Browsing yearly archive

2024

Bakı Avrasiya Universiteti: Təhsil və sənaye əməkdaşlığında yeni yönlər

Bakı Avrasiya Universiteti (BAAU) ölkənin aparıcı təhsil müəssisələrindən biri kimi, tələbə və məzunlarının gələcək karyeralarında uğur qazanmaları üçün geniş imkanlar yaradır. Universitet təhsilalanların nəzəri biliklərini praktik bacarıqlara çevirmək məqsədilə dövlət, özəl sektor və qeyri-hökumət təşkilatları ilə fəal əməkdaşlıqlar etməkdədir. Bu əməkdaşlıqlar tələbələrin təcrübə qazanması, peşəkar əlaqələr qurması və məzun olduqdan sonra iş imkanlarına sahib olması […]

Mingəçevir İcması maarifləndirmə tədbirlərini davam etdirir

Mingəçevir İcması olaraq maarifləndirmə tədbirləri davam etdirilir. Fəaliyyət planına əsasən təlimçi Şəbnəm İslamova tərəfindən “İnsanın yaşıllıqlar aləminə təsirinin ekoloji nəticələri” və “Bərpa olunan enerji mənbələri” mövzusunda təlim təşkil olunub. Təlimin əsas məqsədi iştirakçıları ekoloji problemlər, insan fəaliyyətinin təbiətə təsiri və alternativ enerji mənbələrinin əhəmiyyəti haqqında maarifləndirmək olub. Təlim zamanı Şəbnəm İslamova insanın təbii mühitə təsirlərinin […]

MDU-da Mingəçevir şəhər Polis Şöbəsinin maarifləndirici tədbiri keçirilib

2024-ci ilin 26 noyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Təcrübə və karyera inkişafı mərkəzi və Mingəçevir Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə “Müasir dövrdə informasiya kommunikasiya texnologiyalarının rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə şəhər polis əməkdaşı Rövşən İsmayılov, universitetin akademik və inzibati heyət üzvləri, tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə açan MDU-nun Mühəndislik fakültəsinin dekanı […]

MDU-da Mühəndislik fakültəsində Tələbə Elmi Cəmiyyətinin növbəti elmi konfransı keçirilib

2024-cü ilin noyabrın 25-də Mingəçevir Dövlət Universitetinin Mühəndislik fakültəsində “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində Tələbə Elmi Cəmiyyətinin “Zəfərimiz və yaşıl dünya: ekoloji məsuliyyət və birlik ruhu” mövzusuna həsr edilmiş XVIII elmi konfransı keçirilib. Konfransda MDU-nun Elm və İnnovasiya şöbəsinin müdiri, dos. V.Mustafayev, universitet TEC-in sədri b/m. G.Şəfaqətov ilə yanaşı, bir qrup akademik-inzibati heyət üzvləri, […]

MDU-da Karyera planlaması fənnindən praktik məşğələ keçilib

25 noyabr 2024-cü ildə Mingəçevir Dövlət Universiteti İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə ixtisasında təhsil alan M24.1 və M24.2 saylı qruplarında tədris olunan “Karyera planlaması” fənninin məşğələ dərsində Mingəçevir Dövlət Universitetinin fəxri məzunlarından biri, 2010-2014-cü illərdə bakalavriat təhsil səviyyəsində, 2014-2016-cı tədris illərində isə magistratura səviyyəsində təhsil almış və hazırda Sabirabad “Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru […]

MDU-da tələbələrin elmi-praktik seminarı keçirilib

2024-cü il noyabrın 25-də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Mingəçevir Dövlət Universitetində Fizika və Kimya dərnəyinin təşkilatçlığı ilə “Həyatımız təbiət elmlərinin gözü ilə” mövzusunda tələbələrin elmi-praktik seminarı keçirilib. Seminarda giriş sözü ilə çıxış edən MDU-nun Fizika və Ekologiya kafedrasının müəllimi Xəyalə Hüseynzadə təşkil olunan seminarın tələbələrin elmi fəaliyyətə marağının artırılması işinə töhfə məqsədi daşıdığını […]

“Söz Sərrafı – Natiqlik Məktəbi” layihəsinin icrası başa çatıb

Azərbaycan Respublikasınin Gənclər Fondunun maliyyə dəstəyi və Ağstafa Gənclər Evinin təşkilatı dəstəyi ilə “Söz Sərrafı – Natiqlik Məktəbi” layihəsinin sonuncu mərhələsi olan Natiqlik Müsabiqəsi keçirilib. Natiqlik Müsabiqəsinin şərtlərinə uyğun olaraq, gənclər komandalara bölünüblər və məhdud vaxt ərzində onlara verilən tapşırıq əsasında təqdimat hazırlayıblar. Yekun qiymətləndirmə əsasında üç komandanın komanda işi birinci, ikinci və üçüncü yer […]

“SDG’s with Famous” layihəsinin final mərhələsi baş tutub

Layihənin bu mərhələsində hər bir komanda öz mentorlarının dəstəyi ilə uzun müddətdir ki, üzərində işlədikləri komandalarına uyğun dayanıqlı inkişaf layihələrini təqdim ediblər. Belə ki, “Yoxsulluğa Son”; “Keyfiyyətli Təhsil”; “Gender bərabərliyi”; “Sənaye, İnnovasiya və İnfrastruktur”; “İqlim fəaliyyəti” və “Məqsədlər üçün Tərəfdaşlıq” komandaları bu mərhələdə öz dayanıqlı inkişaf layihələrini təqdim ediblər. Layihələr 4 fərqli münsif tərəfindən dəyərləndirilib. […]

“Gənclər arasında könüllülüyün təbliği” layihəsinin icrası başa çatıb

Azərbaycan Respublikasının Gənclər Fondu və Kürdəmir Gənclər Evinin tərəfdaşlığı ilə “Gənclər arasında könüllülüyün təbliği” layihəsinin icrası başa çatıb. İyirmi gənc könüllünün iştirak etdiyi layihə “İdeyanı Reallaşdır – 2023” müsabiqəsinin qalibi, layihə rəhbəri Bakı Dövlət Universitetinin dövlət və ictimai münasibətlər ixtisası üzrə 3-cü kurs tələbəsi Əliyeva Sona Rahman qızı layihə iştirakçılarına təşəkkür edib, onlara uğurlar arzu […]

MDU-da “Dövlət qulluğunun üstünlükləri: dəyişikliklər və perspektiv planlar” mövzusunda seminar keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) Təcrübə və Karyera İnkişafı mərkəzinin təşkilatçılığı ilə “Dövlət qulluğunun üstünlükləri: dəyişikliklər və perspektiv planlar” mövzusunda seminar keçirilib. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müavinləri Elşad Əliyev və Rauf Əliyevin təqdimatında keçirilən seminarda MDU-nun bir qrup tələbə və magistrantı iştirak edib. Seminarda müvafiq […]