalışmış və dünyasını dəyişmiş müəllimlər xatırlanıb. Şagirdlər təbriklərini Azərbaycan və xarici bəstəkarların əsərlərini ifa […]

Mingəçevirdə bir qrup müəllim və əmək veteranı mükafatlandırıldı

Oktyabrın 5-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Beynəlxalq Müəllimlər günü ilə əlaqədar təhsil işçilərini qəbul edib. Müəllimlərin cəmiyyətin inkişafında roluna diqqəti çəkən başçı onların sosial rifahının gücləndirilməsi, məktəblərin təmir olunması və yenilərinin tikilməsi ilə bağlı görülən işlərdən də danışıb. Mərkəzi Aran Regional Təhsil İdarəsinin sektor müdiri Sevinc Həsənova, 20 saylı məktəbin tarix müəllimi […]

Köçkünlərin fikrincə, etibarlı sülh olsa, birgəyaşayış mümkündür

30 il ərzində erməni vandalizminin törətdiyi cinayətlər nəticəsində dağılmış yurd yerlərimiz son üç ildə “Böyük Qayıdış” proqramı üzrə yenidən qurulur. Ölkə başçısının təsdiq etdiyi Nizamnaməyə müvafiq olaraq, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti ağıllı kəndlərin və şəhərlərin, eləcə də hava limanlarının inşasını sürətlə davam etdirir. Təbii ki, böyük infrastruktur layihələrinin həyata keçirilməsi qayıdış […]

MDU və ADU-nun birgə təşkilatçılığı ilə dəyirmi masa: Ümummilli Lider müasir Azərbaycanın qurucusudur

2023-cü il sentyabrın 28-də Mingəçevir Dövlət Universiteti (MDU) və Azərbaycan Dillər Universitetinin (ADU) birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Ümummilli Lider müasir Azərbaycanın qurucusudur” mövzusunda dəyirmi masa keçirilib. MDU-nun evsahibliyi etdiyi tədbirdə ADU-dan Doktorantura şöbəsinin müdiri Nərgiz Qarayeva, Magistratura şöbəsinin müdiri Firuzə Rzayeva, Elm şöbəsinin müdiri Sevda İmanova, eləcə də hər iki universitetin bir […]

MDU-da Anım Gününə həsr olunan mühazirə keçirilib

2023-cü ilin sentyabrın 27-də Mingəçevir Dövlət Universitetinin (MDU) Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə “27 Sentyabr – Anım Günü”nə həsr olunan “27 sentyabr: həqiqət məqamına ucaldığımız gün” mövzusunda mühazirə keçirilib. Universitetin kiçik akt zalında keçirilən mühazirədə MDU-nun bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantlar iştirak edib. Mühazirədə giriş sözü ilə çıxış edən MDU-nun Humanitar fənlər […]

MDU-da Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib

2023-cü ilin sentyabrın 26-da Mingəçevir Dövlət Universitetinin (MDU) Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə şəhid ailəsi üzvləri, Vətən müharibəsi iştirakçısı olmuş veteran və qazilər, MDU-nun bir qrup əməkdaşı, tələbə və magistrantlar iştirak edib. Dəyirmi masada giriş sözü ilə çıxış edən MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova […]

Mingəçevir Dövlət Universitetində Anım Günü qeyd edilib

2023-cü ilin sentyabrın 27-də Mingəçevir Dövlət Universiteti (MDU) və Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Anım Gününə həsr olunan “Şəhidlərimizi qürur və ehtiramla anırıq” mövzusunda konfrans keçirilib. Konfransda şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, YAP fəalları, MDU-nun professor-müəllim və tələbə heyəti üzvləri iştirak ediblər. Əvvəlcə, Mingəçevir Şəhidlər […]