Browsing yearly archive

2023

Tamaşaçıları valeh edən əsərlər

Martın 7-də Mingəçevir Dövlət Rəsm Qalereyasında həvəskar rəssam Sədaqət Həsənovanın “Mənim rəng duyğularım” adlı yaradıcılıq sərgisi keçirilib. Sərgidə xanımın son üç ildə akrillə işlədiyi mənzərə, natürmort  və portretlər yer alıb. Sərginin müəllifi Sədaqət Həsənova Azərbaycan Dövlət  Heft Akademiyasının məzunudur.  Dediyinə görə, heç vaxt ixtisası üzrə işləməyib: “Əvvəldən tikmə, rəsm çəkmək mənim üçün maraqlı sahələr olub. […]

Ulu öndərin əziz xatirəsi anılıb

Martın 7-də Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbində ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Məktəbin direktoru Vüsal Məmmədov Prezident İlham Əliyevin 2023-cü ili “Heydər Əliyev ili” elan etdiyini və Azərbaycanın hər yerində silsilə tədbirlər keçirildiyini xatırladıb. O, ulu öndərin Azərbaycan tarixində görkəmli yer tutduğunu, xalqı və vətəninin gələcəyi […]

İdarə müdiri Mingəçevirdə bir qrup müəllimlə görüşüb

Martın 7-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Mingəçevir şəhərində Beynəlxalq Qadınlar Günü münasibətilə təhsil müəssisələrinin bir qrup pedaqoji heyəti ilə görüş keçirib. Görüşdə İdarə müdiri 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə pedaqoji-müəllim heyətini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Həyatını xalqın işıqlı gələcəyinə həsr edərək yüksək fədakarlıq nümayiş etdirən dəyərli peşə […]

MDU kollektivi şəhid ailələrini ziyarət edib

2023-cü il martın 7-də Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bu ali təhsil müəssisəsinin Vətən Müharibəsində şəhid olmuş məzunları Kənan Abdullayev və Əzəmi Hüseynovun ailələrini ziyarət ediblər. Ailə üzvləri ilə görüşlərdə MDU kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış universitetin qəhrəman məzunlarının əziz xatirəsini böyük hörmət […]

MDU-da “Heydər Əliyev İli” çərçivəsində konfrans: “Azərbaycanda mühəndisliyin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu”

2023-cü ilin martın 6-da Mingəçevir Dövlət Universiteti (MDU) və “Azərbaycan İES” MMC-nin birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində “Azərbaycanda mühəndisliyin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda “Azərbaycan İES” MMC-nin rəhbər və mütəxəssis əməkdaşları, MDU-nun akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər. Əvvəlcə, Ümummilli Liderimizin, Vətən uğrunda […]

MDU kollektivi Göygöl Milli Parkında

2023-cü ilin martın 3-də Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup tələbə və müəllim kollektivi üzvü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Göygöl Milli Parkına ekskursiya ediblər. Ekskursiya Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində reallaşdırılan “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kursları” (“New Courses in Geospatial Engineering for Climate Change Adaptation of […]

“Peşə təhsilin əhatələndirilməsinə dəstək proqramı” layihəsi uğurla həyata keçirilib

Balakən rayonunda həyata keçirilən gənclər arasında Peşə təhsili sahəsində olan marağın artırılması və gənclərin Peşə təhsilə cəlb olunmasına dəstək verməsi məqsədini daşıyan layihə çərçivəsində 4 təqdimat keçirilib. Təqdimatlarda Balakən rayonunda yaşayan və təhsil alan gənclər iştirak ediblər. Layihənin aparıcısı Murad Bicilov gənclərə peşə təhsilinin rayonumuz üçün vacibliyi haqqında məlumat verib. Rayonda fəaliyyət göstərən peşə məktəbləri […]

“Şagirdlərdə kodlaşdırma və kompüter mühəndisliyi istiqamətlərində ilkin bilik və bacarıqların formalaşdırılması üçün təlimlər” layihəsi uğurla yekunlaşdırılıb

Elm və Təhsil nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində fərdi layihələr kateqoriyasında  “Şagirdlərdə kodlaşdırma və kompüter mühəndisliyi istiqamətlərində ilkin bilik və bacarıqların formalaşdırılması üçün təlimlər” layihəsi uğurla yekunlaşdırılıb. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində fərdi layihələr kateqoriyasında  “Şagirdlərdə kodlaşdırma və kompüter mühəndisliyi […]

“Heydər Əliyev İli” çərçivəsində elmi seminar: “Azərbaycanın sosial siyasətinin inkişaf tendensiyaları və prioritetləri”

2023-cü ilin martın 2-də “Heydər Əliyev İli” çərçivəsində Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə “Azərbaycanın sosial siyasətinin inkişaf tendensiyaları və prioritetləri” mövzusunda elmi seminar keçirilib. Seminarda fakültənin professor-müəllim heyəti üzvləri, tələbə və magistrantlar iştirak ediblər. Seminarın açılışında MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov çıxış edib. Qeyd edib ki, […]