Browsing yearly archive

2023

İcra başçısının müavini “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub

2023-cü il iyun ayının 23-də Mingəçevirdə Dövlət qulluqçuları peşə bayramını qeyd ediblər. Onlar Heydər Əliyevin abidəsinin ziyarət etdikdən sonra şəhər İcra Hakimiyyətinin konfrans zalına toplaşıblar. İH başçısı İlham İsmayılov dövlət qulluqçularının üzərinə düşən məsuliyyətdən danışıb, prezidentin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan İHB-nın Şəhər təsərrüfatı şöbəsinin müdiri Məhluqə Cavadovanı təbrik edib. […]

Ankarada elmi konfrans: “Azərbaycan və Türkiyə: Bir millət, iki dövlət, tək yumruq”

2023-cü ilin iyunun 20-də Ankarada Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi, Ankara Hacı Bayram Veli Universiteti (AHBVU) və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan və Türkiyə: Bir millət, iki dövlət, tək yumruq” mövzusunda elmi konfrans keçirilib. AHBVU-nun ev sahibliyi ilə baş tutan konfransda Səfirliyin nümayəndələri, hər iki ali təhsil müəssisəsinin […]

Ankarada elmi konfrans: “Heydər Əliyev və Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı”

2023-cü ilin iyunun 19-da Ankarada Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi, Türkiyənin Qazi Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı” mövzusunda elmi konfrans keçirilib. Qazi Universiteti rektorluğunun Mimar Kemaleddin Salonunda baş tutan konfransda Səfirliyin nümayəndələri, hər iki ali təhsil müəssisəsinin akademik və inzibati heyət üzvləri, […]

“Azərsu” Mingəçevirdə tullantı sularını təmizləyən qurğunu hələ də inşa etməyib

2023-cü il iyun ayının 21-də Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib. Iclasda aşağıdakı məsələlər müzakirə olunub: Şəhərdə içməli su təminatı və kanalizasiya xidmətinin mövcud vəziyyəti barədə Sukanal idarəsinin hesabatı. Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi və Mənzil Kommunal Təsərrüfatı Kombinatı tərəfindən balansında olan yaşayış binalarının saxlanması və aparılan təmir işlərinin vəziyyəti haqqında. […]

Xırdalandan Mingəçevirə musiqi hədiyyəsi

Iyunun 19-da Xırdalandakı 11 illik musiqi məktəbinin kollektivi mingəçevirlilərin qonağı olub. Kollektiv Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbində geniş konsert proqramı ilə çıxış edib. Sumqayıt Regional Mədəniyyət idarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində baş tutub. Tədbirdə məktəbin şagirdləri şən mahnılar ifa edib, şux rəqslər nümayiş etdiriblər. Üzeyir Hacıbəyli adına […]

Yevlax məktəbində seminar: “Riyaziyyat fənninin tədrisində innovativ təlim metodlarından istifadə”

Mərkəzi Aran Regional Təhsil idarəsi (RTİ) və Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Riyaziyyat fənninin tədrisində innovativ təlim metodlarından istifadə” mövzusunda seminar keçirilib. Yevlax rayon 1 nömrəli tam orta məktəbin ev sahibliyi ilə keçirilən seminarda həmin rayonun təhsil sektorunun nümayəndələri, ümumi təhsil müəssisələrinin müəllimləri, şagirdləri və MDU-nun professor-müəllim heyəti üzvləri iştirak […]

MDU-da növbəti “Açıq qapı” günü keçirilib

2023-cü il iyunun 14-də Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin yaz semestrinin imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib. Hibrid formada təşkil edilmiş “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov tələbə, magistrant və onların valideynləri ilə görüşüb. Təşkil edilmiş görüşdə universitetin inzibati heyət üzvləri də iştirak ediblər. Görüş iştirakçılarını salamlayan rektor hazırda üçüncü […]

Mingəçevir Dövlət Universitetində Milli Qurtuluş Günü qeyd edilib

2023-cü il iyunun 14-də Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev İli” çərçivəsində 15 iyun – Milli Qurtuluş Gününə həsr edilən “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda elmi konfrans keçirilib. Konfransda MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak ediblər. Əvvəlcə, ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir […]

Mingəçevirdə əsən güclü külək bir neçə ağaçı kökündən çıxarıb

Son günlər havaların qeyri-sabit keçməsi respublikanın müxtəlif rayonlarında fəsadlara yola açır. Güclü külək və leysan yağışlarla müşaiyyət olunan təbiət hadisəsi kənd təsərrüfatı və fərdi evlərə külli miqdarda ziyan vurur. İyunun 15-də Mingəçevirdə gecə saatlarında təkrar olunan belə hava nəticəsində külək Təbriz  küçəsi, Fizuli parkı, şəhər stadionuna yaxın ərazilərdə bir neçə ağacı kökündən çıxarıb. Şəhərin bəzi […]