Browsing daily archive

Dekabr 23, 2025

Mingəçevirdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində regional konfrans

Respublika Baş Prokurorluğunun təşəbbüsü ilə Mingəçevirdə “Hüquqi dövlət və suverenlik: konstitusion yanaşma” mövzusunda regional konfrans təşkil olunub. Mingəçevir Dram Teatrında keçirilən tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi çərçivəsində respublikanın müxtəlif bölgələrində reallaşdırılan silsilə tədbirlərin davamı kimi baş tutub. Bu məqsədlə dekabrın 23-də Mingəçevir şəhərində Baş […]

MESİAD Azərbaycanda sənaye infrastrukturunu gücləndirir

MESİAD Azərbaycan İdarə Heyətinin yeni sədri Fuat Kayhan növbəti iki il ərzində 12 iri layihənin həyata keçirilməsini hədəflədiklərini açıqlayıb. O bildirib ki, bu layihələr üçün xüsusi sənaye və investisiya komissiyası yaradılacaq:“Layihələr KOBİA, Azərbaycan İqtisadiyyat Nazirliyi, Türkiyənin İqtisadiyyat Nazirliyi və MÜSİAD Baş Qərargahı tərəfindən birgə dəstəklənəcək”. F.Kayhan əlavə edib ki, fəaliyyətə başlayacaq istehsal müəssisələri ilə qlobal […]

Sərhəd Xidmətindən uğurlu əməliyyat

Dövlət Sərhəd Xidmətinin “Lənkəran” sərhəd dəstəsi xidməti ərazidə İrandan Azərbaycana narkotik vasitələrin gətirilməsinin qarşısını alıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6 kq 848 qram marixuana və 0.006 qram tiryək aşkar edilərək götürülüb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Azərbaycan–Türkiyə əməkdaşlığı

Türkiyə şirkətləri işğaldan azad edilmiş Qarabağ bölgəsinin yenidən qurulmasına 5 milyard dollar dəyərində layihələrlə töhfə verib. Bu barədə Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda Türkiyənin ticarət naziri Ömer Bolat məlumat verib. Nazir bildirib ki, Türkiyə şirkətləri uzun illərdir Azərbaycanda, xüsusilə Qarabağın bərpa və yenidənqurma prosesində mühüm rol oynayır. “Türkiyə podratçıları qlobal miqyasda 550 milyard dollardan […]

“Konstitusiya və Suverenlik İli” çərçivəsində regional tədbir

Mingəçevir şəhər Prokurorluğunda Baş Prokurorluğun təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində regional “Açıq qapı” Günü keçirilib. Tədbirdə Baş Prokurorluğun məsul əməkdaşları, Ağdam, Bərdə, Goranboy, Şəki, Mingəçevir və Yevlax prokurorluqlarının işçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də çoxsayda media təmsilçisi iştirak ediblər. “Açıq qapı” Günü çərçivəsində iştirakçılara prokurorluq orqanlarının fəaliyyətinin hüquqi əsasları, peşəkar fəaliyyətin əsas prinsipləri […]

Prezidentdən aztəminatlı ailələrə yeni sosial dəstək

Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” imzaladığı sərəncam dövlətin sosial siyasətində əsas prioritetin vətəndaşların rifahının yüksəldilməsi və sosial təminat mexanizmlərinin gücləndirilməsi olduğunu bir daha təsdiqləyir. Milli Məclisin deputatı Vüqar Bayramov sərəncamın icrası ilə bağlı əsas suallara aydınlıq gətirib. – Kimlərə yardımlar ödəniləcək?Sərəncam hazırda aktiv ünvanlı dövlət sosial yardımı alan ailələrə şamil […]