Browsing yearly archive

2023

Fırtına, qasırğa, burağan zamanı həyatını necə qorumaq olar?

Külək – havanın yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru Yer səthi üzərində üfüqi istiqamətdə hərəkətinə deyilir. Fırtına – dənizdə iri dalğaların əmələ gəlməsinə, quruda dağıntılara səbəb olan saatda 75-117 kilometr sürətli güclü küləkdir. Qasırğa – sürəti saatda 118 kilometr və daha artıq olan güclü (dağıdıcı) küləkdir. Burağan – havanın sütun və ya qıf formasında […]

QHT hüquqi yardıma ehtiyacı olan vətəndaşlara məsləhətlər verəcək

01 iyul 2023 il tarixindən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə dəstəyi ilə “Sosial cəhətdən zəif müdafiə olunmuş vətəndaşlara  pozulmuş hüquqlarının bərpası üçün hüquqi yardımların göstərilməsi” layihəsinin icrasına start verilib. Layihənin məqsəd və vəzifələri əsasən Keyfiyyətli hüquqi yardıma əlçatanlığın təmin edilməsi və sosial cəhətdən zəif müdafiə olunmuş […]

Türkiyədə dokorantura təhsili alan MDU əməkdaşları ilə görüş keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov bu ali təhsil müəssisəsinin hazırda Türkiyənin Qazi Universiteti və Hacı Bayram Veli Universitetində doktorantura təhsili alan 2 əməkdaşı – Nailə Allahyarova və Aytən Nadirova ilə görüşüb. Gənc əməkdaşların doktorantura təhsilinin gedişatı, dissertasiya mövzuları və elmi tədqiqatlarının ilkin nəticələri ilə maraqlanan Ş.Bayramov onlara uğurlar arzulayıb, hər iki əməkdaşın MDU-ya […]

Yevlaxda “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri” mövzusunda elmi seminar keçirilib

2023-cü ilin iyulun 7-də “Heydər Əliyev İli” çərçivəsində Mingəçevir Dövlət Universiteti (MDU) ilə Mərkəzi Aran Regional Təhsil İdarəsi (RTİ) arasında imzalanmış Tədbirlər Planına uyğun olaraq Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbində “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri” mövzusunda elmi seminar keçirilib. Tədbirdə  Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov, Mərkəzi Aran Regional […]

MDU-nun daha dörd əməkdaşına fəlsəfə doktoru elmi dərəcəsi verilib

Mingəçevir Dövlət Universitetinin (MDU) 4 əməkdaşına – Ayna Babazadə, Səadət Ağakişiyeva, Könül Cabbarova və Xəyalə Abdullayevaya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) müvafiq qərarına əsasən fəlsəfə doktoru elmi dərəcəsi verilib. Bu münasibətlə, 2023-cü il iyulun 6-da MDU-nun rektoru Şahin Bayramov fəlsəfə doktoru diplomunu almış əməkdaşlarla görüşüb. Son dövrdə alimlərinin sayının sürətlə artması hesabına […]

MDU Elmi Şurasının cari tədris ilində sonuncu iclası keçirilib

2023-cü il iyulun 6-da Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının 2022/2023-cü tədris ili üzrə sonuncu iclası keçirilib. İclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb. İclasda MDU-nun daxili nizam-intizam qaydalarına riayət edilməsi, tələbə vətənpərvərlik inkişafı sahəsində görülən işlər, karyera inkişafının təşkili və 2022/2023-cü tədris ilində MDU Elmi Şurasının qərarlarının icra […]

Ayaq altına tökülən meyvə-tərəvəzi niyə almalıyıq?

Mingəçevir şəhər İcra Hakimiyyəti, bələdiyyə və ictimaiyyət nümayəndələrindən ibarət komissiya 2023-cü il iyulun 6-da şəhərin M.Maqomayev prospekti boyunca səyyar satış yerlərinə baş çəkib.  Məlum olub ki, yollara və səkilərə tökülən qarpız və yemiş məhsullarının mövcud ərazilərdə satışına rəsmi icazə verilməyib. Satıcılar qeyri-rəsmi formada müxtəlif şəxslərə ödəniş etdiklərini açıqlayıblar. Həm də deyiblər ki, İcra Hakimiyyəti və […]

Mingəçevirdə çimərlik yerlərinə pul ödəmədən girmək mümkünmü?

Adətən çimərlik ərazilərində isti günəşin şüalarından qorunmaq üçün sonradan quraşdırılmış kölgəliklərdən istifadə olunur. Amma gəzdiyimiz 10 çimərlikdən 2-də yaşıllıq zolaqlarının salındığının şahidi olduq.  Bəhruz adlı sahibkar bildirdi ki, o, burada ilboyu qalır: “Bunları min bir əziyyət bahasına yetişdirmişəm. İnandırım sizi, bircə gün nəzarət etməsəm, kəsib apararlar…”.  Şəhid ailəsi Eldar İsmayılovun icarəsində olan çimərliyin ərazisi də […]

Daxili İşlər naziri Mingəçevirə gələcək

Daxili işlər orqanlarının cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmini və digər sahələrdə fəaliyyəti ilə bağlı vətəndaşların üzləşdikləri problemlərlə tanışlıq və qaldırılan məsələlərin mümkün qədər yerində həlli məqsədilə Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulunun keçirilməsi planlaşdırılmışdır. Mingəçevir şəhər sakinlərinin qəbulu 19 iyul 2023-cü il tarixdə Mingəçevir şəhər polis şöbəsində Daxili İşlər naziri, […]

“Türk dünyasının birliyində Heydər Əliyev amili”

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Türk dünyasının birliyində Heydər Əliyev amili” adlı layihənin icrasına başlayıb. Bu barədə data.org.az-a sözügedən İctimai Birliyin sədri Nadir Azəri məlumat verib. Onun sözlərinə görə, 1 iyul-1 noyabr tarixləri arasında […]