Browsing yearly archive

2024

MDU-da “GreenTech” Startap və Yaşıl Texnologiyalar müsabiqəsinin iştirakçıları ilə görüş keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “GreenTech” Startap və Yaşıl Texnologiyalar müsabiqəsində iştirak edən tələbələrlə  görüşüb. Gəncə şəhərində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı (ATU), Təhsilin İnkişafı Fondu (TİF), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Kapital Bank, “Bir” Tələbə-Könüllü Təşkilatı, “Azersun” Holdinq, “ATS Food” və “AzGranata”nın dəstəyi ilə həyata keçirilən […]

MDU-nun İctimai Nəzarət Şurasının üzvləri rektor Şahin Bayramovu təbrik edib

2024-cü il mayın 2-də Mingəçevir Dövlət Universitetinin (MDU) İctimai Nəzarət Şurasının üzvlərinin rektor Şahin Bayramovla növbəti görüşü keçirilib. Qonaqlar ilk növbədə rektor Ş.Bayramovu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilməsi münasibətilə səmimi qəlbdən təbrik edib, uğurlarının davamlı olmasını arzulayıblar. Təbrik və xoş sözlərə görə […]

MDU-nun rektoru Şahin Bayramov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” medalı ilə təltif edilib

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib. Ümummilli liderin adını daşıyan yubiley medalı rektora 2024-cü il aprelin 30-da Elm və təhsil naziri Emin Əmrullayev tərəfindən təqdim edilib. Bununla bağlı öz feysbuk səhifəsində paylaşım edən Ş.Bayramov göstərilən fəaliyyətə […]

Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib

Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib 2024-cü il aprelin 29-da Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclası keçirilib. MDU-nun rektoru Şahin Bayramov iclasın gündəliyində duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb. İclasda “Təhsil fakültəsinin fəaliyyəti haqqında (tədrisin keyfiyyəti, elmi fəaliyyət, tələbələrlə iş)” və “Dövlət imtahanı və magistr dissertasiyalarının müdafiəsinə hazırlığın vəziyyəti haqqında” hesabatlar […]

Avropa İttifaqı “Startap haradan başlayır?” mövzusunda təlim keçirib

Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasında Nümayəndəliyi “Doğru bacarıqlar qazan” kampaniyası çərçivəsində biznes ideyasını formalaşdırmış, lakin buna haradan başlamalı olduğunu bilməyənlər üçün “Startap haradan başlayır?” mövzusunda praktiki seminar keçirib. Tədbirin əsas məruzəçiləri – “Saatsrore” brendinin təsisçisi Hüseyn Hümbətov, videobloqqer, “Libraff” kitab mağazaları şəbəkəsinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Sərxan Rüstəmov və kommunikasiya məsələləri üzrə ekspert Afət Yaqubova […]

Çimərlikdə təhlükəsizlik qaydaları

Çimərlikdə qadağandır: – Çimmək üçün nəzərdə tutulmamış ərazilərdə çimmək! – Çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək! – Küləkli havada dənizə girmək! – Sərxoş halda çimərliyə gəlmək və ya burada spirtli içki qəbul etmək! – Çimərlikdə gecələmək, fırtınanın yaxınlaşması xəbərdarlığından sonra çimərlik ərazisində qalmaq! – Suda kobud hərəkətlər etmək! – Çimərliyi məişət və digər tullantılarla zibilləmək! […]

MDU tələbələri üçün “COP29” ilə bağlı məlumatlandırıcı görüş keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən “Yaşıl könüllülər” dərnəyi və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “COP29-un Azərbaycanda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti” adlı görüş keçirilib. Hibrid formada keçirilən görüşdə MDU-nun əməkdaşları, hər iki ali təhsil müəssisəsinin tələbə və magistrantları, həmçinin “Bir Könüllü Tələbə Təşkilatının  […]

MDU-da “Master bacarıqlar” adlı təlim keçirilib

2024-cü ilin 22 aprelində Mingəçevir Dövlət Universitetinin (MDU) “Bir Könüllü” Tələbə Təşkilatının təşəbbüsü ilə “Master bacarıqlar” adlı təlim keçirilib. 3D Klubunun təsisçisi, mentor, Biznes və nəfəs kouçu Cəfər İbadovun təqdimatında keçirilən təlimdə universitetin bir qrup əməkdaşı, tələbə və magistrantları iştirak edib. MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov iştirakçıları və qonağı salamlayıb. Gənclərin […]

MDU-da Qazi Universitetinin Texnologiya fakültəsinin dekanı ilə görüş keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) Türkiyə Cumhiryyətinin paytaxtı Ankara şəhərində yerləşən Qazi Universitetinin Texnologiya fakültəsinin dekanı, professor Musa Atar ilə görüş keçirilib. Görüşdə MDU-nun Mühəndislik fakültəsinin akademik-inzibati heyət üzvləri iştirak edib. MDU-nun Mühəndislik fakültəsinin dekanı Almaz Əliyeva fakültənin fəaliyyəti barədə geniş məlumat verib. M.Atar MDU ilə Qazi Universiteti arasında olan əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edərək qarşılıqlı […]

MDU-nun əməkdaşı “DIRNA” Erasmus+ layihəsi çərçivəsində Finlandiyada keçirilən təlimlərdə iştirak edir

Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşı olduğu “Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişaf Etdirilməsi (DIRNA)” adlı Erasmus+ layihəsi çərçivəsində Finlandiyanın Jyvaskala Universitetində növbəti təlimlər keçirilir. Azərbaycanın müxtəlif ali təhsil müəssisələrindən nümayəndələrin iştirak etdiyi təlim proqramında MDU-nu İnformasiya texnologiyaları kafedrasının müəllimi Elçin Tağıyev təmsil edir. Keçirilən təlimlərin əsas məqsədi Azərbaycan ali təhsil sistemində keyfiyyətli tədqiqat […]