Browsing yearly archive

2023

Mingəçevir iki şəhidi ilə vidalaşdı

Bu gün Mingəçevirdə Azərbaycan ordusunun hərbi qulluqçuları Abbasov Ruslan Əbülfət oğlu və Canbaxışov Xəyal Xeyri oğlu ilə vida mərasimləri keçirilib. On minlərlə insan “Vətən bölünməz, Şəhidlər ölməz”  şüarı ilə onları evlərindən Şəhidlər Xiyabanınadək müşayiət edib, son mənzilə yola salma mərasimlərinə qatıldı. Şəhidlər torpağa tapşırıldıqdan sonra ruhlarına dualar verilib, onların büküldükləri Azərbaycan bayraqları isə yaxınlarına bağışlanıb. […]

“Biz sülh istəyirik” sənədli filmi Mingəçevirdə ictimaiyyətə təqdim olundu

2023-cü il sentyabrın 19-da Mingəçevir Media Mərkəzində “Biz sülh istəyirik” sənədli filminin ictimaiyyətə təqdimatı keçirilib. Film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Mingəçevir Valideynlər Assosiasiyasının həyata keçirdiyi   “Birgəyaşayış ilə bağlı əhali arasında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində “ElTV” kanalı ilə əməkdaşlıq şəraitində çəkilib. Filmin qəhrəmanları Kəlbəcər, Şuşa və Ağdamdan olan köçkünlərdir. […]

Milli Musiqi günündə “Arşın mal alan” Mingəçevir teatrının səhnəsində

2023-cü il sentyabrın 18-də Mingəçevir şəhərindəki Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin müəllimləri Mingəçevir Dövlət Dram Teatrının səhnəsində dahi Üzeyir bəyin “Arşın mal alan” operettasını ikinci dəfə tamaşaçılara təqdim ediblər. Operetta adı çəkilən məktəbin direktoru Vüsal Məmmədov, bir qrup müəllim və MDDT rəhbərliyinin qarşılıqlı iş birliyi nəticəsində ərsəyə gəlib. Şəhər ictimaiyyətinin nümayəndələri bu dəfə […]

MDU-da ilk dərs Ümummilli Liderimizə həsr olunub

Mingəçevir Dövlət Universitetində (MDU) yeni tədris ilinin ilk dərsi müasir Azərbaycan dövlətinin xilaskarı və qurucusu, ümummilli lider Heydər Əliyevə həsr olunub. Bununla əlaqədar olaraq, 2023-cü il sentyabrın 15-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov, Milli Məclisin deputatı Aydın Mirzəzadə və Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev bu ali təhsil müəssisəsinə yeni […]

Mingəçevir Dövlət Universitetində “Bilik Günü” qeyd edilib

2023-cü il sentyabrın 15-də Mingəçevir Dövlət Universitetində (MDU) “Bilik günü” tədbiri keçirilib. Universitetin həyətində təşkil olunan təntənəli tədbirdə şəhid ailəsi üzvləri, MDU-nun akademik və inzibati heyəti, tələbələr, magistrantlar və onların valideynləri ilə yanaşı, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Məclisin deputatı Aydın Mirzəzadə və digər qonaqlar iştirak ediblər. Əvvəlcə, ümummilli lider Heydər Əliyevin […]

Mingəçevir Dövlət Universitetində Oriyentasiya Günü keçirilib

2023-cü il sentyabrın 14-də Mingəçevir DÖvlət Universitetində (MDU) bu ali təhsil müəssisəsinə yeni qəbul olmuş tələbə və magistrantlar üçün Oriyentasiya Günü keçirilib. MDU-nun hər iki tədris binasında ənənəvi olaraq təşkil edilən tədbirdə tələbələr universitet həyatı ilə tanış olublar. Tanışlıq prosesində onlara MDU-nun bir qrup əməkdaşları və tələbə könüllüləri bələdçilik ediblər. Tələbə və magistrantlar fakültə dekanlıqları, […]

Sülh quruculuğu ilə bağlı növbəti ictimai müzakirə

“Humanitar Tədqiqatlar” İctimai Birliyi Bərdə rayonunda ictimai müzakirə təşkil edib. “Regionlarda sülh quruculuğu və birgə yaşayış sahəsində müzakirələrin təşkili” layihəsi çərçivəsində Bərdə Şəhər bələdiyyəsinin inzaibati binasında keçirilən tədbirə 25 nəfər Bərdə rayon sakini qatılıb. Tədbirdə çıxış edən “Humanitar Tədqiqatlar” İctimai Birliyinin rəhbəri Mehriban Məmmədova layihənin məqsədi ilə bağlı məlumat verib: “Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına […]

Eko Səfir Qızlar təhsil proqramı regiondan olan gənc qızları ətraf mühit elçiləri olmağa dəvət edir!

Bu proqram Quba, Qusar, Bərdə, Ağdam və Mingəçevirdə ekoloji maarifləndirmə və davamlılığı artırmaq üçün icmalardan 15-18 yaş arası 50 qızı bir araya gətirmək üçün nəzərdə tutulub. Əgər bu sahəyə töhvə vermək istəyirsizsə, 50 EKO səfir Qızdan biri olmaq fürsətini qaçırtmayın! Proqram zamanı Siz: – Mövzu üzrə mütəxəssislər tərəfindən keçiriləcək canlı təlimlərdə iştirak edəcəksiz. Biomüxtəliflik, 3R […]

Payız-qış mövsümündə yanğın təhlükələri artır

Yanğınların statistikası göstərir ki, payız-qış mövsümündə havaların soyuması, insanların istilik sisteminə tələbatlarının yaranması və bu məqsədlə elektrik və qaz təsərrüfatından daha çox istifadə etməsi nəticəsində yanğınların sayı yaz-yay dövrü ilə müqayisədə artır. Dünyanın hər yerində olduğu kimi respublikamızda da payız-qış mövsümündə bu artım qeydə alınır və yanğınların çox hissəsi yaşayış sektorunun payına düşür. Çox təəssüf […]

Yeni tədris ilinin başlanması münasibətilə MDU kollektivi ilə görüş keçirilib

2023-cü ilin sentyabrın 13-də Mingəçevir Dövlət Universitetində (MDU) 2023/2024-cü tədris ilinin başlaması münasibətilə akademik və inzibati heyət üzvləri ilə görüş keçirilib. Yeni tədris ilinin başlaması münasibətilə əməkdaşları təbrik edən MDU-nun rektoru Şahin Bayramov son dövrdə universitetin müasirləşməsi istiqamətində atılan önəmli addımlardan bəhs edib. MDU-nun missiyası, vizyonu və strateji hədəflərini qeyd edən rektor yeni dövrün universitetinə […]