Browsing daily archive

Fevral 2, 2026

İsrail və ABŞ arasında gizli hərbi xətt: Vaşinqtonda qapalı görüşün pərdəarxası

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir ABŞ-a səfəri çərçivəsində Vaşinqtonda ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Den Keyn və onun rəhbərlik etdiyi yüksək səviyyəli hərbi heyətlə qapalı görüş keçirib. Sözügedən təmas İsrail ilə ABŞ arasında mövcud olan ən vacib hərbi-işçi əlaqə mexanizmlərindən biri kimi dəyərləndirilir. “Jerusalem Post”un məlumatına əsasən, İsrail, ABŞ Silahlı Qüvvələrinin […]

Ev yanğını can aldı

Lənkəran rayonunda fərdi yaşayış evində baş verən yanğın faciə ilə nəticələnib. Hadisə gecə saatlarında rayonun Aşağı Nüvədi kəndində qeydə alınıb. 1981-ci il təvəllüdlü Rəfi Firdovsi oğlu Rəhimova məxsus, ümumi sahəsi 400 kvadratmetr olan iki mərtəbəli yaşayış evində alovlanma baş verib. Məlumat daxil olduqdan dərhal sonra Fövqəladə Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən texnikası […]

2 fevral – Gənclər Günüdür

Bu gün Azərbaycanda Gənclər Günü qeyd edilir. Bu əlamətdar tarix MDB və Şərqi Avropa məkanında ilk dəfə məhz Azərbaycanda təsis olunub. 1996-cı ilin bu günündə Azərbaycan gənclərinin I Forumu keçirilib və bu hadisə ölkədə gənclər siyasətinin formalaşmasında mühüm mərhələ olub. Bir il sonra – 1997-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncamla 2 fevral rəsmi […]