Browsing yearly archive

2023

Əziz abituriyentlər və subbakalavrlar! Hörmətli valideynlər!

Əziz abituriyentlər və subbakalavrlar! Hörmətli valideynlər! Mingəçevir Dövlət Universitetinin (MDU) əsas tədris binasında Abituriyent Məsləhət Mərkəzi fəaliyyət göstərir. Universitetimizin təcrübəli əməkdaşları Sizi maraqlandıran məsələlər (müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan amillər, ixtisasların məzmunu, təhsil haqqı, Təhsil Tələbə Kredit Fondu tərəfindən təqdim olunan imkanlar və s.) barədə məsləhətlər verirlər. Gənc əməkdaşlarımız ixtisas seçimi üzrə […]

“İnkişaf düşərgəsi – 2” start götürüb

Gənclər Paytaxtının fəal gənclərinin şəbəkələşməsi, onların bilik və bacarıqlarının, dünyagörüşünün artırılması, asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilən düşərgə ilk öncə seçilmiş iştirakçıların bir-biri ilə tanışlığı və şəbəkələşməsinə istiqamətlənmiş hərəkətli oyunları ilə başladı. Ardınca gənclər üçün aktual məsələlərdən biri olan təhsil, xüsusilə də xaricdə təhsil və beynəlxalq əlaqələr haqqında müzakirələr aparıldı. Düşərgənin rəsmi açılış mərasimi günün […]

Naftalana ilin əvvəlindən 15 mindən artıq turist gəlib

Mi-news.az-a verilən məlumata görə,  2023-cü ilin birinci yarımiliyi ərzində Naftalan şəhərinə 15 mindən çox turist gəlib. Bunun 5 mindən çoxu dünyanın 36 ölkəsindən olan xarici turistlərdir. Rusiya, Qazaxıstan və Özbəkistandan olan qonaqlar say etibarı ilə  liderlik edib. Eyni zamanda ilboyu  ABŞ,  Avropa və digər ölkələrdən Naftalan sanatoriyalarına  xeyli sayda turist  üz  tutub. Naftalan dünyanın bir […]

Köçkünlər mina təhlükəsi barədə məlumatlandırılıb

1 – 4 avqust 2023-cü il ərzində Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) maliyyələşdirdiyi və “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin (“Ümid” SİD İB) icra etdiyi “Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsi çərçivəsində 6 hədəf icmada mina təhlükəsi mövzusunda 6 maarifləndirici təlim keçirilib. Təlimlərin […]

QHT-nin layihəsi üzrə valideynlərlə görüş keçirilib

“Ailə və Uşaqların Sosial Problemlərin Həllinə Dəstək” İctimai Birliyi 4 avqust 2023-cü ildə Mingəçevirdə valideynlərlə görüş keçirib. Görüş Azərbaycan Respublikasının  QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Sağlamlıq imkanları məhdud olan uşaqların sosial reabilitasiya  məsələləri və valideynlərin maarifləndirilməsi” layihəsi  çərçivəsində baş tutub.  Layihə rəhbəri Eyyub Həsənov valideynlərin uşaqların tərbiyəsində rolundan, xüsusən də inkluziv […]

Xaçmazda əlilliyi olan qadınların rastlaşdığı problemlərlə bağlı tədbir keçirildi

Mi-news Bugun.tv-ə istinadən xəbər verir ki, “Bakı, Gəncə şəhərləri, Qusar, Quba, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində Xaçmaz rayonunda seminar təşkil olunub. Layihənin təşkilatçısı “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyidir. Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirilən seminarın məqsədi əlillyi olan […]

Qazaxda “Humanitar Tədqiqatlar” İctimai Birliyi ictimai müzakirə təşkil edib

“Humanitar Tədqiqatlar” İctimai Birliyi Qazax rayonunda ictimai müzakirə təşkil edib. “Regionlarda sülh quruculuğu və birgə yaşayış sahəsində müzakirələrin təşkili” layihəsi çərçivəsində Qazax Dövlət Sosial-İqtisadi Kollecində keçirilən tədbirə 29 nəfər Qazax rayon sakini qatılıb. Tədbirdə çıxış edən “Humanitar Tədqiqatlar” İctimai Birliyinin rəhbəri Mehriban Məmmədova layihənin məqsədi ilə bağlı məlumat verib: “Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi […]

Qarabağdakı erməni icması ya qanunauyğun şəkildə yaşamalı, ya da çıxıb getməlidir

“30 il öncə Qarabağda ermənilərlə birgə necə yaşayırdınız? Hansı şəraitdə birgəyaşayışınız yenidən mümkün ola bilər? Sülh üçün nə etmək lazımdır?” Bu sualları Qarabağdan didərgin düşən, ev-eşiyini itirən, şəhid verən, qazi olan və ağrılarını unutmayan insanlara ünvanlamaq heç də asan deyil. Hətta bəziləri məsələni xeyli qəlizləşdirərək, birgəyaşayışın heç vaxt mümkün olmayacağını iddia edir, başqalarının da bu […]

MDU-da 2022/2023-cü tədris ilinin yekunları ilə bağlı ictimaiyyətə hesabat verilib

2023-cü il iyulun 21-də Mingəçevir Dövlət Universitetində (MDU) 2022/2023-cü tədris ilinin yekunları ilə bağlı ictimaiyyətə geniş hesabat təqdim edilib. Hesabat tədbirində MDU İctimai Nəzarət Şurasının üzvləri, Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəhbərliyi, orta məktəb direktorları, universitetin tərəfdaşlıq etdiyi dövlət və özəl qurumların rəhbər şəxsləri, gənclər təşkilatları və QHT-lərin nümayəndələri, media işçiləri və Mingəçevir şəhər ictimaiyyətinin […]

148 ilin işığında

Azərbaycan milli mətbuatının 148 illiyi ilə bağlı bu ilki bayram zəngin tədbirləri ilə yadda qaldı. İyulun 20-də Mətbuat Şurası, Audiovizual Şura və Medianın İnkişafı Agentliyinin “Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar” mövzusunda konfransa qatıldıq. Bu tədbirə gəlişimizin əhəmiyyəti həm də onda idi ki, çoxdan canlı görüşə bilmədiyimiz dostlarla yenidən bir […]