Browsing yearly archive

2023

MDU-da “Heydər Əliyev İli” çərçivəsində tələbələrin növbəti elmi-praktik konfransı keçirilib

2023-cü il 4 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) İnformasiya texnologiyaları kafedrasının təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev irsi: rəqəmsallaşma və texnologiyalar sahəsində gənclər” mövzusunda elmi-praktik konfrans keçirilib. MDU-nun Heydər Əliyev Mərkəzində keçirilən konfransda Mühəndislik fakültəsinin bir qrup professor-müəllim heyəti üzvləri, tələbə və magistrantlar iştirak edib. Tədbirin açılışında çıxış edən MDU-nun Mühəndislik fakültəsinin […]

“Qadın və uşaq hüquqlarının təbliği, zorakılığa qarşı mübarizə” layihəsi həyata keçirilib.

Layihə çərçivəsində gənclər üçün qadın və uşaqların hüquqları, onların təbliği yolları, bu istiqamətdə cəmiyyətin məsuliyyəti, zorakılıq halları və onun aradan qaldırılması işinin təşkili, bu mənada cəmiyyət üzvlərinin sosial məsuliyyətinin artırılması yollarının öyrədilməsi üçün təlimlər keçilib. “Cinsi Ayrıseçkiliyə Qarşı Mübarizə Mərkəzi” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən […]

MDU-da elmi-praktik konfrans: “Böyük Zəfərin başlanğıcı: Aprel döyüşləri”

2023-cü il aprelin 3-də Mingəçevir Dövlət Universitetində (MDU) Aprel döyüşlərinin ildönümünə həsr olunmuş “Böyük Zəfərin başlanğıcı: Aprel döyüşləri” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda şəhid ailəsi üzvləri, universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər. Əvvəlcə, Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransın açılışında çıxış edən […]

İyirminci əsrin əvvəllərində türk-müsəlman əhaliyə qarşı törədilən soyqırım faciəsi unudulmamalıdır

2023-cü il martın 30-da Mingəçevir Dövlət Universitetinin (MDU) Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların Soyıqırmı Gününə həsr olunmuş “XX əsrin əvvəllərində türk-müsəlman əhaliyə qarşı törədilən soyqırım faciəsi unudulmamalıdır” mövzusunda dəyirmi masa keçirilib. Universitetin Təhsil fakültəsinin bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantlarının iştirakı ilə keçirilən tədbirdə, əvvəlcə, soyqırımı qurbanlarının və şəhidlərimizin […]

Mart Soyıqırmı Azərbaycan tarixinin heç vaxt unudulmayacaq faciəli səhifəsidir

Mingəçevir Dövlət Universitetində (MDU) 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmmuş “Mart Soyıqırmı: Azərbaycan tarixinin heç vaxt unudulmayacaq faciəli səhifəsi” mövzusunda elmi konfrans keçirilib. MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlarının iştirakı ilə keçirilən konfransda, əvvəlcə, soyqırımı qurbanlarının və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransın açılışında […]

31 Mart- Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan mühazirə keçirilib

2022-ci ilin martın 29-da Mingəçevir Dövlət Universitetində (MDU) Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Xalqın tarixi yaddaşından silinməyən qanlı səhifə” mövzusunda mühazirə keçirilib. Mühazirədə universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər. Əvvəlcə, soyqırımı qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mühazirəni […]

MDU kollektivi Quba Soyqırımı Memorial Kompleksinə virtual səyahət edib

2023-cü ilin martın 28-də Mingəçevir Dövlət Universitetində (MDU) Təhsil fakültəsinin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə 31 Mart- Azərbaycanlıların Soyıqırımı Günü münasibətilə Quba Soyqırımı Memorial Kompleksinə virtual səyahət həyata keçirilib. “ZOOM” platforması üzərindən onlayn formatda təşkil edilən virtual səyahət zamanı universitetin bir qrup əməkdaşı, tələbə və magistrantı Kompleks ərazisi ilə tanış olublar, erməni vandallarının ötən əsrdə […]

Bölgə gəncləri incəsənət vasitələrindən istifadə etməklə sosial layihə idarəçiliyinə hazırlanacaq

Təhsil sahəsində ixtisaslaşan Education HUB tərəfindən 2023-cü ilin fevral-sentyabr aylarında Qəbələ və İsmayıllı Dövlət Peşə Təhsil məktəblərində “Ucqar bölgələrdə incəsənət alətlərinin tətbiqinin inkişaf etdirilməsi” təşəbbüsü həyata keçiriləcək. Təşəbbüsün əsas məqsədi gəncləri layihələrin idarəolunmasına hazırlamaq və icma layihələri konsepsiyalarının öyrədilməsi, həmçinin incəsənət vasitələrindən istifadə etməklə sosial layihə idarəçiliyinə hazırlamaqdır. Təşəbbüs Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Tərəfdaşlığı […]

Vaqif Həsənov: “Xidmət təşkilatları, sizdən dəstək istəmirik, sadəcə mane olmayın”.

2020-ci ilin fevral ayından başlayaraq sahibkar obyektlərindəki güc transformatorlarının təmiri üçün “Azərişıq” ASC-nin yerli nümayəndələri tərəfindən məcburi qaydada göstəriş verilməsi və müqavilə bağlamaqla vəsait tələb edilməsi barədə Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya daxil olan müraciət araşdırılıb. Məlum olub ki, “Elastik” MMC-nin rəhbəri Vaqif Həsənov 1556 AZN məbləğində vəsaiti köçürməyə məcbur edilib. Bunun müqabilində […]

MDU-da elmi-praktik seminar: “Məişət zorakılığı və ona qarşı mübarizə”

2023-cü il martın 28-də Mingəçevir Dövlət Universitetində (MDU) “Məişət zorakılığı və ona qarşı mübarizə” mövzusunda elmi-praktik seminar keçirilib. “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin və Mingəçevir şəhər 1 saylı Mediasiya Təşkilatının nümayəndələri, universitetin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak […]