Browsing yearly archive

2023

MDU turizm təhsili sahəsində Türkiyənin Selçuk Universiteti ilə əməkdaşlıq edəcək

2023-cü ilin fevralın 4-də Türkiyənin Selçuk Universitetinin Beyşehir Ali Akkanat Turizm Fakültəsinin dekanı, professor Abdullah Karaman Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin akademik və inzibati heyət üzvləri ilə görüşüb. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən görüşə MDU rektorunun müşaviri Hamiz Mahmudov moderatorluq edib. Dəvəti qəbul edib kollektiv üzvləri ilə görüşdə iştirak […]

MDU-da növbəti “Açıq qapı” günü keçirilib

2023-cü ilin fevralın 3-də Mingəçevir Dövlət Universitetində (MDU) 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov tələbə, magistrant və onların valideynləri ilə görüşüb. Görüşdə universitetin inzibati heyət üzvləri də iştirak ediblər. Cari tədris ilinin payız […]

“ART LİNE” layihəsi uğurla davam etdirilir

Azərbaycan Gənclər Fondunun “İdeyanı Reallaşdır 2022” müsabiqəsinin “Gənc İstedad” qrant istiqaməti üzrə qalib olmuş “ART LİNE” layihəsi uğurla davam etdirilir. Layihəyə uyğun olaraq, tələbələrin asudə vaxtlarını səmərəli keçirmələrini təmin etmək həmçinin, onların yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, dil biliklərini, natiqlik qabiliyyətlərini və özünü ifadə bacarıqlarını yüksəltmək məqsədi ilə, peşəkar təlimçi Aynur Arazqızı tərəfindən keçilən təlimlərdə gənclər, […]

Mingəçevir Dövlət Universitetində gənc əməkdaşlar və tələbələrlə görüş keçirilib

2023-cü ilin fevralın 2-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Azərbaycan Gəncləri Günü münasibətilə bu ali təhsil müəssisəsinin bir qrup gənc əməkdaşı, tələbə və magistrantları ilə görüşüb. Görüşdə əlamətdar gün münasibətilə MDU ailəsinin gənc üzvlərini təbrik edən Ş.Bayramov cəmiyyətin aparıcı qüvvəsi olan gənclərə dövlətin yüksək diqqət və qayğısından bəhs edib. Bildirib ki, gənclərə hər […]

MDU-da elmi konfrans: Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi

2023-cü ilin fevralın 1-də Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev İli” və 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan “Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda elmi konfrans keçirilib. Konfransda MDU-nun akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər. Əvvəlcə, Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla […]

Mingəçevir Dövlət Universitetində qazilər və gənc fəallarla görüş keçirilib

2023-cü ilin fevralın 1-də Mingəçevir Dövlət Universiteti (MDU) və Yeni Azərbaycan Partiyasının (YAP) Mingəçevir şəhər təşkilatı ilə birgə “Heydər Əliyev İli” və 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş görüş keçirilib. Görüşdə 44 günlük Vətən Müharibəsində igidlik göstərmiş mingəçevirli qazilər, şəhər partiya təşkilatının fəal gəncləri, universitetin bir qrup gənc əməkdaşı, tələbə və magistrantları iştirak […]

Tələbələr Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər

2023-cü ilin yanvarın 31-də Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup tələbəsi Mingəçevir şəhər Heydər Əliyeyev Mərkəzinə ekskursiya edib. Ekskursiya universitetin rektoru Şahin Bayramovun müvafiq əmri ilə təsdiq edilmiş “Heydər Əliyev ili” çərçivəsində Mingəçevir Dövlət Universitetində keçiriləcək tədbilər planı”na əsasən təşkil olunub. Ekskursiyada gənclərə müasir və […]

Mingəçevir 2023-cü ildə “Gənclər Paytaxtı” seçildi

2 Fevral Gənclər Günü Mingəçevir gəncləri üçün ikiqat bayrama çevrildi. Bu gün Heydər Əliyev mərkəzində nizamlanan tədbirdə şəhərə “Gənclər Paytaxtı”nın rəmzi açarı təqdim olundu. Tədbirdə iştirak edən qonaqlar şəhər ictimaiyyətinin sevincinə şərik oldular. Tədbirdə Azərbaycanın Respublikasının dövlət himnindən sonra torpaqlarımızın azad olmasında şəhid olanlar sükutla anıldı. Milli Məclisin sədrinin birinci müavini, millət vəkili Əli Hüseynli […]

Yevlax, Mingəçevir və Goranboyda işaxtaranların nəzərinə!

“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinə aşağıdakı vəzifələr üzrə işçilər  tələb olunur: 1.İcma səfərbərçisi 2.Usta Yanında Şagird Hazırlığı üzrə mütəxəssis Ümumi TƏLƏBLƏR İxtisasa uyğun  ali  təhsil; Kompyuter bacarıqları (Office proqramları – Word, Excel, PowerPoint, Microsoft Teams); Ünsiyyət və özünü təqdimetmə bacarıqları, Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın  üzvü olmaq imkanı; İcmalarla iş təcrübəsi və hədəf […]

Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın 2022-ci ildəki fəaliyyəti barədə hesabat

Mingəçevir Şəhər İcra Hakimiyyəti yanında İctimai Şura 2023-cü ildə ilk iclasını keçirib. İclasda ötən ilin yekunları ilə bağlı hesabat dinlənilib və bu il üçün fəaliyyət planı təsdiq olunub. Hesabatla aşağıda tanış ola biərsiniz.  Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilər 2022-ci il iyul ayının 16-da keçirilib. İyul ayının 20-də isə Şuraya seçkilər üzrə komissiyanın […]