Browsing daily archive

Dekabr 17, 2025

Şərqi Aralıq dənizində təhlükəsizlik və hərbi əməkdaşlıq

Yunanıstan, İsrail və Kipr Şərqi Aralıq dənizində çevik reaksiya göstərə biləcək birgə hərbi briqada yaradılması imkanını araşdırır. Bu təşəbbüs üçtərəfli hərbi və siyasi dialoqların intensivləşdiyi bir dövrdə gündəmə gəlib. Planlaşdırılan briqadanın şəxsi heyəti təxminən 2,5 min nəfərdən ibarət olacaq. Onlardan 1 mini Yunanıstan və İsrail, 500 nəfərə yaxını isə Kipr tərəfindən təmin olunacaq. Briqada əsasən […]

Türkiyə-ABŞ-Rusiya münasibətləri

Türkiyə ABŞ-la münasibətləri normallaşdırmaq və F-35 qırıcılarının istehsal proqramına yenidən qoşulmaq məqsədilə Rusiyadan alınmış S-400 zenit-raket sistemindən imtina barədə müzakirələr aparır. “Bloomberg” agentliyinin məlumatına görə, Prezident Rəcəb Tayyib Ərdoğan ötən həftə Rusiya Prezidenti Vladimir Putinlə görüş zamanı mövzunu gündəmə gətirib. Lakin Kremlin nümayəndələri belə bir müzakirənin baş tutduğunu təkzib ediblər. Vaşinqton uzun müddətdir Ankaradan S-400-lərdən […]

Gürcüstan seçkilərində yeni qayda

Gürcüstan parlamenti Seçki Məcəlləsinə dəyişiklikləri təsdiqləyərək, ölkə xaricində səsverməni ləğv edib. Bundan sonra Gürcüstan vətəndaşları yalnız ölkə daxilində keçirilən seçkilərdə iştirak edə biləcəklər. Hüquq məsələləri üzrə komitənin sədri Arçil Qorduladze bildirib ki, bu qərar xarici müdaxilələrin qarşısını almaq və seçkilərin şəffaflığını təmin etmək məqsədi daşıyır. Qorduladze qeyd edib ki, 2028-ci ildə keçiriləcək növbəti parlament seçkilərində […]

Putin animasiya dünyasında

Rusiya Prezidenti Vladimir Putin məşhur “Prostokvaşino” animasiya serialında personaj kimi təqdim olunacaq. Bu barədə məlumatı RBC nəşri yayıb. Dərc olunan görüntülərdə Putin serialın əsas qəhrəmanları — Dayı Fyodor, Matroskin, Şarik, Poçtalyon Peçkin və digər obrazlarla birgə təsvir edilib. Məlumata əsasən, Putinin animasiya serialına daxil ediləcəyi ilə bağlı açıqlama daha əvvəl Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində […]

İstedadlı şagirdlər üçün xüsusi imkan

Ümumi təhsilin müxtəlif səviyyələrini vaxtından əvvəl başa vurmaq istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan təşkil olunub. Ümumi təhsil müəssisələrinin təqdim etdiyi rəsmi müşayiət məktubları əsasında imtahana cəlb olunan 10 şagird bilik və bacarıqlarını nümayiş etdirib. İmtahan fənn proqramlarına uyğun hazırlanıb və hər fənn üzrə 10 sualdan ibarət olub. Nəticələr müvafiq komissiya tərəfindən 100 ballıq […]

İnklüziv cəmiyyətin inkişafına korporativ dəstək

“Bakcell” “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu İnnovasiya lideri “Bakcell” “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən təsis edilən “Kaşalata” kafedə “İnklüzivlikdə İnnovativ Həllər” adlı tədbirə dəstək göstərib. Tədbirin məqsədi rəqəmsallaşan dünyada neyro-müxtəlifliyi olan şəxslər üçün inklüziv yanaşmaların inkişafını təşviq etmək və bu sahədə mövcud innovativ həlləri müzakirə etmək olub. Tədbirdə dövlət qurumları, özəl sektor, QHT […]

Şuşanın bərpası və inkişafı

Şuşa şəhərində yaşayış infrastrukturunun genişləndirilməsi məqsədilə növbəti tikinti mərhələsinin icrası nəzərdə tutulur. Layihəyə əsasən, şəhərin D-5 yaşayış massivində ikinci mərhələ çərçivəsində bir neçə çoxmənzilli yaşayış binasının inşa edilməsi planlaşdırılır. Belə ki, bu mərhələdə 4 mərtəbəli olmaqla 9-dan 16-ya qədər nömrələnmiş səkkiz yaşayış binasının, eləcə də sakinlər üçün nəzərdə tutulan köməkçi və xidmətedici obyektlərin tikintisi həyata […]

“Careeranimator” layihəsi uğurla həyata keçirilib

 Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “CareerAnimator” layihəsi uğurla həyata keçirilib. Layihə çərçivəsində karyera planlaması istiqamətində problem yaşayan və bu sahədə istiqamətə ehtiyac duyan gənclər üçün 5 ədəd animasiya xarakterli videoçarx hazırlanıb. Hazırlanan animasiyalar karyera planlamasının əsas mərhələlərini, düzgün peşə seçimi, bacarıqların müəyyənləşdirilməsi, məqsəd qoyma və əmək bazarına uyğunlaşma kimi mövzuları əhatə edir. Layihə […]