Browsing daily archive

Noyabr 11, 2025

Qarabağın tarixi irsi yenidən canlanır

274 il əvvəl Qarabağ hökmdarı Pənahəli xan tərəfindən inşa edilmiş Əsgəran qalası, aparılan bərpa işlərindən sonra ziyarət üçün yenidən istifadəyə verilib. Bu barədə Türkiyənin Anadolu Agentliyi Azərbaycanın işğaldan azad olunmuş əraziləri ilə bağlı hazırladığı reportajda məlumat yayıb. Agentlik, xüsusilə erməni işğalı dövründə qalanın baxımsız vəziyyətə düşdüyünü diqqətə çatdırıb. Reportajda qeyd olunur: “Qarabağ müharibəsində əldə olunan […]

Ukraynada döyüşən azərbaycanlı hərbçi həlak olub

1997-ci il təvəllüdlü Qurbanlı Ümid Əli oğlu Rusiya tərəfindən Ukraynaya qarşı aparılan döyüşlərdə həlak olub. Onun meyiti Rusiya Federasiyasının Rostov şəhərində morqda saxlanılır. Hazırda Rusiyada yaşayan azərbaycanlılar Qurbanlının ailəsini və yaxınlarını tapmağa çalışır.

Türkiyə hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı yeni açıqlama verildi

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan–Gürcüstan sərhədinə yaxın bölgədə baş verən C-130 “Hercules” tipli hərbi-nəqliyyat təyyarəsinin qəzası ilə bağlı yeni açıqlama yayıb. Nazirliyin məlumatına görə, hadisə zamanı təyyarədə uçuş heyəti ilə birlikdə 20 hərbi qulluqçu olub. Hazırda qəza yerində Türkiyə, Azərbaycan və Gürcüstanın axtarış-xilasetmə qrupları birgə fəaliyyət göstərir. Məlumata əsasən, Gəncədən havaya qalxan Türkiyə Hərbi Hava […]

Bəzi bölgələrdə ətin qiymətində azalma müşahidə olunur

Azərbaycanda bir sıra bölgələrdə mal və quzu ətinin qiymətində enmə qeydə alınıb. Satıcılar bildirirlər ki, son günlərdə ətin qiyməti orta hesabla 1–2 manat ucuzlaşıb. Məlumata görə, heyvanlar arasında dabaq xəstəliyinin yayılması barədə xəbərlər bazarda ətə olan tələbatı azaldıb. Bu isə qiymətlərin aşağı düşməsinə səbəb olub. Məsələn, Tovuz rayonunda iri və xırdabuynuzlu heyvan ətinin qiymətində nəzərəçarpacaq […]

Direktorların işə qəbulunda yeni mərhələ başlayır

Artıq məktəb direktorlarının işə qəbulu prosesi yenilənmiş qaydalarla həyata keçiriləcək. Əvvəlki illərdə bir neçə mərhələdən ibarət olan seçim mexanizmi indi daha çox pedaqoji səriştələrin və əvvəlki qiymətləndirmə nəticələrinin nəzərə alınması ilə aparılacaq. Bu barədə məlumatı Məktəbdənkənar və Ümumi Təhsil Dəstək Agentliyinin (MÜTDA) İmtahan və Qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli İTV-yə açıqlamasında verib. Onun sözlərinə görə, […]

Payızın ortasında Mingəçevirdə sabit və yağışsız hava gözlənilir

Çərşənbə günü Mingəçevirdə hava əsasən buludlu keçəcək. Gün ərzində sabit və rahat hava şəraiti müşahidə olunacaq, yağış gözlənilmir. Gecə saatlarında havanın temperaturu +12…+13°C olacaq. Hava çox buludlu, külək şimal istiqamətindən yüngül — saniyədə 1 metr sürətlə əsəcək. Nisbi rütubət 99-100% arasında dəyişəcək. Səhər saatlarında temperatur +12…+16°C-yə qədər yüksələcək. Hava çox buludlu olacaq, külək şimal-qərbdən yüngül […]