Browsing daily archive

Dekabr 25, 2025

Gürcüstanda narkotik qaçaqmalçılığına qarşı əməliyyat

Tbilisi Beynəlxalq Hava Limanında külli miqdarda narkotik vasitə aşkar edilib. Gürcüstan hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində 36 yaşlı Rusiya vətəndaşı saxlanılıb. Araşdırmalar zamanı şübhəlinin üzərindən və şəxsi əşyalarından qara bazar dəyəri 1 milyon larini ötən 1 kiloqram 200 qram kokain müsadirə olunub. Məlumata görə, narkotik vasitənin bazar qiyməti yüz minlərlə dollarla ölçülür. Faktla bağlı Gürcüstan […]

Misirdə ağır hadisə

Misirin Giza əyalətində yaşayış binasının çökməsi faciə ilə nəticələnib.İmbaba rayonunda yerləşən çoxmərtəbəli binanın uçması nəticəsində azı səkkiz nəfər həyatını itirib. Hadisədən sonra əraziyə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub. Hazırda dağıntılar altında qalanların axtarışı davam etdirilir. Rəsmi qurumlar ölənlərin sayının arta biləcəyini istisna etmir. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

QHT-lərin beynəlxalq çağırışı

Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri ABŞ Prezidenti Donald Trampa açıq məktub ünvanlayıblar. Müraciət ABŞ-ın Lemkin İnstitutunun Ruben Vardanyan da daxil olmaqla, müharibə cinayətlərində ittiham olunan erməniəsilli şəxslərin Milad bayramı münasibətilə azadlığa buraxılması üçün Azərbaycana təzyiq göstərilməsi çağırışına cavab olaraq dekabrın 25-də göndərilib. Qeyd edək ki, bundan əvvəl – 2025-ci il dekabrın 23-də Azərbaycan Milli QHT Forumu […]

Bakı avtobuslarının iş saatı bayram günlərində uzadıldı

31 Dekabr — Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar, Bakı şəhərində fəaliyyət göstərən müntəzəm avtobus marşrutları 1 Yanvar saat 01:30-dək işləyəcək. AYNA-nın məlumatına görə, bayram günlərində xüsusilə Dənizkənarı Milli Park və şəhərin mərkəzi ərazilərində keçiriləcək Yeni il şənlikləri və atəşfəşanlıq səbəbindən sərnişin axınının artıracağı gözlənilir. Bu səbəbdən, müntəzəm marşrutlar üzrə fəaliyyət […]

İsraildə İran üçün casusluq edən şəxs saxlanıldı

İsrailin Rişon Le-Zion şəhərində yaşayan 40 yaşlarında bir vətəndaş İrana casusluq ittihamı ilə həbs edilib. Məlumata görə, “Şin Bet” xidməti və İsrail polisinin “Lahav-433” əməliyyatı zamanı Vadim Kopriyanovun İran kəşfiyyatının göstərişi ilə təhlükəsizliklə bağlı cinayətlərdə iştirak etdiyi müəyyən edilib. Araşdırma zamanı aydın olub ki, son iki ay ərzində Kopriyanov İran üçün müxtəlif tapşırıqlar yerinə yetirib. […]

Bayramda işləyənlərə əlavə maaş necə ödənilir?

Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları gəlir. Bu il bayram günləri çərşənbə, cümə axşamı və cümə günlərinə təsadüf etdiyindən ölkədə ardıcıl 5 gün qeyri-iş günü olacaq. Lakin bəzi sahələrdə əməkdaşlar bayram günlərini də iş başında keçirirlər. Hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, nəqliyyat, enerji və digər fasiləsiz fəaliyyət göstərən sahələrdə bayram və […]

Cənub bölgəsində alça ağacı ikinci dəfə bar verdi

Lənkəran rayonu, Şağlaser kəndində yerləşən 79 yaşlı Pənci Ağayevin həyətyanı sahəsində alça ağacı qeyri-adi hadisə ilə diqqət çəkib. Yaz-yay mövsümündə bar verən ağac dekabr ayında yenidən çiçəklənərək meyvə verməyə başlayıb. Təxminən 10 il əvvəl əkilən ağac bu il ilk dəfə ikinci dəfə məhsul verib. Ev sahibinin sözlərinə görə, ağac hər zaman bol məhsul verir, lakin […]

Tələbə kreditlərinin əhatə dairəsi genişləndirilir

Növbəti ildən etibarən peşə təhsili müəssisələrində təhsil alan tələbələrə də tələbə kreditlərinin verilməsi planlaşdırılır. Bu barədə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov fondun dörd illik fəaliyyətinə dair hesabatın təqdimatı zamanı məlumat verib. Onun sözlərinə görə, bununla bağlı qanunvericiliyə dəyişiklikləri nəzərdə tutan layihə artıq hazırlanıb və yaxın dövrdə aidiyyəti qurumlara təqdim ediləcək. Sədr […]

MAKROİQTİSADİ PROQNOZ

Mərkəzi Bankın yenilənmiş proqnozlarına əsasən, 2026-cı ildə illik inflyasiya səviyyəsinin 5,7 faiz təşkil edəcəyi gözlənilir. Bu göstəricinin müəyyən edilmiş hədəf diapazonu çərçivəsində qalacağı bildirilir. Qeyd olunur ki, hökumətin, beynəlxalq maliyyə-kredit qurumlarının, eləcə də aparıcı beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələri də inflyasiyanın növbəti ildə əsasən eyni intervalda dəyişəcəyinə işarə edir. Mərkəzi Bankın yaydığı məlumata görə, qarşıdakı dövrdə […]

Zəngəzur Dəhlizi ilə Bağlı Yeni Qərar

Ermənistan Xarici İşlər Nazirliyi “Tramp Marşrutu” adlandırılan layihə çərçivəsində Zəngəzur dəhlizi ilə bağlı işlərin nə vaxt başlanacağını açıqlayıb. Nazirliyin yaydığı məlumata əsasən, dəhlizin icrasının real mərhələsi, o cümlədən tikinti prosesinin startı 2026-cı il üçün nəzərdə tutulur. Qeyd olunur ki, bu mərhələ layihənin faktiki həyata keçirilməsinin başlanğıcı olacaq. Eyni zamanda bildirilib ki, Ermənistan və ABŞ-ın birgə […]