Browsing daily archive

Fevral 19, 2026

Hikmət Hacıyev: Azərbaycanın Qəzzadakı 7 milyard dollarlıq layihədə iştirakı nəzərdə tutulmur

Azərbaycan Sülh Şurasının məqsəd və fəaliyyət prinsiplərini dəstəkləyən təsisçi üzv ölkələrdən biridir. Azərbaycan Prezidentinin köməkçisi və Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu barədə öz “X” sosial şəbəkəsində açıqlama verib. Hacıyev bildirib ki, gələcəkdə Azərbaycan Sülh Şurası vasitəsilə Qəzzada maliyyə və sərmayə layihələrində iştirak imkanını qiymətləndirə bilər. Lakin o, vurğulayıb ki, bu […]

Beş ölkə Qəzza zolağına beynəlxalq qoşun göndərməyə razılaşıb

Beş ölkə beynəlxalq sabitləşdirmə missiyasının tərkib hissəsi olaraq Qəzza zolağına hərbi kontingent göndərməyə razılıq verib. Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında bu qərar rəsmi şəkildə açıqlanıb. Hərbi dəst göndərməyə razılıq verən ölkələr İndoneziya, Mərakeş, Qazaxıstan, Kosovo və Albaniyadır.

Tramp: Ukrayna münaqişəsinin mürəkkəbliyini düzgün qiymətləndirməmişəm

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında çıxışı zamanı Rusiya lideri Vladimir Putinlə münasibətlərinə toxunub. Tramp bildirib ki, Putinlə əvvəllər çox yaxşı əlaqələri olub və məhz buna görə Ukrayna münaqişəsinin nizamlanmasına nail ola biləcəyini düşünüb. “Putinlə münasibətlərim yaxşı idi. Elə hesab edirdim ki, bu münaqişəni başa çatdıra bilərəm. Görünür, böhranın nə qədər […]

Tramp: Bəzi ölkələr Sülh Şurası üçün “baş ağrısıdır”

ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının ilk iclasında çıxışı zamanı Qəzza zolağındakı vəziyyətin nizamlanması üçün yaradılan təşəbbüsə dəvət olunan ölkələrin əksəriyyətinin artıq qoşulduğunu bildirib. Onun sözlərinə görə, demək olar ki, bütün dəvət edilən ölkələr iştirakla bağlı razılıq verib, tərəddüd edənlər isə yaxın vaxtlarda təşəbbüsə qoşulacaqlar. “Əksər dövlətlər dərhal iştirak etməyə razılaşdı. Qoşulmayanlar da qoşulacaq. Bəzi […]

Doqquz ölkə Sülh Şurasına 7 milyard dollardan çox vəsait ayırdı

Qəzza üzrə Sülh Şurasının büdcəsinə doqquz ölkə tərəfindən ümumilikdə 7 milyard ABŞ dollarından artıq maliyyə dəstəyi göstərilib. Bu barədə ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında məlumat verib. Onun sözlərinə görə, Qazaxıstan, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş, Bəhreyn, Qatar, Səudiyyə Ərəbistanı, Özbəkistan və Küveyt yardım paketinə 7 milyard dollardan artıq vəsait köçürüblər. […]

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Şahin Kərimov dəfn olunub

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Kərimov Şahin Heydər oğlu ilə Mingəçevir şəhərində vida mərasimi keçirilib. Uzun illər itkin kimi qeydiyyatda olan Şahin Kərimovun nəşi ailəsinə təhvil verilib. Vida mərasimi şəhidin Mingəçevirdə yerləşən ata evində təşkil olunub. Mərasimdə şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, […]

Moskva qar fırtınasının təsiri altındadır

Moskva qar fırtınasının təsiri altındadır Paytaxtda qarın hündürlüyü 80-90 sm-ə çatıb, nəqliyyat tıxacları, uçuş gecikmələri və tramvay problemləri müşahidə olunur; kommunal xidmətlər gücləndirilmiş iş rejimində çalışır. Bu səhər Balkan yarımadasından gələn cənub siklonu Moskva regionunu əhatə edib və sinoptiklər fevral ayının ən güclü qar yağışının baş verəcəyini proqnozlaşdırıblar. Qar örtüyünün yüksəkliyi yarım metrdən 80-90 sm-ə […]

Ermənistanda ilk çikunqunya qızdırması halı qeydə alınıb

Ermənistanda ilk çikunqunya qızdırması halı qeydə alınıb. Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzin məlumatına görə, yoluxma hadisəsi 18 fevralda aşkarlanıb. Xəstə Seyşel adalarında ağcaqanad sancmasından sonra infeksiyaya yoluxub və hazırda vəziyyəti qənaətbəxşdir. Son dövrlərdə Seyşel adaları, Şri-Lanka, Surinam, Boliviya və Kubada çikunqunya epidemiyaları qeydə alınıb. Xəstəliyin inkubasiya dövrü 2-12 gün davam edir və əsas […]

Kapital Bank və PashaPay-da ödəniş şöbəsinə yeni rəhbər təyin olunub.

Cəlal Orucov Kapital Bankın İdarə Heyətinin üzvü və sədr müavini vəzifəsinə gətirilib. Bankdan APA-ya verilən məlumata görə, bu qərar Müşahidə Şurası tərəfindən təsdiqlənib. Yeni təyinat çərçivəsində Cəlal Orucov həm Kapital Bank, həm də PashaPay-ın ödəniş biznesinin idarə olunmasına rəhbərlik edəcək. Qeyd olunur ki, Orucov Azərbaycanda aparıcı maliyyə qurumlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, Mərkəzi Bankda […]

Xətai rayonunda evdən oğurluq hadisəsi

Bakının Xətai rayonunda bir evdən oğurluq hadisəsi baş verib. Zərərçəkən polisə bildirib ki, naməlum şəxs evindən 9 min manat nağd pul və 1 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb. Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 28 yaşlı Ə. İmanov saxlanılıb. Araşdırmalar göstərib ki, saxlanılan şəxs zərərçəkənin […]