Browsing yearly archive

2024

Mingəçevirdə “Güclü Qadın” layihəsinin açılış tədbiri keçirilib

23.07.2024 tarixində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyələşdirdiyi “İdeyanı Reallaşdır 2023” müsabiqəsinin qalibi olan Səkinə Adıgözəlzadənin “Güclü Qadın layihəsinin açılış tədbiri keçirilib. Tədbirdə Mingəçevir şəhərinin tanınmış simaları, həkimlər, direktorlar, incəsənət xadimləri, media nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan Mingəçevir Dövlət Universitetinin tələbəsi Səkinə Adıgözəlzadə gələn qonaqları salamlayıb. Layihənin məqsəd və vəzifələrindən bəhs edib. Mingəçevir […]

Mingəçevirdə məskunlaşan bir qrup keçmiş köçkün peşə öyrənir

“Keçmiş köçkün valideynlərin “Böyük Qayıdış” üçün hazırlanması: peşə bacarıqlarının artırılması” layihəsi Mingəçevirdə davam edir.  Benefisiarların istəklərinə uyğun olaraq, kompüter, stilist-vizajist, şirniyyat və dərzi xidmətləri göstərən altı sahibkarla müqavilə bağlanıb. 15 iyul 2024-cü ildən isə usta yanında şagird hazırlığına (UYŞH) başlanıb və bu, sentyabrın 15-dək davam edəcək. İyulun 22-də MVA İB-nın və layihənin rəhbəri Fərman Nəbiyev […]

MDU tələbəsi Dünya İqtisadiyyat Forumunda Azərbaycanı təmsil edib

Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin Mühasibat ixtisasının MU20.1(Q) saylı qrup tələbəsi və “Global Shapers” İcmasının Şamaxı bürosunun rəhbəri Ülvi Məmmədov İsveçrənin Cenevrə şəhərində keçirilən Dünya İqtisadiyyat Forumunun (WEF) “Global Shapers” icmasının 2024-cü il üzrə İllik Yığıncağında Azərbaycanı təmsil edib. Cenevrədə keçirilən bu yığıncaqda Dünya İqtisadiyyat Forumunun təsisçisi və rəhbəri Professor Klaus Şvab […]

Uşaqlar üçün yaddaqalan gün

Ailələrə Sosial Dayaq İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ailələrin Sosial  Müdafiəsi” adlı layihəsini davam etdirir. Layihənin əsas məqsədi aztəminatlı ailələrin uşaqlarının sosial və mənəvi vəziyyətinin yaxşılaşdırılmasından ibarətdir. Layıhədə qarşıda duran əsas vəzifə uşaqların özlərini kəşf edə bilmələrini, yaşadıqları problemlərin öhdəsindən gələ bilmələrini, həyata daha pozitiv və real baxa bilmələrini, yaşam keyfiyyətlərini […]

Məhv olmuş meşələr

İmişli rayonu Kür-Araz ovalığı Mil düzünün Şimali və Muğan düzünün bir hissəsində yerləşir. Ümumi ərazisi 1890 km² olan rayonun yayı quraq keçən mülayim isti, yarımsəhra və quru çöl iqlimidir. Şimal sərhəddi boyunca Kür çayı, mərkəzi hissəsindən isə Araz çayı axır. Bitki örtüyü yarımsəhra tipidir. Quru çöl iqlimi şəraitində landşaftda bitkilər aləmində Tuqay meşələri xüsusi yer […]

Qeyb olmuş balıqlar

İmişli rayonunun Mirili kəndi Araz çayı hövzəsinin sahilboyu yaşayış məntəqələrindən biridir. Çaydan bir kilometrlik ərazidə yerləşən bu kiçik kənddə sakinlərin bəziləri asudə vaxtlarını həvəskar ovçu kimi balıq ovuna həsr edirlər. Kənd sakini Əlifağa Qasımov ov həvəskarı olduğu gənclik illərində-daha doğrusu, 1985-ci ildə çayın Mirili kəndindən keçən ərazisində iri bir naxa balığı ovladığını söyləyir. Şahidlərin sözlərinə […]

Cismən aramızdan getsə də Bayram Mustafanın yeri həmişə görünəcək

Bayram Mustafa uzun illər dövlət orqanlarında çalışsa da vətəndaş cəmiyyətinin, xüsusən mətbuatın dostu və hətta nümayəndəsi kimi yadda qaldı. Şəhərdə və ölkədə baş verən proseslərə qələmə sarılmaqla münasibətini bildirir, neqativ halları tənqid etməkdən çəkinmirdi. Mingəçevir dənizinin altında qalan Samux dərdi isə onun yaralı yeri idi. Kimsə bu mövzuya qeyri-peşəkarcasına yanaşanda dözmür, inciyir və hər yerdə, […]

Mingəçevirin dörd problemi ilə bağlı üç dövlət qurumuna müraciət göndəriləcək

20 iyul 2024-cü ildə Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib. İclasda Mingəçevirdə sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə edilməsi, işsizliyin aradan qaldırılması, bağ evlərinə və fərdi torpaq sahələrinə suvarma suyunun verilməsi və Sahil parkında əhalinin istirahətinin normal təşkil olunması ilə bağlı məsələlər müzakirə olunub. Birinci məsələ barədə şura sədrinin müavini Vaqif Həsənov məlumat […]

Murovdağ istiqamətində itkin düşən şəhid 30 ildən sonra torpağa tapşırılıb

Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilmiş şəhid Hümbətov Bəxtiyar Əliş oğlunun dəfn mərasimi keçirilib. Mərasimə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, şəhidin ailə üzvləri,  hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları […]