Browsing yearly archive

2025

Bələdiyyə üzvlüyünə namizədlər: müstəqillik və inamın bərpası

23 yanvar 2025-ci il tarixində Mingəçevir Media Mərkəzində Mingəçevir Bələdiyyəsi üzvlüyünə namizədliyini irəli sürən şəxslərlə media və ictimaiyyət nümayəndələrinin iştirakı ilə əhəmiyyətli görüş keçirilib. Tədbirin məqsədi namizədlərin platformalarını seçicilərə tanıtmaq və onların şəhərin inkişafı ilə bağlı təkliflərini müzakirə etmək olub. Görüşdə həm namizədlərin öz fikirləri, həm də ictimaiyyətin və jurnalistlərin sualları diqqət mərkəzində idi. Tədbirdə […]

Yevlax rayonunun Xaldan kənd kompleks tam orta məktəbində “Ustad Dərsi” keçirilib

Elm və Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 8-ci qrant müsabiqəsi”nin qalib layihələrindən olan “ART-Studio” layihəsinin növbəti mərhələsi çərçivəsində Xaldan kənd kompleks tam orta məktəbində xüsusi ustad dərsi təşkil edilib. Layihə komandasının əsas məqsədi xalq sənətinin yaşadılması, xüsusilə dulusçuluq (gil qabların hazırlanması) kimi qədim peşənin yeni nəsillərə ötürülməsidir. Bu məqsədlə məktəbdə yaradılmış “ART-Studio”da dulusçuluq […]

Mənzil Təsəsrrüfatı və Abadlaşdırma Müəssisəsinə yeni qurğu verildi

Yanvar ayının 17-də Mingəçevir şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında Çin istehsalı olan kommunal təyinatlı yeni texniki avadanlıq ictimaiyyət nümayəndələrinə təqdimat olunub. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, son 3 il ərzində büdcədənkənar vəsat hesabına şəhərin kommunal xidmət müəssisələrinə 10-a yaxın yeni qurğu alınıb: “23 metr yüksəkliyədək məsafədə işləməyə imkan verən bu […]

Mingəçevirin daha yaşanabilər bir şəhər olmasına töhfə vermək üçün

Həmzəyev Faiq Məcid oğlu 12 noyabr 1962-ci ildə Mingəçevir şəhərində doğulub.  1981-1983 -ci illərdə radiotexnika qoşunları və hava hücumundan müdafiə sahəsində hərbi xidmət keçib.  1986-1989-cu illərdə Mingəçevir Baza Politexnik Texnikumunda elektrik stansiyaları şəbəkələri və sistemləri (mexanik-elektrik) ixtisası üzrə təhsil alıb. İlk dövrdə  elektrik quraşdırıcısı, kabelçi və lehimçi, kabel ustası vəzifələrində çalışıb. Sonradan peşəkar işçi kimi […]

Mingəçevir Bələdiyyəsi ötən ili necə yola saldı?

2024-cü ildə bələdiyyə 23 iclas keçirib. Daimi komissiyaların arayış və təklifləri ilə iclasların gündəliyinə 237 məsələ salınıb, məsələlərlə bağlı müvafiq qərarlar verilib. İclaslarda müzakirə olunmuş məsələlərdən 132-i icarəyə və mülkiyyətə torpaq sahələri ayrılması ilə, 9-u şəhərdə aparılan tikinti-abadlıq işlərinə, məhəllələrdə görülən işlərə və bir sıra başqa tədbirlərin keçirilməsinə maliyyə vəsaitinin ayrılması ilə, 19-u maddi yardımlarla, […]

Mərkəzi Aran Regional Təhsil İdarəsində media nümayəndələri ilə görüş keçirilib

Yanvarın 9-da Mərkəzi Aran Regional Təhsil İdarəsinin inzibati binasında media nümayəndələri ilə işgüzar görüş baş tutub. Tədbirdə idarə müdiri vəzifəsini icra edən müdir müavini Cavad Cavadov və müxtəlif media qurumlarının təmsilçiləri iştirak ediblər. Görüş zamanı Cavad Cavadov qarşıda duran əsas prioritetləri diqqətə çatdıraraq, regionda təhsilin inkişafı, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və 2025-ci il üçün […]

Hərbi biletin itməsi barədə

09 yanvar 1966-cı ildə doğulmuş Azərbaycan Respublikasının Kəlbəcər rayon sakini Abdullayev Həsən Balı oğluna Bakı şəhərinin Qaradağ rayon hərbi komissarlığı tərəfindən 23 aprel 1984-cü ildə verilmiş NZ 4704936 nömrəli hərbi bilet itdiyi üçün etibarsız sayılır.

Mingəçevirdə 19 yer uğrunda 44 nəfər mübarizə aparacaq

53 saylı Yevlax-Mingəçevir seçki dairəsindən aldığımız məlumata görə, həmin dairə üzrə Mingəçevir bələdiyyəsi üzvlüyünə aşağıdakı namizədlər qeydə alınıb: HEYDƏROV Akif İbad oğlu 1957-cı ildə anadan olmuşdur. Mingəçevir şəhəri, Koroğlu küçəsi, ev 51/40-da yaşayır. Pensiyaçıdır. Namizədliyi özü tərəfindən irəli sürülmüşdür. Bitərəfdir. QULİYEV Anar Kamil oğlu 1975-ci ildə anadan olmuşdur. Mingəçevir şəhər Dilarə Əliyeva küçəsi, ev 14, […]

“Riyaziyyat—elə bir dildir ki, bu dildə təkcə elm və texnologiya danışmır, riyaziyyat insanın sivilizasiya dilidir” adlı forum keçirilib

Riyaziyyatın sivilizasiyaya açılan pəncərəsi Azərbaycanın ümumi təhsil sahəsində aparıcı istiqamətlərdən olan riyaziyyat fənninin əhəmiyyətini vurğulamaq üçün Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir şəhər Təhsil sektorunun təşkilatçılığı ilə “Riyaziyyat—elə bir dildir ki, bu dildə təkcə elm və texnologiya danışmır, riyaziyyat insanın sivilizasiya dilidir” adlı forum keçirilib. 29 dekabr 2024-cü il tarixində baş tutan tədbir, əvvəlcədən elan […]